Qaranlıq təhlükə: bağnazlıq: Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Peyğəmbərimiz (s.ə.v) Mədinə dövlətinin ilk yazılı konstitusiyası olan Mədinə müqaviləsi ilə, müxtəlif irq, din və qəbilələrə mənsub insanlardan ibarət şəhərdə, Ərəbistan yarımadasında daha əvvəl heç görünməmiş demokratik və sülhsevər sistem meydana gətirmişdir.
Həmin bu konstitusiyaya görə Mədinədə yaşayan müxtəlif qövmlər, birlikdə sülh içində, öz din və inanclarına uyğun bir həyat yaşayacaq, həm öz qurumlarının fəaliyyətini və qanunlarının işini təmin edəcək, həm də bu qanunları tətbiq etmə imkanı qazanacaqdılar. Bunu edərkən də, Mədinədəki bütün qövmlərlə sülh və həmrəylik şəraitində yaşayacaqdılar.
Mədinə müqaviləsi 622-ci ildə müxtəlif inanclara sahib xalqların tələblərinə uyğun şəkildə hz. Məhəmməd (s.ə.v)-in rəhbərliyi ilə, yazılı bir qanuni müqavilə kimi bağlandı. Bunun nəticəsində isə 120 il müddətində bir-birinə qarşı düşməncə duyğular bəsləyən fərqli din və irqlərə mənsub qövmlər bu müqavilədə iştirak etdilər. Hz. Məhəmməd (s.ə.v) bu müqaviləni bağlamaqla, hər fürsətdə bir-birlərinə hücum edən, bir-birlərinə qarşı düşməncə duyğular bəsləyən və razılığa gələ bilməyən qövmlər arasındakı münaqişələrin sona çata biləcəyini, hamısının əmin-amanlıq içində birgə yaşaya biləcəklərini göstərdi. Mədinə müqaviləsinə əsasən, müqaviləni imzalayan tərəflər heç bir təzyiqə məruz qalmadan istədiyi dini, inancı, siyasi və ya fəlsəfi seçimi etməkdə azad idi. Öz əqidəsindən olan insanlarla birlikdə bir cəmiyyət yarada bilər, öz hüquqlarından sərbəst şəkildə istifadə edə bilərdi. Lakin günah işləyən insan heç kim tərəfindən qorunmamalı idi. Sazişi imzalayan tərəflər bir-birlərinə kömək etməli və bir-birlərini dəstəkləməliydilər. Eləcə də, onların hamısı Peyğəmbərimiz hz. Məhəmmədin (s.ə.v) himayəsi altında idi. Tərəflər arasında yaranan anlaşmazlıqlar Allahın Rəsuluna bildirilməliydi. Hətta müşriklər belə, ən ədalətli insan olan Peyğəmbərimiz (s.ə.v)-in hakimlik edib hökm verməsinə üstünlük verirdilər.
Peyğəmbərimiz (s.ə.v)-in hazırlatdığı Mədinə müqaviləsinin hökmləri 622-ci ildən 632-ci ilə qədər mərhələli şəkildə tətbiq edilmişdir. Bu müqavilə ilə insanlar qan və qohumluq əlaqələrinə əsaslanan qəbilə yaşayış formasınından imtina etmiş, ərazi, mədəni və etnik mənşə baxımından bir-birindən tamamilə fərqlənən insanlar birliklər meydana gətirməyə başlamışdırlar. Mədinə müqaviləsi böyük din və inanc azadlığı təmin edirdi. Bu azadlığı ifadə edən maddələrdən biri belədir:
“Bəni-əfv yəhudiləri möminlərlə eyni ümmətdən idi. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir”. (Muhammed Hamidulllah, İslam Müesseselerine Giriş, Düşünce Nəşriyyat, İstanbul, 1981, səh.128)
Mədinə müqaviləsi 47 maddədən ibarətdir. 1-23-cü maddələr müsəlmanlarla, 24- 47-ci maddələr isə Mədinədəki yəhudi qəbilələriylə bağlıdır. Say etibarilə azlıq təşkil etsələr də, xristianların da qeyd olunması fərqli din mənsublarının iştirakı baxımından əhəmiyyətlidir.
