Qaranlıq təhlükə: bağnazlıq: Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Takiyə, “qorunmaq, gizlənmək” mənalarını verən bir sözdür. Quranda bu ifadə bir ayədə belə qeyd olunur:
Qəlbi imanla sabit qaldığı halda, təzyiqə məruz qalanlar istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar...
Bu ayədə xüsusi bir vəziyyət təsvir edilir: Burada imanlı olmasına baxmayaraq, təzyiq altında olan birindən bəhs edilir və olduğu çətin vəziyyətdən xilas olmaq üçün, müvəqqəti olaraq Allahı inkar etdiyini söyləməsi və ya imanını gizlətməsindən söhbət gedir. Qurana görə takiyənin yeganə mənası budur.
Halbuki takiyə anlayışı, həm hazırda bəzi mövhumatçı İslam anlayışına sahib insanlar tərəfindən fərqli tətbiq edilir, həm də bəzi İslam əleyhdarları tərəfindən səhv başa düşülür. Mövhumatçı İslam anlayışına sahib bəzi insanlar, takiyəni, bütün həyatlarına hakim olması lazım olan ikiüzlülük metodu olaraq istifadə etməyə təşəbbüs edir, heç bir həyati təhlükə olmadığı vəziyyətlərdə belə, İslamdan kənar tətbiqləri rahatlıqla icra edə bilir və saxta hədislər nəticəsində düşmən hesab etdikləri şəxslərə rol xatirinə dostmuş kimi davranırlar. Bəzi İslam əleyhdarları və ya radikallardan ötrü, İslama şübhəylə yanaşanlar isə, bunu bütün müsəlmanlara aid edib, heç bir müsəlmanın sülh və sevgi barəsindəki sözünə inanmamağın lazım olduğunu, son və böyük müharibə üçün hamısının rol oynadığını iddia edirlər. Onlar, həmin bu müsəlmanlar tərəfindən Quranda qeyd olunan takiyənin belə tətbiq olunduğunu və əslində müharibəni səbirsizliklə gözləyən müsəlmanların rol xatirinə sülh və sevgi nümayəndəsi kimi davrandıqlarını irəli sürürlər. Dolayısilə bu insanlara görə, sevgi və sülhdən danışan hər müsəlman əslində yalan danışır.
Əlbəttə ki, burada hər iki tərəfin də üzləşdiyi ən böyük problem Qurandan xəbərsiz olmalarıdır.
Əvvəlcə Quranda qeyd olunan takiyə sözündə mühüm bir şərt var: “Qəlbi imanla sabit qaldığı halda təzyiqə məruz qalanlar istisna olmaqla”... Ayədə bildirilən takiyə üçün şərt, insanın təzyiq və ya təhdid altında, yəni çətin vəziyyətdə qalmasıdır və təzyiqdən qurtulmaq üçün imanını gizlətməsidir; düşmənçiliyini deyil. Uca Allah Quranda Firon ailəsindən olub imanını gizlədən bir insanı xəbər verir:
Firon ailəsindən olub imanını gizlədən mömin bir kişi dedi:
“Siz bir insanı: “Rəbbim Allahdır!” dediyinə görə öldürəcəksinizmi?...”
İmanını gizlədən bu insan açıq təhlükə içindədir. Firon kimi dövrün ən zalım hökmdarının yanında yaşayır və ölüm təhdidi altında olmasından ötrü imanını gizlədir, yəni takiyə edir. Bu vəziyyət tam olaraq Qurandakı takiyə şərtinin yerinə yetirildiyi vəziyyətdir. Bu insan ciddi bir təhdid altında olmasından ötrü, iman gətirmiş olmasına baxmayaraq, imanını gizlədir. Qurana görə takiyə yalnız və yalnız belə tətbiq olunar.
