Qaranlıq təhlükə: bağnazlıq: Qadınların ağlına uymamağın lazım olduğu iddiası
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Bir qadını başçıları edən qövm əsla nicat olmaz. (İbni Hanbel Müsned 5/43,50; Tirmizi Fiten:75 Nesai Kudat:8; Buhari Fiten:18)
Qadınlara itaət peşmanlıq gətirər. (Tezkiratul Mevzuat: 128, Kitabul Mevzuat: 2, 272)
Qadınlarla müşavirə tərtib edin, onlardan məsləhət alın və onların söylədiklərinin əksini edin. (El-Makasıdul Hasene: 248, Tezkiretul mevzuat:128, Tenzihuş Şeria: 2-204, Silsiletul Ehadis:
432)
Qadınlardan məsləhət almayın, onlara qarşı çıxın. Qadınlara qarşı çıxın, çünki qadınlara qarşı çıxmaq bərəkət gətirər.
(Kadınlara Dîni Bilgiler 44,45 Suyuti, Leali II, 147; İbn Arrak, Tenzihü'ş Şeria II, 210)
Hər kim, arvadına itaət edərsə, Allah (c.c) onu üzüstə Cəhənnəmə atar. (İbn Arrak II, 215)
öründüyü kimi, fanatiklərin qadınları öz aləmlərində aşağı varlıq qəbul etmələrinin ən əhəmiyyətli göstəricilərindən biri də qadınları cəmiyyətdə təsirli mövqelərdə qətiyyən görmək istəməmələridir. Buna görə də, qadınların idarəçi olmalarına qarşı çıxırlar. Hətta qadınlarla məsləhət aparılmasını belə qəbul etməzlər. Qadınların düşündükləri hər şeyin yanlış olduğu, etdikləri hər şeyin səhv olduğu kimi azğın məntiqə sahibdirlər. Bu, qadınları tamamilə cəmiyyətdən təcrid etmək üçün, qurduqları iyrənc oyunun bir parçasıdır. Yuxarıdakı uydurma hədislər də bu məqsədlərinə xidmət etmiş və bir çox ölkədə bu azğın fikirlərin hakim olduğu fanatik və qadın düşməni cəmiyyətlər meydana gəlmişdir. Halbuki bu məntiq Qurana, Peyğəmbərimiz (s.ə.v)-in tətbiqlərinə və İslam dininə tamamilə ziddir.
Məsələn, saxtakar mövhumatçılar; “bir qadını başçıları edən qövm əsla nicat tapmaz” yalanını öz aləmlərində yaymağa çalışarkən, Allah Quranda dövlət başçısı olan bir qadını nümunə verir: Səba məlikəsi...
“Qadınlardan məsləhət almayın” deyən mövhumatlara baxmayaraq, Səba məlikəsi, iş barəsində bütün qərarları verən tək lider mövqeyindədir. Ayələrdə Səba məlikəsinin liderlik xüsusiyyəti belə ifadə edilir:
Çox keçmədən hüdhüd gəlib dedi: “Mən sənin bilmədiyin bir şeyi öyrəndim. Sənə Səbadan doğru bir xəbər gətirmişəm. Mən onlara padşahlıq edən, özünə hər şey verilmiş və çox böyük bir taxtı olan bir qadın gördüm.
Qövmünə hakimlik edən qadın başçı Səba məlikəsi hz. Süleyman (ə.s)-a belə tanıdılmışdır. Hz. Süleyman (ə.s)-dan Səba məlikəsinə İslama dəvət məktubu göndərildikdən sonra Səba məlikəsi öz qövmünün ağsaqqallarından məsləhət almış və onlar da ona bu cavabı vermişdirlər:
Onlar dedilər:
“Biz böyük bir qüvvət və qüdrət sahibiyik. İş barəsində qərar verməksə sənindir. Nə buyuracağını özün fikirləş!”
Göründüyü kimi Qurana görə qadın, dövlət başçısı, hökmdar ola bilir və iş barəsində qərar verib əmrini tətbiq elətdirə bilir. Fanatiklərin dinindəki qadınla Qurandakı qadının xüsusiyyəti tam mənasıyla bir-birinə zidddir.
Fanatiklər, bəhs olunan saxta hədislərdə çəkinmədən qadınlara etdikləri bu təhqirləri əslində hz. Məryəmə, Quranda danışılan mömin qadınlara, Peyğəmbərimiz (s.ə.v)-in mübarək zövcələrinə və qadın səhabələrə qarşı da etdiklərindən xəbərsizdirlər. Qadını bu qədər alçaq hesab edən, belə qəribə zehniyyətin, bütün qadınları alçaq hesab etdiyi unudulmamalıdır.
Həmin bu fanatiklər Qurandan nə qədər fərqli həyat tərzi yaşadıqlarını, Peyğəmbərimiz (s.ə.v) dövründəki qadınların vəziyyətinə baxdığımızda da açıq şəkildə görərik:
Məsələn, Peyğəmbərimiz (s.ə.v)-in həyat yoldaşı hz. Xədicə Məkkənin ən varlı tacirlərindən biri idi. Şama ticarət karvanları göndərirdi, bu iş üçün yanında işlətdiyi insanlar vardı. Mədinə dövründə də qadınlar dəri emalı, ip emalı, toxuculuq, dərzilik, dərman istehsalı, gözəl qoxu (ətir) satışı kimi bir çox ticarət işiylə məşğul olur, həyatın hər sahəsində fəal iştirak edirdilər. Müharibəyə çıxılan zamanlarda qadın səhabələr kişilərlə birlikdə döyüşlərə qoşulur, lazım gəldikdə ön cərgələrdə çıxış edirdilər.