Professor Leonard Svidlerin; “plüralizm perspektivində Mədinə müqaviləsinin yenidən qiymətləndirilməsi” adlı hesabatında bəhs edilən müqavilə ilə bağlı diqqət çəkici açıqlamalar belədir:
“Gəldiyimiz qənaətə görə müqavilə, hz. Peyğəmbərin şəhəri birləşdirmə və xalqa açıq şəkildə çatdırılan qanun ətrafında toplama səyi göstərməsi baxımından əhəmiyyətli bir sənəddir. Bu qanuna əsasən, bütün insanlar bərabər hüquqlara, din seçmə və müsəlmanlarla birgə müharibəyə gedib getməmə azadlığına sahib idi. Lakin istənilən halda şəhərin düşmənləriylə müqavilə bağlamaları qadağan edilmişdi ki, bu da Mədinədəki cəmiyyətlər arasında möhkəm əlaqə yaratmaq cəhdini göstərirdi. Bu siyasi və dini müqavilənin bağlanma məqsədi, bərabərlik və azadlıq meyarları əsasında yeni bir cəmiyyət yaratmaq idi. Müqavilədə də vurğulandığı kimi, qanunun hər bir fərdə şamil edilməsi, dialoq və birgə yaşayış mühitinin yaradılması məqsədinə nail olunması üçün atılan təməl addım idi. Müqavilədəki maddələr ümumiyyətlə Mədinə şəhərinin qorunmasında hər bir insan üçün eyni məsuliyyət müəyyənləşdirir. Bundan əlavə, əxlaqi məzmunlu maddələrdə bənzər ifadələrin də üstünlük təşkil etdiyini görürük. Nəhayət, şəhərdəki müxtəlif qrupların adlarının maddələrdə bir-bir çəkildiyini nəzərə aldığımız təqdirdə, müqavilənin və Peyğəmbərin şəhərin bu qruplarını leqal cəmiyyətlər kimi qəbul etdiyini və onları diqqətə aldığını görə bilərik”. (Majid Khoduri, İslam'da Savaş ve Barış, Fener Nəşriyyat, İstanbul, 1998, səh. 209-210)
Həmin bu konstitusiyada yəhudilərlə əlaqədar olduqca çox maddə olsa belə, bu konstitusiya maddələrinin orada yaşayan bütpərəst cəmiyyətlərə də şamil edildiyini xüsusi olaraq xatırlatmaq yerində olar. Məkkə müşriklərinin hz. Məhəmməd (s.ə.v) və müsəlmanlara olan düşmənçiliklərini açıq şəkildə göstərmələrinə, onları yurdlarından qovmalarına baxmayaraq, Peyğəmbərimiz (s.ə.v)-in Mədinədəki bütpərəstlərə olduqca şəfqətli davrandığı, sülh və uzlaşma yaratmağa çalışdığı məlumdur. Mədinə müqaviləsində müşriklərin hüquqlarının qorunması və onların da Mədinənin müdafiəsində müsəlmanlarla birgə mübarizə aparmaları tələb olunur. Müşriklərə qarşı belə bir münasibət göstərilməsi heç də təəccüblü deyil. Çünki Qurana əsasən, müsəlmanlar müqavilə bağladıqları müşrikləri öz canları naminə qorumalıdırlar. (Bu mövzudan növbəti sətirlərdə bəhs edəcəyik)
Nəticə etibarilə, Mədinə müqaviləsinin birlik və həmrəylik, şəfqət, sevgi, dostluq və sülh toxumlarını səpən çox mühüm tarixi sənəd olduğu danılmazdır. Xüsusən müsəlmanlarla yəhudilər, ümumilikdə isə, digər bütün qeyri-müsəlmanlarla dialoq qurulmasında çox gözəl nümunədir. Peyğəmbərimiz (s.ə.v)-in bu sevgi dolu və sülhsevər yanaşması Qurana uyğun davranışdır; lakin hazırda bu əxlaqı yaşayan müsəlman cəmiyyəti görmək çətindir. Bu, tarixin ən demokratik konstitusiyasının Peyğəmbərimiz (s.ə.v) tərəfindən yazılıb tətbiq edildiyinə və dövrümüzdəki cəmiyyətlərin Qurandan və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsindən uzaqlaşdıqlarına konkret və əhəmiyyətli bir dəlildir. Dolayısilə, kitabın sonrakı fəsillərini bu həqiqəti unutmadan dəyərləndirmək lazımdır. Hətta müşrikləri belə qorumağı əmr edən, Kitab əhlinin (yəhudi və xristianlar) isə müsəlmanlar üçün xüsusi dəyəri olduğunu bildirən Qurani Kərimin öyüdləri və Qurana əsaslanaraq daim sülh və demokratiya təmin etməyi hədəfləmiş hz. Məhəmməd (s.ə.v)-in sünnəsi dövrümüzün mövhumatçılarınkından çox fərqlənir. Onlar Quranda daim döyüşməklə bağlı dəlil axtarır, lakin Quran daim sülh yaratmağı nəsihət edir. Dolayısilə müharibə ilə əlaqəli ayələr izah edilərkən bu mühüm həqiqət mütləq yadda saxlanılmalıdır.