Hal-hazırda bəzi mövhumatçı zehniyyətlərin takiyə adı altındakı tətbiqləri və bu tətbiqləri İslama uyğun zənn edən bəzi İslam əleyhdarları, Qurandan uzaq olduqları üçün, sülh və sevginin də qarşısını almağa çalışırlar. Takiyənin Qurandakından fərqli qəbul edilməsi və həyata keçirilməsi hazırda dünyaya dəhşət gətirən müharibə və qarşıdurma mühitini bir cür dəstəkləyir. Bunu etməklə insanlara əsla sülhün bərqərar olunmayacağı təlqini verilir və kütləvi qırğınların, dəhşət ssenarilərinin davam edəcəyi söylənilir. Bu anlayış Qurana zidd olduğu kimi, məntiqi cəhətdən də ziddir. Bir müsəlmanın Allah rizası üçün bütün həyatını sülhün və qardaşlığın bərqərar olmasına, insanları özünə dost tutmağa həsr etdiyini, bundan ötrü müharibə tərəfdarları və radikallar tərəfindən müxtəlif təhdidlərlə üzləşdiyini, həyatını təhlükəyə atdığını, İslamofobiyanın dağıdıcı təsirini gözə alaraq xristianları və yəhudiləri dost olmağa razı saldığını, bu dostluq üçün vaxtını, pulunu, imkanlarını və gəncliyini sərf etdiyini... axırda isə, min bir əziyyətlə bir yerə topladığı və bütün çətinliklərə baxmayaraq, aralarında sevgi birliyi yaratdığı insanları bir anda qətl etməyə qərar verdiyini bir düşünün!
Bu olduqca azğın bir dünyagörüşüdür. Əgər bir insan şeytani düşüncəyə sahibdirsə və insanları öldürməyi qərara almışdırsa, bunun üçün mühit və imkan tapmaqda, şübhəsiz ki, çətinlik çəkməz. Bu şeytani fikrini onsuz da hər şəraitdə tətbiq edə bilər. Əgər bunu din adından edəcəksə, onsuz da dini istədikləri kimi istifadə edib, qırğınlar törədən insanlar çox uzaqda deyillər.
Müsəlman həyatını yalanla yaşamaz, bu haramdır. Əsil müsəlman həyatını daim Qurana görə yaşayar. Müsəlmanlar Quran ayələri əsasında, bu dünyaya sevgini gətirməklə (Məryəm surəsi, 96), bütün dünyada sülhü bərqərar etməklə (Bəqərə surəsi, 208) və birlik və həmrəyliyi hakim etməklə məsuldurlar (Ənfal surəsi, 73). İnkar edənləri belə qoruyub, lazım gəlsə bunun üçün özlərini təhlükəyə atmaqla əmr olunmuşdurlar (Tövbə surəsi, 6). Quranda xüsusi yerə sahib Kitab Əhli ilə isə, qardaş, dost və yaxın yoldaş olmaqla məsuldurlar. Onları qətl etmək və onları zorla öz dinlərinə qaytarmaq üçün deyil; onları sevdikləri, Allahın əmri olduğunu bildikləri və bir yerdə “Allah birdir” dedikləri üçün onlara qucaq açmaqla məsuldurlar. Takiyə anlayışından saxtakarca istifadə edən və müsəlmanlığı müharibə dini kimi göstərməyə çalışanlar, məkrli planlarında müvəffəqiyyət qazana bilməyəcəklər. Çünki məkrli planlar daima pozulmuş olaraq qurulur. Bütün müharibə ssenarilərinə baxmayaraq, üç dinin nümayəndələri bu dünyaya sülhü hakim edəcəklər. Çünki Allah mütləq haqqı üstün edər, sevgi və sülhü istəyər. İnsanları və bütün kainatı sevgi üçün yaratmışdır.
Qurandan fanatiklər və İslam əleyhdarlarının yəhudi əleyhdarlığına dəlil olaraq gətirməyə çalışdıqları Quran ayələrinin gerçək şərhlərini gördük. İndi isə, fanatiklərin yəhudi əleyhdarlığını təlqin etmək üçün işlətdikləri və qeydsiz-şərtsiz inandıqları saxta hədisləri açıqlayaq: