Qaranlıq təhlükə: bağnazlıq: Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Ov, qoyun və çoban itlərindən başqa bütün itləri öldürün. (4949-Buhârî-Müslim-Muvatta-Tirmizî-Nesâî)
“Bütün qara itləri öldürün. Çünki onlar şeytandır”.
(Hanbeli 4/85, 5/54)
“Deyilənə görə uzunqulaq şeytan gördüyü vaxt anqırar”.
(Müslim)
“Başqa bir hədisə görə siçan əslində yəhudidir, buna görə dəvə südü içmir”. (Müslim Zühd)
Bir hədisə görə qarğa sapqındır (fasiqdir). (Buhari 59/16; Hanbeli, Müsned 2/52)
Göyərçin şeytandır. (5331-Ebu Davud-İbnu Mace)
Kərtənkələ günahkardır. (Müslim 2239/145, İbni Mace 3230, Ebu Davud 5262)
Kərtənkələni bir həmlədə öldürən adam yetmiş savab qazanar. (Ebu Davud 5264, Müslim 2240/147)
“Zina edən” meymunların daşlanaraq öldürülməsi... (Buhari 63/27) – (zina edən bir meymunun tutulduqdan sonra daşlanaraq öldürüldüyü və səhabələrdən birinin də bunu etdiyi digər bir uydurma hədisdir.)
Şeytan görən uzunqulaq, yəhudi siçan, sapqın qarğa, şeytan göyərçin, zina edən meymun, öldürülməli olan yazıq qara itlər və kərtənkələlər”... Bütün bunlar fanatik zehniyyətin Qurandan nə qədər uzaq və dəhşətli bir həyat bəxş etdiyinin xülasəsidir. Bu qəribə zehniyyət ov və çoban itlərindən başqa bütün itləri öldürməyi əmr edən bir dinin məhsuludur. Bu din dünyanın ən şirin varlıqlarından biri olan, Allahın növbənöv və inanılmaz bir sevgi və qoruma duyğusuyla yaratdığı, bir-birindən möhtəşəm xüsusiyyətlərə sahib ev itlərinin, balaca ev itlərinin, gözətçi itlərin hamısının öldürülməsini əmr edir. Halbuki Quranın; “yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır. (İsra surəsi, 44) ayəsinə əsasən, bizim qavraya bilmədiyimiz bir üsulla Allahı tərifləyən, Allahın cənnət üçün xüsusi olaraq sevimli yaratdığı bu canlılar necə fasiq və ya şeytan ola bilər? Bir siçan necə yəhudi ola bilər və yəhudi olmaq necə günah sayıla bilər? Üstəlik, bir meymun necə zina edə bilər? Bu canlının əxlaqi dəyərləri, sədaqət göstərməli olduğu həyat yoldaşı, bütün bunları dərk edəcək bir şüuru və bütün bunlarla əlaqəli olaraq daşıdığı məsuliyyət vardırmı ki zina ilə günahlandırılsın? Bu olduqca cahil bir iddiadır. Lakin fanatiklər, səhabələrin adını belə bir saxtakar iddiada da hallandıraraq onlara böhtan atmaqdan çəkinmirlər.
Əlbəttə ki, bunların hamısı uydurma hədislərdir və Quranda belə zalım hökmlərin olmasına imkan yoxdur. Allah Quranda, tərifləyərək bəhs etdiyi Kəhf və Rəqim əhlinin yanında itlərinin də olduğunu bildirir:
Onlar yatmış ikən sən onları oyaq hesab edərdin. Biz onları sağa-sola çevirirdik. Onların iti isə girəcəkdə qabaq pəncələrini uzadıb yatmışdı...
Bəziləri: “Onlar üçdür, dördüncüsü köpəkləridir!” deyəcəklər. Digərləri isə “Onlar beşdir, altıncısı köpəkləridir!” deyəcəklər. Bununla da qeyb haqqında təxmini fikir yürüdəcəklər. Bəziləri də:
“Onlar yeddidir, səkkizincisi köpəkləridir!” deyəcəklər. De: “Onların sayını Rəbbim daha yaxşı bilir. İnsanlardan bunu bilən çox azdır!”...
Ayələrdən də açıq şəkildə göründüyü kimi, müsəlmanların yanında özlərini qoruyan və onlarla dost olan itlər ola bilər. İtlərlə yanaşı, Quranda adları çəkilən başqa heyvanlar da vardır.
