Qaranlıq təhlükə: bağnazlıq: Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Peyğəmbərimiz (s.ə.v) və onunla birlikdə olan səhabələr o dövrün ən keyfiyyətli, ən müasir görünüşlü və ən təmiz insanlarıydı. Peyğəmbərimiz (s.ə.v) indi yaşasaydı, şübhəsiz ki, bu dövrün ən keyfiyyətli insanı olardı. Yaşadığımız dövrün ən müasir və gözəl paltarlarını geyinər, ən müasir və gözəl evlərində oturar, ən müasir və gözəl avtomobillərindən istifadə edərdi. Dərhal bütün insanlar içində seçilərdi. Necə ki, hədislərdə də Peyğəmbərimiz (s.ə.v)-in öz dövrünün ən seçilən və göstərişli paltarı olan qızıl kaftan geydiyi belə bildirilmişdir:
“Əynində qızıl kaftanla ortaya çıxdı və belə dedi: “Ey Məhrəmə! Məhz bunu sənin üçün saxladım...” (Büyük Hadis Külliyatı, Cem'ul-fevaid, Min Cami'il-usul ve Mecma'iz-zevaid, İmam Muhammed Bin Muhammed Bin Süleyman, Er-Rudani, İz Nəşriyyat/ 2-ci nəşr İstanbul 2009, səh. 257-261-262-265-271-273)
Mövhumatlardan ibarət ənənələrini din halına gətirməyə çalışanlar, ümumiyyətlə özlərinə gözəl nemətləri layiq görmədiklərindən və çox vaxt alçaldılma duyğusuyla hərəkət etdiklərindən, gözəl, keyfiyyətli və marka paltarları, gözəl evləri və avtomobilləri də özlərinə və müsəlmanlara yaraşdırmazlar. Hər hansı bir insanın ən lüks evə, ən lüks və gözəl avtomobilə sahib olmasına və ən gözəl paltarlar geyinməsinə etiraz etməzlər. Lakin bunu bir müsəlman etdikdə sanki dəliyə dönərlər. Bu da, üzərlərindəki alçaldılma duyğusunun dolayısilə də qəzəblərinin artmasına səbəb olar. Bu cür insanlar yalnız xarici aləmə deyil, müsəlmanlara da nifrətlə yaxınlaşmağa başlayarlar.
Əlbəttə ki, müsəlmanlar var gücləriylə çətin vəziyyətdəki insanları qoruyacaq və bu yolda Allah rizasını qazanmaq üçün ən çox səy göstərəcəklər. Lakin bu, onların baxımsız, çirkli və pəjmürdə (halı pozğun, pərişan) yaşamasını tələb etmir. Müsəlman yalnız görünüşüylə belə fövqəladə təbliğ gücünə malikdir. Görünüşü nə qədər təmiz, keyfiyyətli, mədəni, müasir olsa, nə qədər ünsiyyətcil, şən, açıq fikirli davransa, gerçək İslam dinini o qədər mükəmməl təbliğ etmiş olar. Əlbəttə ki, bu yalnız təbliğ anlarına aid deyil, bütün həyata hakim olan həyat tərzidir. Onsuz da müsəlmanlar Qurana görə bu cür yaşamaqla məsuldurlar, onsuz da bundan zövq alırlar.
İnsanlarda pəjmürdəliyin hakim olduğu bu qorxunc həyat tərzi deyil, keyfiyyətin hakim olduğu sülhsevər İslam anlayışı görünüşü təsir oyadar. Bunu gördükdə artıq qorxmağa, sevməyə başlayarlar. Qurana uyğun olan da budur. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in dövründə, onun fövqəladə keyfiyyətli, şən və müasir rəftarı, eləcə də, görünüşü görənlərə daim böyük dərəcədə təsir etmişdir. Peyğəmbərimiz (s.ə.v)-in əcnəbi elçilərlə görüşdüyü vaxt, əynində daima Bizans cübbələrinin və dövrün digər keyfiyyətli geyimlərinin olması bilinən bir həqiqətdir. Eləcə də, Peyğəmbərimiz (s.ə.v) İslamın xalqlara tanıdılması üçün, hz. Dihyə (r.ə)-i müxtəlif yerlərə təbliğ üçün göndərirdi. Hz. Dihyə inanılmaz dərəcədə yaraşıqlı idi və İslamı təbliğ etmək müxtəlif yerlərə daim çox bahalı və keyfiyyətli geyimlərlə gedərdi. Belə ki, həm görünüşüylə, həm də keyfiyyətiylə hz. Dihyə, təbliğ etməyə getdiyi bölgələrdəki xalqı küçəyə tökmüş, insanları özünə heyran qoymuşdu. Buradakı məqsəd, İslamın gözəlliyə və keyfiyyətə əhəmiyyət verən bir din olduğunun insanlara göstərilməsiydi.
Peyğəmbərimiz (s.ə.v)-in müsəlmanların gözəl geyinmələri və keyfiyyətli olmalarıyla əlaqədar bəzi hədisləri bunlardır:

Əbul Əhvasdan, o da atası (r.ə)-dən belə rəvayət edir:
“Üzərimdə cırıq-sökük paltarlarla Peyğəmbər (s.ə.v)-in yanına daxil oldum. O da mənə: “Malın vardırmı?” dedi. Mən də: “Bəli”
dedim, o da mənə: “Hansı maldan var?” dedi. Mən isə: “Allahın mənə lütf etdiyi dəvə, mal-qara, qoyun, at kimi hər cür malım var” dedim. Sonra o da: “Allah sənə mal vermişdirsə onun əsəri və comərdliyi üzərində görünsün” dedi. (Büyük Hadis Külliyatı, Cem'ul-fevaid, Min Cami'il-usul ve Mecma'iz-zevaid, İmam Muhammed Bin Muhammed Bin Süleyman, Er-RUDANİ, İz Nəşriyyat / 2-ci nəşr İstanbul 2009, səh. 257-261-262-265-271- 272-273)
Cabir (r.ə)-dən belə rəvayət olunur: “Ənmar döyüşünə Peyğəmbər (s.ə.v)-lə birlikdə çıxdıq. ...Ey Allahın elçisi Mədinədən bir yoldaşımız var. Onu da hazırladıq, bizim dalımızca gəlib bizi qoruyur. Məhz bu anda o, əynində iki cırıq paltarla gəldi.
Peyğəmbər (s.ə.v) onu gördükdə məndən soruşdu: “Bu iki cırıq paltarından başqa paltarı yoxdurmu?” Mən də: “Heybəsində geyinməsi üçün verdiyim iki paltarı daha var” dedim. O isə: “Çağır o paltarı geyindir” dedi. Mən də onu çağırdım, gəlib paltarlarımı geyindi. Arxasını dönüb gedərkən, Rəsulullah belə dedi: “Niyə (yeni paltarları olduğu halda, köhnələrini geyinir) bu onun üçün daha xeyirli deyildirmi?”. O bunu eşitdi və: “Ey Allahın elçisi! Allah yolunda cihad edərkən də yeni paltar geyinim?”. Rəsulullah da ona: “Bəli, Allah yolunda cihad edərkən də” dedi. (Büyük Hadis Külliyatı, Cem'ul-fevaid, Min Cami'il-usul ve Mecma'iz-zevaid, İmam Muhammed Bin Muhammed Bin Süleyman, Er-RUDANİ, İz Nəşriyyat/ 2-ci nəşr İstanbul 2009, səh. 257-261-262-265-271-272- 273)