Qaranlıq təhlükə: bağnazlıq: Oğurluq edənlərin öldürülməsi
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Oğurluqdan israr edənləri öldürün. (1631-Ebû Dâvud-Nesâî)
ğurluqda israr edənlərin öldürülməsi Quranda əsla mövcud olmayan və təbiidir ki, başqa uydurma hədisin məhsulu olan bir hökmdür və yenə qorxunc bir cinayətdir.
Quranda oğurluq edən şəxslərlə bağlı bu hökm verilir:
Etdikləri əməlin əvəzində Allahdan “təkrarın qarşısını alan qəti bir cəza” olaraq oğru kişinin və oğru qadının əllərini kəsin!. Allah üstün və güclü olandır, hökm və hikmət sahibidir.
Bu ayədə kəsmək feli üçün istifadə edilən terminin ərəbcəsi “iktauu”dur. Bu kəlmə “kataa”, yəni kəsmək felinin cəm halıdır. Quranda “qətəa” felinin necə bir kəsmə formasını ifadə etdiyini həmin felin işləndiyi aşağıdakı ayədən də anlaya bilərik:
Qadın onların hiyləsindən xəbər tutduqda qonaqlığa gəlmək üçün onlara xəbər göndərdi və onlar üçün mütəkkələr hazırladı (məclis qurdu), onların hər birinə (önlərindəki meyvələri soymaları üçün) bir bıçaq verdi və Yusifə:
“Onların qarşısına çıx!” dedi. Qadınlar Yusifi (fövqəladə gözəllikdə) gördükdə, (onu fövqəlbəşər bir varlıq kimi gözlərində böyüdüb, özlərini itirərək) əllərini kəsdilər və dedilər: “Allah tənzih edirik! Bu ki bəşər deyil. Bu ancaq üstün bir mələkdir!”.
Buradan əllərinə meyvə soymaq üçün bıçaq verilən qadınların özlərini itirərək əllərini kəsib qoparmadıqları açıq şəkildə aydın olur. Təsvir edilən mühitdə əldən sürüşən bıçağın dəri üzərində bir cızıq yaratdığı anlaşılır. Dolayısilə kəlmənin mənasına diqqət yetirdiyimiz vaxt, onun “kəsib qoparmaq” mənasını vermədiyini, sadəcə çəkindirmə məqsədli və ya o şəxsin oğurluq etdiyinə dair təyinedici və təkrarın qarşısını alan bir cızığı ifadə etdiyi aydın olur.
Oğurluq hökmü ilə bağlı olaraq Qurana baxılanda, hər günahda olduğu kimi, burada da bağışlamağın ön plana çıxdığını görürük. Quranda oğurluqla bağlı hökmün təsvir edildiyi Maidə surəsinin 38-ci ayəsindən dərhal sonrakı ayə bu hərəkəti edən şəxsin bağışlanmasını ifadə edir. Əlbəttə ki, bunun üçün ən vacib şərt etdiyi hərəkətdən sonra tövbə etməsi və əməllərini düzəltməsidir. Ayədə bu, belə bildirilir:
Hər kim haqsızlıq (oğurluq) etdikdən sonra tövbə edib (əməllərini) islah etsə, şübhəsiz ki, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.
Burada bildirilməli olan əhəmiyyətli bir xüsus da, oğurluq əməlinin səbəbi olmalıdır. Oğurluqla bağlı Qurandakı həmin hökmün tətbiq ediləcəyi cəmiyyətlər, şübhəsiz ki, Qurandakı şəriətə bağlı İslam cəmiyyətləridir. Qurandakı şəriətə bağlı bir İslam cəmiyyətində isə, bir yanda zənginlərin digər yanda isə yoxsulların yaşadığı bir sistemin olması qeyri-mümkündür. Çünki Quranı əsas götürən cəmiyyətlər Allahın verdiyi ruzidən geniş şəkildə xərcləyirlər. Yəni maddi imkanlı şəxslər, maddi imkanı olmayanların daimi himayədarıdır və onlar mallarını daim yoxsullara verməklə məsuldurlar. Mövzu ilə bağlı ayələr belədir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, mala olan sevgisinə baxmayaraq, onu qohum-əqrəbaya, yetimlərə, kasıblara, yolda qalanlara, dilənənlərə və kölələrə (azad edilmələri üçün) sərf edən, namaz dosdoğru qılıb, zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, çətinlik, xəstəlik və müharibənin qızışdığı vaxtlarda səbir edənlər(in göstərdiyi rəftar və davranışlardır). Məhz onlar doğru olanlardır, müttəqi olanlar da elə onlardır.
