Qaranlıq təhlükə: bağnazlıq: Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Əlbəttə ki, müsəlman baxımlı, təmiz və gözəl olmalıdır. Çünki gözəllik, baxım, estetika və incəsənət zövqü Allahın bəyəndiyi şeylərdir və yuxarıdakı ayədə bildirildiyi kimi, xüsusilə iman gətirənlərə verilmiş bir nemətdir. Quranda müsəlman qadınların makiyaj etməsi və baxımlı olmasının haram olduğuna dair hökm yoxdur. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründə də xanımlar daim ən gözəl və ən baxımlı şəkildə cəmiyyət içinə çıxmışdırlar. O dövrdəki qadınlar da makiyaj edirdilər, hətta Peyğəmbərimiz (s.ə.v) başda olmaqla, dövrün kişiləri də gözlərinə sürmə çəkirdilər. Bir hədisdə belə bildirilir:
Aişə (r.ə) belə rəvayət edir: “Rəsulullah oruclu olarkən, sürmə çəkmişdir”. (İbni Mace, Sıyam, 17)
O dövrdə müsəlman xanımlar ənlik, sürmə, dodaq boyasından istifadə edər, əllərini və dırnaqlarını xına ilə boyayardılar. Qadınlar və kişilər saçlarını xüsusi boyalarla boyayırdılar. Belə ki, Peyğəmbərimiz (s.ə.v) insanları saçlarını boyamağa təşviq edər, hətta özü də boyayardı.
Bir çox hədis kitabında qeyd olunan bir rəvayətə görə, Ummu Həbibənin atası, Əbu Süfyanın üç gün yasını tutduqdan sonra yanaqlarına “haluk” çəkmişdir. (Belazuri, 1987:184-185) (Haluk, çəhrayı sarı rəngiylə ənliyə bənzəyir.) Bu mövzudakı digər bəzi hədislər isə bunlardır:
Təbəraninin bir rəvayətinə görə: “Saçların rənginin dəyişdirilərək əcnəbilərdən fərqli olması” əmr edilir. (2111)
Hz. Əbu Hüreyrə (r.ə) belə deyir: “Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurdu: “Yəhudilər və xristianlar (saçlarını) boyamazlar. Siz onların etdiyinin əksini edin”. [Buhârî, Libâs 67, Enbiya 50; Müslim, Libâs 80, (2103); Ebû Dâvud, Tereccül 18, (4203); Nesâî, Zînet 14, (8, 137); Tirmizî, Libâs 20, (1752).] Buxari və Müslimdə, hz. Ənəsdən gələn rəvayətdə belə deyilir: “Hz. Əbu Bəkir və hz. Ömər (r.ə) (saçlarını) xına və kətan bitkisiylə boyayardılar”.
SüheybüI-Hayr (r.ə) belə dedi: “Rəsulullah əleyhissalatu vəssalam belə buyurdu: “(Ağaran saç və saqqallarınızı boyamaqda) istifadə etdiyiniz ən yaxşı boya, şübhəsiz ki, bu qara boyadır. (Çünki qara boya) həyat yoldaşlarınızın sizi daha çox bəyənməsinə vəsilə olur, müxalifləriniz içində də haqqınızda daha çox çəkinməyə vəsilədir”. (Ebu Davud, Libas 18, (4064), Tereccül 19, (4210); Nesai, Zinet 17, (8,140). Buhari, Libas 66, Menakıb 23; Müslim, Fedail 100-105, (2341); Ebu Davud, Tereccül 18, (4209); Nesai, Zinet 17, (8,140, 141))
Peyğəmbərimiz (s.ə.v)-in ən çox sarı saçı bəyəndiyi yenə hədislərdən aydın olur: İbni Abbas (r.ə) belə dedi: “(Saçlarına) xına yaxmış biri gəldi. Hz. Peyğəmbər (əleyhissalatu vəssalam) da: “Bu nə gözəl!” deyib alqışladı. (Az sonra) xına və kətan bitkisiylə boyanmış biri də gəldi. Bu zaman da: “Bu əvvəlkindən də gözəldir!” dedi. Sonra (saçlarını) sarıya boyamış biri daha də gəldi, bu zaman isə: “Bu o birilərindən də gözəldir!” dedi”. (Ebü Dâvud, Tereccül 19, (4211); İbnu Mâce, Libâs 34, (3627)).