“ 1) Qurana görə heyvanlara sevgi və şəfqət göstərilər:
(Süleyman) dedi: “Həqiqətən mən, nemətə (və ya ata) olan məhəbbəti Rəbbimi zikr etməkdən dolayı üstün tutdum. Sonunda bu atlar (qaçdılar və toz-torpağın) arxasında gizləndilər. (Süleyman):
“Onları yanıma qaytarın!” dedi. O, atların qıçlarını və boyunlarını oxşamağa başladı.
Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda dişi bir qarışqa dedi: “Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və qoşunu özləri də hiss etmədən sizi tapdayıb məhv etməsinlər”. Süleyman qarışqanın bu sözünə gülümsədi və dedi: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də valideynlərimə əta etdiyin nemətə şükür etmək üçün, Sənin razı qalacağın yaxşı əməl etmək üçün ilham ver və mən öz mərhəmətinlə əməlisaleh qullarına qovuşdur!”
- Heyvanlar Quranda Allahın əsəri, üzərində düşünülməli olan iman həqiqəti kimi nümunə verilir:
Dəvənin necə yaradıldığına baxmırlarmı?
Həqiqətən, Allah ağcaqanadı da, ondan üstün olanı da, məsəl çəkməkdən utanmaz. İman gətirənlər bilirlər ki, bu, onların Rəbbindən gələn haqdır. İnkarçılar isə deyirlər:
“Bu məsəllə Allah nə (demək) istədi?” Halbuki O bununla bir çoxlarını azdırır və bir çoxlarını da haqq yoluna yönəldir. Lakin O, bununla yalnız fasiqləri yoldan çıxarır.
Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allahdan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də!
- Quranda heyvanların ağıllı olduqlarına diqqət çəkilir: Allah, yeri eşələyən bir qarğa göndərdi ki, ölmüş digər bir qarğanı basdırmaqla ona qardaşının cəsədini necə basdırmağı göstərsin. O dedi: “Vay halıma! Doğrudanmı mən, qardaşımın cəsədini basdırmaqda bu qarğa kimi olmaqdan da acizəm?”
Beləliklə, o, peşmançılıq çəkənlərdən oldu.
- Allah Quranda heyvanların vəhy ilə hərəkət etdiklərini bildirir:
Rəbbin bal arısına belə vəhy etdi:
“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
- Quranda heyvanlarda yaradılış dəlilləri olduğu xəbər verilir:
Şübhəsiz ki, heyvanlarda da sizin üçün bir ibrət vardır. Biz sizə, onların qarınlarındakı yarım həzm olunmuş qidalar və qan arasından çıxan, içənlərin boğazından rahat keçən dupduru süd içirdirik.
- Heyvanların bəxş edilən bir gözəllik olaraq növbənöv yaradıldığı xəbər verilir:
İnsanlar, heyvanlar və davarlar arasında da bu cür müxtəlif rəngli olanları vardır. Allahdan Öz qulları arasında ancaq alimlər qorxarlar. Həqiqətən, Allah üstün və güclüdür, Bağışlayandır.
Məgər onlar görmürlər ki, Biz onlardan ötrü sahib olduqları heyvanları Öz əllərimizlə yaratmışıq?
- Heyvanların Allaha səcdə etdikləri və Onu təriflədikləri bildirilir:
Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəni heç kəs ucalda bilməz. Həqiqətən, Allah istədiyini edər.
Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmd-sənasını bilir. Allah onların nə etdiklərini bilir.
Göründüyü kimi, Allah Quranda növbənöv heyvanları, Özünü tərifləyən, ağıllı, möhtəşəm yaradılış nümunəsi olaraq nümunə göstərmiş və peyğəmbərlərin onlara sevgi və şəfqətlə yanaşdıqlarını bildirmişdir. Fanatiklərin heyvan nifrətini ön plana çıxardan azğın din anlayışına Quranın heç bir ayəsində rast gəlinmir.
Quran hökmlərini tətbiq edən Peyğəmbərimiz (s.ə.v)-in həyatında da, heyvanlara verilən dəyər və onlara göstərilən sevginin nümunələrinə rast gəlirik. Peyğəmbərimiz (s.ə.v), fanatik zehniyyətin iftiralarına sədd meydana gətirəcək qədər heyvanlara şəfqətlə yanaşan və qəlbi onlara qarşı sevgiylə coşub daşan biri idi. Peyğəmbərimiz (s.ə.v)-in heyvanlara qarşı sonsuz şəfqətini göstərən nümunələrdən bəziləri müxtəlif başlıqlar altında verilmişdir.