Səndən Allah yolunda nə verəcəklərini soruşurlar. De:
“Yaxşılıq olaraq verəcəyiniz hər bir şey valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara və yolda qalanlara aiddir. Siz nə yaxşılıq edirsinizsə, şübhəsiz ki, Allah onu bilir”.
Ona olan sevgilərinə baxmayaraq, yeməyi kasıba, yetimə və əsirə yedirər və: “Biz sizi yalnız Allah rizası üçün yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik” deyərlər.
Qohum-əqrəbaya da, yoxsula da, yolda qalana da haqqını ver. Lakin malını israf edərək dağıtma.
Bu ümumi məlumatı verdikdən sonra bu sualı verək: oğurluq niyə edilir?
Birinci səbəb ehtiyacdır. Bir insan çətin vəziyyətdə qaldığı, borca düşdüyü, yoxsulluqla boğuşduğu üçün yanlış bir seçim olaraq oğurluq edə bilər. Halbuki Quranın himayəsi altındakı belə bir cəmiyyətdə çətin vəziyyətdə qalan, borca düşən, yoxsulluq içində olan bir insanın olması qeyri-mümkündür. Yoxsullar maddi imkanlı şəxslər tərəfindən qorunduğu bir halda, çətin vəziyyətdəki şəxslərin borcları ilə bağlı hökm Quranda; “bilin ki, borcu sədəqə olaraq bağışlamaq sizin üçün daha xeyirlidir” (Bəqərə surəsi, 280) ayəsi ilə açıq şəkildə bildirilmişdir.
Oğurluq etmənin ikinci səbəbi isə zehni problemlər, psixoloji narahatlıqlar ola bilər. Bu, onsuz da həmin adamın müalicə görməsini və sağaldılmasını zəruri edən xüsusi vəziyyətdir və O təqsirli deyil, xəstədir. Praktikada bu ikisindən başqa, insanları oğurluq etməyə sövq edəcək səbəb yoxdur. Dolayısilə, bu səbəblərin aradan qaldırılmasıyla birlikdə, İslam cəmiyyətlərində oğurluq hallarının yaşanmasının qarşısı ən başdan alınar. Bütün bunları görməzlikdən gələn mövhumatçılar İslamı ölüm və vəhşət dini olaraq tanıtmağa çalışdıqlarından, bu mövzuda da tamamilə Qurana zidd bir hökm qoyublar. Düzdür oğurluq etmək haramdır, lakin onlar çox vaxt oğurluq edənin ehtiyac içində və ya xəstə olub-olmadığıyla maraqlanmazlar belə. Halbuki ehtiyac içində olan da, xəstə olan da müsəlmanların məsuliyyəti altındadır. Bu məsuliyyəti görmədikləri kimi, bu qatı hökmdən ötrü çəkinmədən cinayət törədə bilirlər. Bu saxta hökmü gətirənlər öz aləmlərində (haşa) Quranı bəyənmir, öz azğın zehniyyətlərinə uyğun görmür, Quranın ədalət sistemi əvəzinə öz ədalət sistemlərini qurmağa çalışırlar. Qurana baxdıqda isə, bu vəhşiliyin əvəzinə daim sevgi və bağışlayıcılığın əks olunduğunu görürük.