Əhməd ibn Hənbəlin bir rəvayətində, Mədinə camaatından yaşlanmış, saqqalları ağarmış qocalara rast gəldiyi vaxt, onlara: “Ey Mədinə camaatı (saçlarınızı) qırmızı rəngə boyayın, sarı rəngə boyayın!” deyə məsləhət verdi.
(Səhabə və tabiinin) çoxu sarıya boyamağı uyğun görmüşdürlər. Hz. Əli, İbni Ömər, Əbu Hüreyrə və s. insanlar bu kimsələrdəndir. Bəziləri xına və kətan bitkisiylə, bəziləri zəfəran bitkisiylə, bəziləri də qara boya ilə boyamışdırlar. Qara rənglə boyayanlar arasında hz. Osman, hz. Həsən, hz. Hüseyn (yəni hz. Əlinin iki oğlu), Ukbə İbnu Amir, İbnu Sirin, Əbu Bürdə və s. insanların da adı çəkilir”.
Hz. İbnu Ömər (r.ə)-dən gələn rəvayətə görə, saqqalını sufra adlanan, sarı boya ilə boyayar və belə deyərdi: “Mən, Rəsulullah (əleyhissalatu vəssalam)ı gördüm, saqqalını bununla boyamışdı, ən çox sevdiyi boya da bu idi. Hərdənbir paltarını da bununla boyayardı”. [Ebû Dâvud, Libâs 18, (4064), Tereccül 19, (4210); Nesâî, Zînet 17, (8, 140)] Əbu Qatadə (r.ə)-dən belə rəvayət olunur: “O (Əbu Qatadə), Peyğəmbər (s.ə.v)-ə belə dedi: “Çiyinlərimə qədər uzanan (gur) saçlarım var, onları daraya bilərəmmi?”“. Peyğəmbər (s.ə.v) isə ona: “Bəli, onlara yaxşı bax!” dedi. Əbu Qatadə Peyğəmbər (s.ə.v)-in bu (bəli, onlara yaxşı bax) sözünə görə çox vaxt saçlarını gündə iki dəfə yağlayardı. (Büyük Hadis Külliyatı, Cem'ul` Feaid er-Rudani, 2-ci nəşr, İstanbul, 2009)
Əbu Zər (r.ə)-dən belə rəvayət olunur: “Allahın Rəsulu (s.ə.v) belə buyurdu: “Ağ saçları boyayan ən gözəl şey xına və kətandır”“.
Peyğəmbərimiz (s.ə.v)-in dövründə xanımların dırnaq boyası əvəzinə əllərinə və dırnaqlarına xına yaxdıqları və Peyğəmbərimiz (s.ə.v)-in də xanımları buna təşviq etdiyi bir çox rəvayətdə qeyd olunur:
Əlində Rəsulullaha verəcəyi bir məktub olan qadın, pərdənin arxasından ona işarə elədi (əlini uzatdı) Rəsulullah (s.ə.v) də onun əlini tutdu və (məktubu almadan əlini çəkərək): “Bilmirəm bu kişi əlidir, yoxsa qadın əli?” dedi. Qadın isə ona: “Qadın əlidir” dedi. Rəsulullah (s.ə.v) də: “Əgər sən qadın olsaydın dırnaqlarının (rəngini) xına ilə dəyişdirərdin” dedi. (Ebu Davud, 1992)
Aişə (r.ə)-dən rəvayət olunduğuna görə, Hind Binti Utbə belə dedi: “Ey Rəsulullah sənə beyət etmək istəyirəm”. Rəsulullah (s.ə.v) də ona; “əllərinin (rəngini) dəyişdirənə qədər mənə beyət edə bilmərsən...” dedi. (Ebu Davud, 4165)