Qaranlıq təhlükə: bağnazlıq: Fanatiklərin qadınlara atdığı iftiralar
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Çox lənət edir və ərlərinizə nankorluq edirsiniz. Ağıllı bir kişini sizin qədər aldada bilən, ağlı və dini əskik başqa bir varlıq görmədim. (Müslim, İman, 34/132; İbni Mace, Fiten 19/4003)
Allah: “…Mən onu mükəmməl və ağıllı olaraq yaratmışdım.
İndi zəif ağıllı biri halına gətirəcəyəm; o iyrənərək və istəməyərək daşıyacağı körpəsini çətinliklə dünyaya gətirəcək” dedi. (et-Taberi Tefsir I 235 v.d.; Vffl143-44; Tarih 1/1 146-148; es-Salebi Arais&.21; İbnu'1-Esir el-KâmilI 34; tbn Kuteybe Te'vîlü Muhteüfi'l-Hadiss. 139)
uranın heç bir ayəsində qadınların ağlının kişilərdən az olduğu ifadəsi yoxdur. Tam əksinə bir çox ayədə “mömin qadınlar və mömin kişilər” xitabına əsasən, Allah qatında eyni dərəcədə məsuliyyət daşıdıqları, yəni bənzər ağıl və vicdana sahib olduqları bildirilmişdir. Üstəlik, Səba məlikəsi nümunəsindən də göründüyü kimi, qadınlar tam əksinə, mühüm məsələlərdə qərarlar verən dövlət başçısı mövqeyində çıxış edə bilirlər. Həmçinin bir insanı ağıllı edən fərqli bədən quruluşuna sahib olması deyil, Allah qorxusuna, Allah sevgisinə, imani dərinliyə və vicdana sahib olmasıdır. Allah qadın və ya kişi olmasından asılı olmayaraq, hər insanın vicdanına mütləq haqqı ilham edər. Dolayısilə insanı ağıllı və dindar edən, qadın və ya kişi olması deyil, vicdanına gələn ilhama ən gözəl şəkildə tabe olması və; “ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər...” (Ənfal surəsi, 29) ayəsində bildirildiyi kimi, Allahdan qorxmasıdır. Ağıl barədə Quranda bildirilən yeganə meyar budur. Dolayısilə bir insan sadəcə kişi olduğundan ötrü, üstün olmadığı kimi, qadın olduğu üçün də, nə iman, nə də ağıl cəhətdən zəif ola bilər. Lakin bir çox dəfə qeyd etdiyimiz kimi, fanatiklərin dini Qurandakı dindən tamamilə fərqlidir və iftiralarla doludur.
Bəhs olunan saxta hədislərlə Allaha iftira atmaları, fanatiklərin nə qədər həddi aşdıqlarını da göstərir. Şübhəsiz ki, Quranın heç bir ayəsində; “İndi zəif ağıllı biri halına gətirəcəyəm; o iyrənərək və istəməyərək daşıyacağı körpəsini çətinliklə dünyaya gətirəcək”
ifadəsi yoxdur. Bəs onda Allahın sözü olduğu iddia edilən bu cümlə haradadır? Allahdan gəldiyi iddia edilən bu vəhy, Quranda olmadığına görə haradadır? Ancaq fanatizm dininin ən böyük fitnələrindən birinin Allah adından yalan uydurmaq olduğundan, bu qorxunc iftiranı ata bilirlər.
Hamiləlik Quranda müqəddəs sayılmış vəziyyətdir və bundan ötrü də, Quranda ana da müqəddəs sayılmışdır. Uca Rəbbimizin bu barədəki ayələri belədir:
Biz insana ata-anasına yaxşı davranmağı tövsiyə etdik. Anası onu bətnində müxtəlif çətinliklər yaşayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
Biz insana ata-anasına yaxşı davranmağı tövsiyə etdik. Anası onu bətnində əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun bətndə daşınma və süddən kəsilmə müddəti otuz ay çəkir.
