Qaranlıq təhlükə: bağnazlıq: “Qadınları döyün” iddiası
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Nisa surəsinin 34-cü ayəsində qeyd olunan; “nüşuzundan (özbaşınalıq etmələrindən) qorxduğunuz qadınlara əvvəlcə nəsihət verin, sonra yataqda onları tərk edin, bu da fayda verməsə yavaşca döyün!” ifadədə, bir çox tərcümədə; “qadınları döyün” kimi tərcümə olunmuş sözün ərəbcəsi “idribuhunne” sözüdür. Kökü isə “darabe” felidir.
Darabe sözü ərəbcədə bəlkə də ən zəngin məna çalarına sahib sözdür. Darabe, “döymək” mənasını verdiyi kimi, “pul zərb etmək, pul kəsmək” mənalarını da verir. “Tətil elan etmək” yenə darb sözünün başqa bir mənasıdır. Məsələn, bunu türkcədə “çalınır (oğurlamaq)” sözü ilə müqayisə edə bilərik. Biri bizə “qapı çalınır (oğurlamaq)” dediyi vaxt, ümumiyyətlə bir oğrunun qapını söküb apardığını başa düşmərik. Bu, gələn qonağımızın qapını açmağımızı gözlədiyi deməkdir. Dolayısilə çox mənalı sözlərdən istifadə olunduqda, istifadə forması, cümlənin mənası, ağıl və sağlam düşüncə ilə sözün ifadə etdiyi həqiqi məna qiymətləndirilməlidir.
Darabe sözünün ən geniş şəkildə işlədilən mənalarından biri isə, səyahət etmək və çölə çıxmaqdır. Necə ki, Quranda səyahət etmək, səfərə çıxmaq, müvəqqəti olaraq bir yerdən ayrılmaq mənasını verən ayələrdə
“darabe” feli işlədilmişdir. Məsələn; Yer üzündə səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmanıza görə sizə günah gəlməz...”
Biz Musaya: “Qullarımla birlikdə gecə yola çıx, əsanı suya vurmaqla onlar üçün dənizdə quru yol aç. Düşmənin sizə çatmasından qorxma, çəkinmə!” deyə vəhy etdik
Sədəqə Allah yolunda cihad edən və yer üzündə hərəkət edə bilməyən yoxsullar üçündür...
Ey iman gətirənlər! İnkarçılarla yer üzündə səfərə çıxmış...
Şübhəsiz ki, darabe sözü yuxarıdakı ayələrdə, qətiyyən döymək mənasında işlədilə bilməz. Bu mövzumuz olan Nisa surəsinin 34-cü ayəsi üçün də etibarlıdır. Darabe sözünü bu ayəyə əsasən qiymətləndirdiyimiz vaxt, sözün üç fərqli mənası üzərində dayanmalıyıq: 1) Onları evdən çıxarın, 2) Onları olduqları yeri tərk etmək məcburiyyətində qoyun, 3) Onları döyün.
Darabe sözünün Nisa surəsinin 34-cü ayəsində hansı mənada istifadə olunduğunu anlamaq üçün, ayənin əvvəlindəki ifadəyə, yəni; “nüşuzundan (özbaşınalıq etməyindən) qorxduğunuz qadınlara” qayıtmalıyıq. Nüşuz sözü, bir çox tərcümədə; “ifritəlik və itaətsizlik” şəklində tərcümə edilmişdir. Guya qadını alçaltmaq zehniyyətini demək olar ki, hər fürsətdə qadınlarla əlaqədar ayələrə bir yolla daxil etmək istəyən bəzi tərcüməçilər, fanatik zehniyyətin şərt qoyduğu “kişiyə itaət” zehniyyətini ya mötərizə daxilində, ya da istiqamətləndirici tərcümələrlə müəyyən yolla vurğulamağa çalışmışdırlar. Halbuki nüşuz sözü, “bir qadının yad bir kişiylə, eşqbazlıqdan başlayaraq qeyri-qanuni cinsi əlaqəyə girməsinə qədər gəlib çıxan sədaqətsizlik” mənasını verir. Dolayısilə ayənin davamında özünə sədaqətsizlik edən qadına qarşı ərin necə davranmalı olduğu bildirilir. Kişi, əvvəlcə bu sədaqətsizliyi etməməsi üçün qadın nəsihət verməyə çağrılır. Bu fayda vermədikdə isə, ərinin yataqda onu tərk etməsi nəsihət edilir. Lakin qadın buna baxmayaraq, qeyri-qanuni əlaqəni davam etdirər və işi zinaya qədər gətirib çıxararsa, bu vəziyyətdə alınmalı ən yaxşı tədbir olaraq, qadını evdən uzaqlaşdırmaq göstərilmişdir. Şübhəsiz ki, qadının diqqətlə qorunduğu Quranda, qadının döyülməsi kimi hökmün olmayacağı aydındır. Məntiqi surətdə qiymətləndirdiyimiz təqdirdə isə, bütün xəbərdarlıqlara baxmayaraq, yoldaşını aldadan bir qadını döymək, onsuz da yalnız sədaqətsiz qadını qəzəbləndirəcək və məsələni həll etməyəcək, əksinə ortaya yeni çətinliklər çıxaracaq. Lakin uzaqlaşdırmaq bir çıxış yoludur. Qadın, uzaq qaldığı bu müddətdə daha məntiqli düşünə bilər, gördüyü bu rəftar qarşısında peşman ola bilər, hadisələrə daha sağlam baxa bilər. Necə ki, bu hərəkətindən imtina etdiyi təqdirdə, ərinin ona əziyyət vermək üçün başqa yol axtarmaması da, ayədə bildirilmiş gözəllikdir. “Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın” şəklində tərcümə olunmuş hissədə, yenə “kişiyə itaət edən qadın” zehniyyətinə əsaslanaraq bir istiqamətləndirmə aparılır. Halbuki əsil tərcüməyə görə burada; “verdiyiniz öyüdə qulaq asar və sədaqətli davranarlarsa” şəklində bir açıqlama yer alır. Buradakı meyar, qadının kişiyə qarşı itaətkar olması deyil, evlilik həyatında hər iki tərəfin də məsuliyyət daşıdığı “sədaqət”dir.