Qaranlıq təhlükə: bağnazlıq: Müharibə ilə bağlı ayələr və izahları
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Qurana əsasən nə vaxt döyüş aparılacağını öyrəndikdən sonra, bəzi radikallar tərəfindən istismar edilən və bəzi islam əleyhdarları tərəfindən də İslamı tənqid etmək üçün istifadə edilən müharibə ayələrini təhlil edək:
Bəqərə surəsinin 191-ci ayəsinin təhlili:
Onları harada yaxalasanız öldürün və sizi çıxartdıqları yerdən siz də onları çıxardın! Fitnə qətldən pisdir. Onlar sizə qarşı Məscidulharamın yanında vuruşmayınca, siz də onlara qarşı orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onlarla vuruşun. Kafirlərin cəzası belədir.
Bu ayə müsəlmanların güclü təzyiq və işgəncələr altında Məkkədən Mədinəyə köçməyə məcbur edilməsindən sonra nazil oldu. Yuxarıda ətraflı şəkildə qeyd etdiyimiz şərtlər meydana gəlmiş və müsəlmanlar, müşriklərin ağır zülmü və birbaşa hücumlarına qarşı özlərini müdafiə etmə əmri almışdırlar. Davamlı zülm edən, gözəl sözdən anlamayan və sülh/barışıq təkliflərinə qulaq asmayan bu kütləyə onların metoduyla cavab verdilər. Lakin ayədə, Quranda bildirilən savaşma hüququ yenidən xatırladılır: “Onlar sizinlə Məscidül-haramın yanında vuruşmayınca, siz də onlarla orada vuruşmayın. Əgər sizinlə vuruşsalar, siz də onlarla vuruşun”. Göründüyü kimi, müharibə etmək üçün yeganə şərt, qarşı tərəfin hücuma keçməsidir. Onlar döyüşmədikcə və ya hücum etmədikcə müsəlmanlarla döyüşmək qəti şəkildə haramdır.
Həmin bu ayəni öz aləmlərində səhv şərh edən radikalların da, İslam əleyhdarlarının da ayədəki bu əhəmiyyətli hökmü görməzlikdən gəlmələri, əlbəttə ki, olduqca şübhə doğurur. Ayədə açıq şəkildə müsəlmanlara ancaq özlərini müdafiə etmək hüququ verilir. Dolayısilə, bu ayədə hücum etmək və ya müharibə başlatmaq hökmü yoxdur.
Ayədəki digər önəmli xüsus isə; “fitnə qətldən pisdir” ifadəsidir. Fitnə; kütlələri qızışdırmaq, nifrəti alovlandırmaq, dedi-qodu yayaraq kini, anarxiyanı və terroru yaymaq, bir-birinə düşmən kütlələr yaratmaq, fitnə çıxarmaqdır və ayənin ifadəsinə görə bu hərəkət adam öldürməkdən daha pisdir. Məhz müsəlmanlara hücum edənlər də, həm feli, həm psixoloji, həm də hiyləgər mənada bu fitnəni yaradanlardır. Verdikləri ziyan böyükdür. Təcavükarlıq etdiklərində də, təbiidir ki, müsəlmanlar da özlərini müdafiə edirlər. Hazırda bəzi fanatiklərin qulaqdan dolma məlumatlar və ya mövhumatlara aldanaraq, hansısa insanları, kütlələri, dinləri və ya ölkələri fitnəkar adlandırması və bu özbaşınalıqlarına bu Quran ayəsini dəlil göstərmələri çox böyük məğlubiyyətdir. Fitnə, müsəlmanları parçalamaq, onları müxtəlif çətinliklərə salaraq ziyana və günaha sürükləmək, kütləvi üsyanlara şərait yaratmaq, müsəlmanlara qarşı feli və sözlü hücumlar etmək kimi, fitnə-fəsad yaranmasına səbəb olacaq hərəkətləri ehtiva edir. Dolayısilə, bir insanı fitnəkar adlandırmaq üçün o, bu sadaladıqlarımızdan bir və ya bir neçəsini etməlidir. Hazırda fitnəkar damğasını vuraraq, xüsusilə yəhudiləri və ya İsraili günahlandırmağa çalışanlar bu ayəyə qəti şəkildə qarşı çıxırlar.
Qurana görə yəhudiləri və ya İsraili bütünlükdə fitnəkar elan etmək haramdır. Hər din mənsubundan və ya xalqdan fitnəkar insanlar çıxa bilər. Ərəblər, türklər və ya müsəlmanlar arasında fitnəkarlar olduğundan ötrü, bütün ərəblərin, türklərin və ya müsəlmanların fitnəkar adlandırılmayacağı kimi, bütün yəhudi və İsraillilər də fitnəkar adlandırmaq səhv olar. Qurana görə bir müsəlman, bir yəhudinin evində yemək yeyə bilər, evinə qonaq gedə bilər, onunla dost ola bilər, hətta onunla evlənə də bilər. Qurana görə müsəlmanın musəvinin yeməyindən yeməsi, onunla dostluq etməsi, hətta onunla evlənməsi halaldır. (Bu mövzu kitabın ayrı bir hissəsində ətraflı şəkildə izah edilir). Vəziyyət belə olduqda, bir müsəlman bir yəhudini qeyd-şərtsiz fitnəkar adlandıra bilməz. Bu iddia ilə ortaya çıxanlar daha əvvəl bildirdiyimiz kimi, Qurandan tamamilə xəbərsiz, fitnə məsələsində yəhudilərlə bağlı saysız-hesabsız saxta hədisin təsiri ilə böyümüş cahil insanlardır. Qeyd olunan hədislərə və Qurana görə Kitab əhlinin mövqeyinə, sonrakı fəsillərdə ətraflı olaraq toxunulacaqdır.
Nisa surəsinin 89, 90 və 91-ci ayələrinin təhlili Onlar özləri inkar etdikləri kimi, sizin də inkar edib onlarla eyni olmanızı istəyərlər. Onlar Allah yolunda hicrət etməyincə onlardan özünüzə vəli (dost) tutmayın. Əgər yenə üz çevirsələr, onları harada görsəniz, tutub öldürün. Onlardan nə bir vəli (dost), nə də bir köməkçi tutun.
Ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr toxunulmazdır.
Əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, artıq Allah sizə, onların əleyhinə olan bir şey etməyə yol verməz.
Siz bir başqalarına da rast gələcəksiniz ki, onlar həm sizdən, həm də öz camaatından arxayın olmaq istəyərlər. Onlar hər dəfə fitnəyə qaytarıldıqda gözüyumulu ona qoşularlar. Əgər onlar sizdən aralanıb geri çəkilməsələr, sizə sülh təklif etməsələr və sizdən əl çəkməsələr, onlara harada rast gəlsəniz, tutub öldürün.
Biz onlara qarşı sizə açıq-aydın dəlil verdik.
Bu ayələrdə münafiqlərdən bəhs edilir. Münafiq; müsəlman olduğunu deyən, müsəlman kimi görünən, əslində isə, Allaha və İslama düşmən olan, müsəlmanları arxadan vurmağa çalışan insandır. Allah münafiq kimi ölənləri alçaldaraq onları Cəhənnəmin ən alt təbəqəsinə salacağını bildirir. Aydındır ki, münafiq, ikiüzlü və xain rəftarından ötrü nə inkarçılara, nə də müşriklərə bənzəyən, olduqca təhlükəli və alçaq bir insan modelidir. Müsəlmanları yarı yolda qoyan və onların da özləri kimi inkar etmələrini arzulayaraq, bu yöndə çalışan münafiqləri dost tutmaq Nisa surəsinin 89-cu ayəsinə görə qadağan edilmişdir. “Əgər yenə üz çevirsələr” ifadəsindən, münafiqlərlə vuruşmağın, ancaq onlar feli hücuma keçdikləri vaxt qanuniləşdiyini anlayırıq. Bunu növbəti ayədən də anlamaq mümkündür. 90-cı ayədə keçən; “əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr” ifadəsindən də aydın olduğu kimi, hücum etməyən bir qövmün əleyhində bir yol yoxdur. Aydındır ki, müsəlmanlara qarşı müharibə başlatmış qövmü öldürmək barədə izin verilir. Yenə bu ayədə açıq şəkildə, müsəlmanlara, hücuma uğradıqları vaxt özlərini müdafiə etmə haqqının verildiyi aydın olur.
Bununla yanaşı, Nisa surəsinin 90-cı ayəsi Quranın ədalətli, bağışlayıcı, şəfqətli və daim sülh tərəfdarı üslubuna gözəl bir nümunədir. O vaxta qədər müsəlmanları xaincəsinə arxadan vurmalarına, xainlik etmələrinə baxmayaraq, münafiqlərin bir qismi; “ancaq sizinlə aralarında müqavilə olan bir camaata qoşulanlar, ya da sizinlə və ya öz camaatı ilə vuruşacaqlarından köksləri sıxıldığı üçün sizin yanınıza gələn kimsələr toxunulmazdır” ayəsinin hökmünə görə, müsəlmanlara qarşı sülhsevər münasibət göstərdikləri üçün toxunulmazdırlar. Allah eyni ayədə; “əgər Allah istəsəydi, onları sizə qarşı qaldırardı və onlar da sizinlə vuruşardılar. Əgər onlar sizdən aralanıb geri çəkilsələr, sizinlə vuruşmasalar və sizə sülh təklif etsələr, artıq Allah sizə, onların əleyhinə olan bir şey etməyə yol verməz” ayəsi ilə onların toxunulmazlığını bir daha xatırladır. Bu, sözün əsl mənasıyla ədalətdir.
Necə ki, 91-ci ayədə də eyni şərtləri ehtiva edən vəziyyət təsvir olunur. Həmin bu vəziyyətdə, vuruşmaq istəmədiklərini söyləyərək peşman olan münafiqlərin bir qismi yenidən fitnə törətmiş və yenidən müsəlmanlara hücum etməyə başlamışdırlar. Məhz bu vəziyyətdə, Quranda müharibə ilə bağlı hökm bir daha xatırladılır və hücum etmədikləri müddətcə onlara toxunulmaması, lakin hücum etdikləri vaxt müdafiə vəziyyətinə keçilməsi bildirilir.
Yenə burada, ayədə təsvir edilən vəziyyətin, Uhud döyüşü vaxtı yaranan xüsusi vəziyyət olduğu və döyüşdə dönük çıxan münafiqlərlə bağlı olduğunu da xatırlatmaq lazımdır.
Tövbə surəsinin 5-ci ayəsinin təhlili Haram aylar bitdikdə müşriklərə harada rast gəlsəniz, onları öldürün, əsir tutun, mühasirəyə alın və onların bütün keçid yerlərini tutun. Əgər tövbə etsələr, namaz qılıb zəkat versələr, onları sərbəst buraxın. Çünki Allah Bağışlayandır, Rəhmlidir.
Bu ayədə qeyd olunan şərtləri anlamaq üçün, Tövbə surəsini 1-ci ayəsindən başlayaraq oxumaq lazımdır. Bu təqdirdə, bütün müşriklərin deyil, yalnız müsəlmanlara azğıncasına hücum etmiş, sonra isə haram aylarda döyüşməmək üçün özləriylə müqavilə bağlanılmış müşriklərin cavab hücumuna layiq olduqlarını anlayarıq. Bunlar; müsəlmanlarla ədalətli saziş bağlamalarına və onların haram aylarda döyüşməyəcəklərini yaxşı bilmələrinə baxmayaraq, müsəlmanları qəfildən ələ keçirməyə və onlara hiyləgərcə yaxınlaşmağa çalışmış, haram aylarda təcavüzkar hücumlarını davam etdirmiş və müsəlmanların canına qəsd etmiş müşriklərdir.
Məhz bu hallar yarandıqda bu ayənin hökmü ilə müsəlmanlara, edilən vəhşicəsinə hücumlar qarşısında özlərini müdafiə etmək hüququ verilmişdir. Ayədən də aydın olduğu ki, azğın müşriklərin hücumlarını haram aylarda da davam etdirməsinə baxmayaraq, müsəlmanlar Allahın əmri ilə, bu hücumlara qarşılıq verməmiş, səbir göstərmiş və haram aylar bitdikdən sonra özlərini müdafiə etməyə başlamışdırlar. Ayədə yenə müdafiə olunmağın üsullarını görürük: əsir götürmək, mühasirəyə almaq və bütün keçid yerlərini tutmaq. Beynəlxalq hüquq çərçivəsində aparılan müharibələrdə də, ilkin mütləq şərtlər mühasirəyə almaq və əsir götürməkdir. Qarşı tərəfi mühasirəyə almaq üçün bütün keçid yerləri tutular və beləliklə də, irəliləməsinin qarşısı alınar. Dolayısilə bu ayədə, hazırda beynəlxalq hüquq normalarına görə tətbiq olunan və haqlı hesab edilən üsul təsvir edilmişdir. Ayədə də hazırda beynəlxalq hüquq normalarına uyğun gələn üsul təsvir edilir. Aradakı tək fərq, burada müsəlmanların hücuma keçməmələri, onların yalnız və yalnız özlərinə hücum edənləri dayandırmağa çalışmalarıdır.
Yenə eyni ayəyə görə, hücumdan əl çəkib tövbə edənlərə qarşı hər hansı bir döyüş əməliyyatının aparılmalı olduğundan söhbət getmir. Onlar sərbəst buraxılırlar. Sözügedən ayədən sonrakı ayəyə baxanda isə Quranın həqiqi sevgi və himayədarlıq ruhundan bəhs edən əhəmiyyətli bir açıqlama ilə qarşılaşarıq... Bir sonrakı ayədə isə Quranın həqiqi sevgi və qoruyuculuq ruhundan bəhs edən açıqlama ilə qarşılaşırıq. Məhz bu ayə, İslam əleyhdarlarının müsəlmanlara istiqamətli bu mövzudakı bütün iddialarını yox edən bir ayədir:
Əgər müşriklərdən biri səndən aman diləsə, ona aman ver ki, Allahın sözünü eşitsin. Sonra onu özünün təhlükəsizlik içində olacağı yerə çatdır. Çünki onlar haqqı bilməyən bir qövmdür.
Bu ayə ilə müsəlmanlara, onlara sığınan və aman diləyən bir müşrikə “öz canlarını təhlükəyə ataraq” kömək etmələri nəsihət edilir. Belə ki, ayəyə görə müsəlman müşriki qorumaq üçün özünü sipər edir. Digər bir sözlə, bir müsəlman Allahı inkar edən şəxsin canını qoruya bilmək üçün, öz canını təhlükəyə ataraq, onu təhlükəsiz içində olacağı yerə çatdırmaqla məsuldur.
Bu, Quranın hökmüdür. Qurana görə bir insan Allaha inanmadığı üçün “öldürülmür”, əksinə, müsəlmanların canı bahasına qorunur. Dolayısilə döyüşmə səbəbinin, qarşı tərəfin Allaha inanıb inanmamasıyla və ya başqa dinə mənsub olub olmamasıyla heç bir əlaqəsi yoxdur. Döyüşmə səbəbi, qarşı tərəfin hücuma keçib işgəncə verməsi, cana qəsd etməsidir. Ayənin işarə etdiyi digər bir həqiqət isə, hücuma keçmədikləri, azğınlıq edib həddi aşmadıqları müddətcə; din, dil, millət, inanc ayrı-seçkiliyi edilmədən bütün insanların müsəlmanlar tərəfindən himayə olunmasının zəruriliyidir. Bir müsəlman din qardaşını qoruduğu kimi, kitab əhlini, hətta ateisti, kommunisti belə qorumalıdır. Bu, Quranda verilən müsəlman tərifidir. Bir insan “mən müsəlman” deyirsə, himayəçi olmaq məcburiyyətindədir.
Tövbə surəsinin 13-cü ayəsinin təhlili Məgər siz andlarını pozan, elçini qovmağa cəhd edən, özləri də sizinlə döyüşü birinci başlayan bir camaatla vuruşmayacaqsınız? Məgər onlardan qorxursunuz? Əgər inananlarsınızsa, daha çox Allahdan qorxmalısınız.
Bu ayə, Quranda müharibənin şərtlərini izah edən ayələrdən biridir. Müsəlmanlarla razılaşma əldə etmiş və razılaşmanın şərtlərinə görə onlarla sülh içində yaşayan müşrik cəmiyyət daha sonra razılaşmanı pozaraq fitnə-fəsad və təcavüzkarlıq törətməyə başladıqlarında; Peyğəmbərimiz (s.ə.v)-i yaşadığı yerdən sürgün etməyə cəhd etdiklərində və ayədə də açıq şəkildə bildirildiyi kimi, döyüşü birinci başlatdıqlarında, müsəlmanlar onlara qarşı döyüşmək haqqı əldə edir.
Maidə surəsinin 33-cü ayəsinin təhlili Allaha və Onun Elçisinə qarşı müharibə başladanların və yer üzündə fitnə-fəsad törətməyə səy göstərənlərin cəzası, ancaq öldürülmək və ya asılmaq, ya əlləri və ayaqlarını çarpazvari kəsmək və yaxud da yaşadıqları yerdən sürgün edilməkdir. Bu, onlar üçün dünyada bir rüsvayçılıqdır. Axirətdə isə onları böyük bir əzab gözləyir.
Müharibə ilə bağlı bütün ayələrdə toxunduğumuz xüsus bu ayədə də diqqət çəkməkdədir. Burada başlatdığı müharibəyə cavab verilməsi lazım olan qövmün xüsusiyyətləri ətraflı şəkildə bildirilir: Allaha və Elçisinə qarşı müharibə başladanlar və yer üzündə fitnə-fəsad törədənlər. Aydın olduğu kimi, bu insanlar təkcə müsəlmanlara hücum etməyə cəhd etmir, eləcə də, bütün dünyada fitnə-fəsad törədirlər. Yəni ayədə bütün dünya üçün təhlükə hesab edilən, hər kəsin fitnəkar kimi tanıdığı azğın və savaşqan bir qövmdən bəhs edilir.
Müsəlmanlara qarşı müharibə başlatmış bir qövmə müqavimət göstərərkən (bütün müharibələrdə olduğu kimi), məcbur qaldıqda onları öldürmək və ya yerlərindən sürgün etmək də mümkündür.
Digər bir sözlə, Quran ayələrinə görə müsəlmanlara, normalda haram olan hərəkətləri (adam öldürmə və sürgün etməyi) yalnız belə bir döyüş vəziyyətində etmələri izin verilmişdir.
Ənfal surəsinin 57-ci ayəsinin təhlili Buna görə də, əgər döyüşdə onları yaxalasan, elə darmadağın et ki, həm onları, həm də arxalarından gələcək kimsələri (qorxut).
Bəlkə ibrət alarlar.
Bu ayəni də daha əvvəl ətraflı şəkildə və sübutlarla verdiyimiz məntiq çərçivəsində qiymətləndirmək lazımdır. Peyğəmbərimiz (s.ə.v)-ə bəzi ayələrin nazil edildiyi Mədinə dövrünün, qanlı müharibələr dövrü olduğu unudulmamalıdır. Bu dövr, yalnız və yalnız; “onlar ancaq “Rəbbimiz Allahdır” dediklərinə görə haqsız yerə yurdlarından çxarıldılar...” (Həcc surəsi, 40) ayəsində bildirildiyi kimi, müsəlmanlara edilən haqsız zülmlər nəticəsində yaşanmışdı. Üstəlik yenə bildiyiniz kimi müsəlmanlar; “əgər geri çəkilsələr, sizinlə vuruşmasalar və sülh şərtlərini sizə həvalə etsələr, onda Allah sizin üçün onların əleyhində bir yol yaratmaz” ayəsinin əmri ilə qarşı tərəf müharibəyə son qoyduğu təqdirdə, müharibəni dayandırmaq və onların əleyhinə hər hansı bir şey etməməklə məsuldurlar. Ənfal surəsinin 57-ci ayəsindən bir neçə ayə əvvələ nəzər yetirsək, o dövrdə müsəlmanlarla müqavilə bağlayan qövmlərdən bəhs edildiyini görərik. Müdafiə olunmağa izin verən demək olar ki, hər Quran ayəsində xüsusilə qeyd edildiyi kimi, bu qövmün də “bağladıqları müqaviləni pozan” və dolayısilə dərhal hücuma keçən bir qövm olduğu bildirilir.
Aramsız hücumlar edən, heç bir söz dinləməyən və daim sülh müqavilələrini pozaraq fitnə-fəsad törədən bu qövmü qorxudub, onları bu əməllərindən çəkindirmək əhəmiyyətlidir. Çünki belə olduqda, həm fitnə-fəsad törətməyi vərdiş halına gətirmiş həmin bu qövmlərin gücü, həm də onların arxasınca fitnə-fəsad törətməyə və hücuma keçməyə hazırlaşan başqa müşrik qövmlərin cəsarətləri buna çatmaz. Bu, bağlanılan bütün müqavilələri pozaraq müharibə başladan qövmə qarşı alınacaq zəruri, əhəmiyyətli və sonrakı müharibələrin qarşısını alacaq bir tədbirdir. Demək olar ki, bütün dünya ölkələrinin konstitusiyasında və beynəlxalq hüquq normalarında bütün cəzaların “çəkindirici” olmasına əhəmiyyət verilir. Buradakı məqsəd, bir cinayətin eyni insan və ya digər insanlar tərəfindən işlənməsinin qarşısını almaqdır. Beynəlxalq hüquqda bu tədbirlərin alınmasını olduqca yerində və hüquqi dövlətlər üçün zəruri hesab edənlərin, İslamdan söz açıldıqda bunu əleyhdə qiymətləndirməyə təşəbbüs etmələri ədalətə, sağlamfikirə və həqqaniyyətə uyğun deyil.
Məhəmməd surəsinin 4-cü ayəsinin təhlili Döyüşdə inkar edənlərlə qarşı-qarşıya gəldiyiniz zaman, dərhal boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflədərək qələbə qazandığınız vaxt, əsirlərə bağladığınız kəndirləri bərk çəkin.
Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin.
Belə ki, müharibə sona çatsın. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz.
Digər ayələrdə olduğu kimi bu ayədə də diqqət çəkən məqam, müharibə mühitinin olmasıdır. Müqavilə pozulmuş, müşriklər hücuma keçmiş və bu hücuma cavab verməkdən başqa bir çıxış yolu qalmamışdır. Bu ayədə beynəlxalq müharibə hüququnun tərifi verilir. Üstəlik beynəlxalq müharibə hüququ çərçivəsində, həqiqətdə tətbiq olunmayan bir üsulun tətbiq olunduğu görülür və müharibə sona çatdıqdan dərhal sonra əsirlər sərbəst buraxılır. Halbuki hazırda Əfqanistana edilən müdaxilənin başa çatmasına baxmayaraq, müharibədə ələ keçirilən əsirlər hələ də Quantanamo həbsxanasında saxlanılır və BMT, NATO kimi təşkilatlar bu vəziyyəti normal qarşılayır. Lakin bu hüquq norması Qurana görə normal qəbul edilmir. İslama görə müharibənin tam başa çatması üçün əsirlər mütləq azad edilməlidir.
Müharibə ilə bağlı ayələrdə o dövrdəki vəziyyət və şəraitin tələbi ilə baş vermiş müdafiə döyüşlərinin təsvir edildiyi və bu döyüşlərin hücuma keçən azğın, təcavüzkar və fitnəkar müşriklərə və münafiqlərə qarşı aparıldığı açıqdır. Bu ayələrin, səhv şərh edilərək, radikalların nifrət və qəzəb siyasəti yürütmələri üçün istifadə olunmasındakı ən böyük səbəb, yüzlərlə saxta hədisin İslama daxil edilməsi və bir qisim təfsirçilərin də sahib olduqları yanlış baxış bucağıdır. Halbuki Quran, İslama sonradan əlavə edilmiş saxta hədislər və mövhumatlar nəzərə alınmamaqla, açıq və aydın bir zehinlə oxunmalıdır. O dövrdəki müharibə şəraiti nəzərə alınaraq oxunulduğu təqdirdə, bu ayələrin verdiyi mənalar olduqca açıq görülər.