Nəhayət, o, yetkinlik çağına yetişib qırx yaşa çatdıqda deyər: “Ey Rəbbim! Mənə, mənim özümə və valideynlərimə bəxş etdiyin nemətə şükür etmək və Sənin razı qalacağın yaxşı işlər görmək üçün ilham ver, nəslimi də mənim üçün əməlisaleh et. Mən Sənə tövbə etdim. Həqiqətən, mən müsəlmanlardanam!”.
Hz. Məryəm (ə.s), Allahın diləməsi nəticəsində hamilə qalmış, hamiləlik müddəti ərzində bütün çətinliklər qarşısında səbr etmiş və göstərdiyi bu səbir və Allaha olan bağlılığına görə bütün aləmlərin qadınlarından üstün edilmişdir:
Bir zaman mələklər dedilər:
“Ey Məryəm! Həqiqətən, Allah səni seçdi, təmizlədi və seçib aləmlərin qadınlarından üstün etdi”.
Məryəm oğlu Məsih ancaq bir elçidir, ondan əvvəl də elçilər gəlib getmişdir. Onun anası isə, dürüst qadındır...
Fanatiklər qadınlar barədə, “zəif ağıllı”, “iyrənərək və istəməyərək daşıyan” kimi əsassız ittihamlarla öz ürküdücü zehniyyətlərini göstərir və hz. Məryəm (ə.s)-ı, səhabələri və üstün xüsusiyyətləriylə təriflənən digər bütün imanlı qadınları da öz aləmlərində təhqir edirlər.
Hamiləlik müddətinin çətinliklər içində keçməsi və uşağın çətinliklər içində doğulması, dünya həyatının çətinliklərindən biridir və bu, səbir, böyük güc və iradə tələb edir. Allah, bu böyük çətinliyə səbr edən bir ananın, Öz qatında çox böyük dəyərə sahib olduğunu bildirir. Məhz bundan ötrü də, Allaha təvəkkül edərək, Allah sevgisindən dolayı bütün bu çətinliklərə səbir edən bir ana üstün bir varlıqdır. Anaya verilən bu dəyər, Quranda bildirilən əxlaq xüsusiyyətlərindən biridir.
Göründüyü kimi, Quranda qadının kişiyə görə üstün xüsusiyyətləri də var, dolayısilə “ağlı və imanı zəif” bənzətməsi, fanatiklərin dini tərəfindən atılan iftiradır. Allah, məsuliyyət cəhətdən kişi və qadına eyni şəkildə xitab edər. Bir çox ayədə eyni anda; “mömin kişi və mömin qadınlara” xitab edilməsinin səbəblərindən biri də budur. Bu ayələrdən biri belədir:
Həqiqətən, müsəlman kişilər və müsəlman qadınlar, mömin kişilər və mömin qadınlar, könüllü surətdə Allaha baş əyən kişilər və könüllü surətdə Allaha baş əyən qadınlar, sadiq kişilər və sadiq qadınlar, səbirli kişilər və səbirli qadınlar, hörmətlə Allahdan qorxan kişilər və hörmətlə Allahdan qorxan qadınlar sədəqə verən kişilər və sədəqə verən qadınlar, oruc tutan kişilər və oruc tutan qadınlar, ismətlərini qoruyan kişilər və ismətlərini qoruyan qadınlar, Allahı çox zikr edən kişilər və qadınlar üçün Allah bağışlanma və böyük mükafat hazırlamışdır.
Ayədən də göründüyü kimi, Allahdan qorxmaq, Allahı zikr etmək, Allaha sadiq olmaq, səbirli olmaq, sədəqə vermək kimi, müsəlmanların əsas xüsusiyyətlərinin heç birində qadın-kişi ayrı-seçkiliyi yoxdur. Quranda qadınların mömin xüsusiyyətlərindən hər hansı birinə daha az sahib olduğuna dair, ən cüzi bir işarə belə yoxdur. Qadın və ya kişi olmasından asılı olmayaraq, bir insan var gücüylə Allahdan qorxmaqla, Allahı böyük eşqlə sevməklə və Allah rizasının ən çoxunu qazanmaqla məsuldur.