Rayta bint Abdillah, hz. Peyğəmbər (s.ə.v)-ə: “Ey Rəsulullah mən sənətkar bir qadınam, ərimin (Abdullah ibn Məsud) və övladımın heç nəyi yoxdur; sənətkarlıq işimdən əldə etdiyim məhsulları satıram” deyər və ailəsi üçün xərclədiklərindən ötrü savab qazanıb qazanmadığını da soruşar. Hz. Peyğəmbər, ona: “Onlar üçün xərclədiklərindən ötrü, əlbəttə ki, savab qazanırsan” deyə cavab verər. (İbn Sa'd, et-Tabakât, VIII, 290; Nuaym, Hilye, II, 69; İbnu'l-Esîr, Usdu'l-Gabe, VII, 121)
Göründüyü kimi Peyğəmbərimiz (s.ə.v)-in dövründəki qadınlar; evlərini dolandıran, ailə həyatında sözü keçən qadınlardır; Peyğəmbərimiz (s.ə.v) də bu səyi tərifləyir. Peyğəmbərimiz (s.ə.v)-in dövründə Əsləm qəbiləsindən olan Kuaybe binti Sadın, xəstələri və yaralıları müalicə etdiyi bildirilir. Yəni qadınlar Peyğəmbərimiz (s.ə.v) dövründə həkimlik edirlər. Belə ki, Həbəşistana hicrət edən, ağıllı, mədəni və təcrübəli bir qadın olan Əsma binti Ümeysin də yaxşı həkim olduğu məlumdur. Ümmü Sələmə, Əsma binti Ümeysin hz. Peyğəmbər (s.ə.v) üçün, “Hindistan və Yəməndən gətirilən bitkilər və zeytun yağı ilə bir dərman” hazırladığı söyləyir. Bu rəvayətdə Əsmanın, bu dərmanın hazırlanma üsulunu Həbəşistanda öyrəndiyi də bildirilir. (İbn Sa'd, a.g.e, II, 236)
Hz. Peyğəmbər (s.ə.v) dövründə, Mədinədə gözəl qoxu (ətir) satan qadınlardan bəzilərinin adları çəkilir. Bunlardan biri olan Müleykə Ümmüs-Saib əl-Səkafiyyə, gözəl qoxu (ətir) satmaq üçün hz. Peyğəmbər (s.ə.v)-in hüzuruna daxil olar. Yəni Peyğəmbərimiz (s.ə.v) dövründəki qadınlar satıcılıqla da məşğul olurdular.
Bütün digər müsəlmanlarla birlikdə döyüşə qoşulan qadın səhabələrin vəziyyətini ən mükəmməl açıqlayan rəvayətlərdən biri də aşağıdakı kimidir:
“Möminlərin qəflətindən faydalanan müşriklər döyüş meydanına elə girdilər ki, Rəsulun ətrafında onu qorumaqla vəzifəli 10-12 nəfərlik dəstə də müharibəyə qoşulmaq məcburiyyətində qaldı. Bir anda tək-tənha qalan Peyğəmbərimiz (s.ə.v)-in yanında təkcə hz. Nəsibə vardı. Bu 40-50 saniyəlik tənhalıq idi. Müşriklərdən biri, bunu fürsət bilib hücum etsə də Nəsibə qılıncıyla onu öldürdü. Ardınca Rəsulullaha ikinci bir müşrik hücum etdi. Bu ikiqat zireh geyinmiş bir müşrikdi. Nə qədər vursa da öldürə bilmirdi. Öz çiyinindən belinə qədər ağır bir qılınc zərbəsi aldı. Bu əsnada digər möminlər yetişib kafiri məhv etdilər. Bu bir neçə saniyəlik müddət o qədər əhəmiyyətli idi ki!... Uhud döyüşündə Nəsibə tam on bir yerdən yaralandı. Buna baxmayaraq, müharibənin sonuna qədər imtina etmədi.”
Göründüyü kimi, saxta hədislərin tam əksinə Peyğəmbərimiz (s.ə.v)-in dövründə qadınlar döyüş meydanı kimi, olduqca kritik mühitlərdə belə iştirak etmişdirlər. Müharibədə Peyğəmbərimiz (s.ə.v)-in qorunması kimi, olduqca əhəmiyyətli bir vəzifəni qadın səhabələr yerinə yetiriblər. Peyğəmbərimiz (s.ə.v)-in, həyati təhlükə dolu belə riskli bir mühitdə qadınların özünü qorumaq vəzifəsini boynuna götürməsini uyğun görməsi, həmin bu qadın səhabələrin ağıllarına və vicdanlarına nə qədər güvəndiyinin mühüm bir əlamətidir.
Quranda; “ey iman gətirənlər, “bizi izlə, bizə bax” deməyin, “bizi qoru” deyin...” (Bəqərə surəsi, 104) ayəsində yalnız iman edən kişilərə deyil, iman edən qadınlara da müraciət edilir. Ayədə qadınlara da “bizi izlə, bizə bax” deməmək nəsihət edilir. Deməli, Quranda qadına; izlənilən, ağlı zəif olduğu üçün kişilər tərəfindən baxılan və yönləndirilməli olan varlıq kimi deyil, tam əksinə öz ayaqları üzərində duran, güclü, ağıllı, vicdanına tam güvənilən, zəkalı varlıq olaraq baxılır. Lakin qadınlara qarşı əsrlərdir ki, bu uydurma hədislərlə yetişdirilmiş və şüurlu hala gətirilmiş bəzi İslam ölkələrində bu anlayışdan məhrum olan insanları sayı çoxdur. Dolayısilə; “Qurana görə qadınlar və kişilər eyni hüquqlara malikdirlər” dediyimiz vaxt, bunu qəti surətdə rədd edən insanlar; bilərək və ya bilməyərək Allahın ayələrinə qarşı çıxırlar.