Qaranlıq təhlükə: bağnazlıq: Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Əgər bu dünyada, həqiqətən də, İslam şəriətini tətbiq edən bir ölkə olsaydı, o ölkə necə bir ölkə olardı? Elm və incəsənət sahələri inkişaf etmiş, təhsil və həyat səviyyəsi çox yüksək, keyfiyyətli, sülhsevər, sevgi dolu, bütün dünya xalqlarıyla həmrəy olma tərəfdarı, sülh pioneri və sevgi əmsalı, yəhudilərə, xristianlara, ateistlərə qucaq açan, müxtəlif ideologiyaların sahiblərini dost kimi qəbul edən və onlara hörmət edən, öz üzərinə dünyada dinclik və əmin-amanlıq yaratmağı missiyasını götürmüş, özündən daha çox ehtiyac içində olanları düşünən və problemlərə çıxış yolu tapan, sevgi dolu, şən bir ölkə olardı. Bu ölkənin əhalisi keyfiyyətli insanlar olmaqla yanaşı, olduqca müasir və olduqca demokratik həyat tərzinə sahib olardı. Hər fikir rahatlıqla söylənə bilər, hər görüş sərbəstcəsinə açıqlana bilər, lakin bütün bunlar baş verərkən də, təhqir, hücum, dözümsüzlük və zorakılıq kimi hallar heç vaxt yaşanmazdı. Mal-dövlət bir kənarda yığılmaz, Quranın; “yoxsulu qorumağa və öz nəfsindən əvvəl qardaşının nəfsini düşünmə” hökmünə əsaslanan həyat tərzi hakim olardı. Buna görə də, onsuz da ölkə yoxsul olmazdı. Belə bir sistem, dünyadakı bütün insanların tam mənasıyla rahat yaşayacağı, dünyadakı bütün ölkələrin xoşbəxt və məmnun olacaqları mükəmməl bir sistem olardı. Əgər verilən bu tərif, hal-hazırda “İslam respublikası” adını almış ölkələrlə müqayisə edilsə, aradakı ciddi fərq dərhal görülər. Hal-hazırda şəriət adı altında yaşanan sistem, qətiyyən İslam şəriəti deyil. İslam şəriətinin yaşana bilməsi üçün, din mütləq mövhumatlardan təmizlənməli və yuxarıda qeyd etdiyimiz Quranda təriflənən bütün bu xüsusiyyətlərə sahib olmalıdır.
Bunun üçün İslam şəriəti ilə idarə olunan ölkənin başçısı mövhumatlara görə deyil, tamamilə Qurana görə hərəkət edən bir lider olmalıdır. Qurana tabe olan müsəlman liderin üç əsas xüsusiyyəti vardır: şəfqətli, demokratik və ədalətli olması. Bu xüsusiyyətlərindən ötrü belə bir lider daim etibarlıdır. Quran əxlaqını tam şəkildə yaşayan müsəlman bir liderin himayəsi altında yaşayan insanlar azadlığın indiyə qədər yer üzündə heç görünməmiş ən mükəmməl formasını görəcəklər. Heç kimə islami məsuliyyətlər yüklənməyəcək, hər kəs öz inancına görə hərəkət edəcək. Hər kəs hər sözü demə hüququ qazanacaq. Heç kimə xüsusi imtiyaz verilməyəcək, hamıyla eyni cür rəftar ediləcəkdir. Bəzi hallarda müsəlmanların əleyhinə bir vəziyyət yaransa da, “ey iman gətirənlər! Şahidliyiniz özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri olub ədaləti qoruyun” (Nisa surəsi, 135) ayəsinin tələbindən ötrü ədalət mütləq bərpa olunacaq. Müsəlman bir lider daim sevgi yaratmağa çalışacaq və bunun yaradılmasını tələb edəcəkdir. Çünki dinlərin nazil olma, insanın və cənnətin yaradılma səbəbi sevgidir. Sevginin hakim olduğu, heç kimin inanc azadlıqlarının məhdudlaşdırılmadığı, hər kəsin bolluq içində yaşadığı, hamıya eyni cür davranıldığı cəmiyyətdə xaos yaşanması məntiqsiz olacaqdır. Ədalətsizlik, sevgisizlik, düşmənçilik kimi şeylər yox olduğu üçün münaqişə mühitləri də qalmayacaq.

Beləliklə, şəriətin nə olduğunu anlamaq üçün, hal-hazırda İslam şəriəti ilə idarə olunduğu iddia edən ölkələrə deyil, Qurana baxmaq lazımdır. İslam, Quranla birlikdə nazil olmuşdur. İslamın şəriəti də, ancaq Quranda bildirilmişdir və çox aydındır. Quranda bildirilən ədalət, demokratiya və azadlığı tətbiq etməyən bir ölkəni şəriətə nümunə göstərilə bilməsi qeyri-mümkündür. Dolayısilə heç kimin: “Bu ölkədə belə tətbiq olunur, İslam bizə vəhşət gətirəcək” deyə bir iddia irəli sürməsi doğru olmaz. Bu ölkə liderlərinin İslam adına tətbiq etdikləri yanlış sistem günahlandırılmalıdır, Qurandakı sistem yox (Quranı tənzih edirik).
Yuxarıda bəhs etdiyimiz gözəllikləri gətirəcək Qurandakı həqiqi şəriət sisteminin tətbiq olunmaması, bunun əvəzinə vəhşətin İslam şəriəti olaraq tanıdılması, əlbəttə ki, dəhşətli bir hadisədir. Lakin bunun həlli İslamı günahlandırmaq deyil. İslamı günahlandıranlar, ümumiyyətlə radikalizmə, vəhşətə və zorakılığa yeganə həll gətirəcək yolu bağlamağa çalışaraq daha çox ziyan gətirərlər. Həqiqi İslamı zəiflətməyə təşəbbüs edərək, radikalların əlinə daha çox imkan verərlər. Halbuki radikalizmi, İslam adı altında yayılmış batil inancları, onların ittihamları və ya istehsal etdikləri silahlar deyil, yalnız doğru İslam anlayışı ortadan qaldıracaq. Yanlış inanclar yalnız və yalnız doğru inancların hakim olmasıyla yox olar.