Qaranlıq təhlükə: bağnazlıq: Fanatizm iyrəncliyi
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

“Ureynə və Ukeylə qəbilələrindən bir qrup Mədinəyə gələrək müsəlman oldular. Mədinənin havası onlara pis təsir edəndə Peyğəmbər onlara dəvə sidiyi içmələrini tövsiyə etdi.” (Buhari Tıp5/1, Hanbel 3/107, 163)
“İçkinizin (və yeməyinizin) içinə milçək düşərsə, onu tamamilə batırın, sonra da girən milçəyi çıxardıb atın. Çünki milçəyin iki qanadından birində xəstəlik, digərində isə şəfa var...” (Diyanət nəşriyyatı, IX cild, səh. 70 və Hədis N:. 1365))
İbni Abbas (r.ə) belə nəql edir: “Rəsulullah əleyhissəlatu vəssəlam belə buyurdu: “Yemək yeyərkən yalamadıqca və ya yalatmadıqca əlinizi (dəsmala) silməyin”.
(Buhari, Et'ime 52; Müslim, Eşribe 129, (2031); Ebu Davud, Et'ime 52, (3847)).
Rəsulullah (s.ə.v)-ə yağın içinə düşən siçan barədə sual verildi. Əleyhissəlatu vəssəlam da: “Onu və murdarladığı hissəni atın yağınızı isə yeyin!” deyə buyurdu. [Buhari, Vudu 67, Zebaih 34; Muvatta, İsti'zan 20, (2, 971, 972); Ebu Davud, Et'ime 48, (3841, 3843)] urada sadəcə bir neçə nümunəsini sadaladığımız bu saxta hədislər, fanatik zehniyyətin insanlara necə biabırçı və iyrənc bir həyat tərzi təqdim etdiyinin əhəmiyyətli dəlillərindəndir. Fanatiklər bu uydurma hədislərlə, öz aləmlərində Peyğəmbərimiz (s.ə.v)-ə belə böhtan atmağa cürət edirlər. Bu saxta, lakin fanatiklər tərəfindən tətbiq olunan hədislər, həmçinin bu şəxslərin təmizlik və ədəb anlayışlarından da xəbər verir.
Allah əsla belə bir iyrəncliyə izin verməmişdir. Qurana görə müsəlmanlar təmiz olmaqla, evlərini təmiz saxlamaqla, təmiz geyinməklə və təmiz yeməklər yeməklə məsuldurlar. Quranda müsəlmanların təmiz, müşriklərin isə murdar olduqları bildirilir. Quran əxlaqını yaşamayan, Allahın nazil etdiyindən başqa din gətirən, buna görə də şirk içində olan fanatiklər də, şübhəsiz ki, bu cürdürlər. Allah belə xəbər vermişdir:
Ey iman gətirənlər, həqiqətən də, müşriklər murdardırlar...
...Allah, ağlını işlədə bilməyənləri murdar edər.
Gördüyümüz kimi, Allah ayələrdə “ağlını işlədə bilməyən” bir cəmiyyətdən bəhs edir. Bu cəmiyyət Qurandakı həqiqətləri qulaqardına vuraraq, mövhumatlara tabe olan fanatikləri çox yaxşı təsvir edir. Əllərində Quran olmasına baxmayaraq, başqa bir din uyduran və bu dinin kor-koranə yaradıldığını və saxta olduğunu bilə-bilə, ağıllarını işlətməyərək mövhumatlara uyan cəmiyyətləri Allah “murdar edər”. Bu hal həqiqətdən də yaşanır və fanatiklər ağılsızlıqları ucbatından yuxarıdakı saxta hədislərdə bildirilən iyrəncliklərə inanaraq iyrənc bir həyat tərzi yaşayırlar. Əlbəttə ki, bu insanların əksəriyyəti cahillik və məlumatsızlıqdan ötrü istəmədən bu həyatı yaşayır. Onları həmin bu ağılsız fanatik cəmiyyətlə eyni tutmamaq lazımdır. Onların doğrunu tapması üçün, bu kitabda ətraflı açıqlanan məlumatlara, yəni Qurandan gətirilən dəlillərə əsaslanan maarifləndirməyə daimi bir ehtiyac var. Rəbbimiz Quranda müsəlmanlardan olduqca geniş və mükəmməl bir təmizlik anlayışına malik olmalarını istədiyini bildirir:
Geyimini təmiz saxla. Murdarlıqdan qaçıb uzaqlaş.
Ey insanlar! Yerdə olan halal və təmiz ruzilərdən yeyin, şeytanın addım izləri ilə getməyin! O, sizin açıq-aşkar düşməninizdir.
... İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın (və digər işləri görməyin) üçün daha layiqdir. Orada maddi və mənəvi cəhətdən təmizlənməyi çox sevən kişilər vardır. Allah da təmizlənənləri sevir. (Tövbə surəsi, 108) Ey iman gətirənlər! Sizə ruzi kimi verdiyimiz pak şeylərdən yeyin və əgər yalnız Allaha ibadət edirsinizsə, (yenə də yalnız) Ona şükür edin! (Bəqərə surəsi, 172)
İman gətirib saleh əməllər işləyənləri isə ağacları altından çaylar axan, içində əbədi məskunlaşacaqları Cənnət bağlarına daxil edəcəyik. Onlar üçün orada pak zövcələr vardır...
Səndən onlara nəyin halal edildiyini soruşurlar. De:
“Bütün təmiz nemətlər halal edildi...”.
Bu gün pak nemətlər sizə halal edildi... (Maidə surəsi, 5) De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında iman edənlər üçündür, Qiyamət günü isə yalnız onlara məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə bir-bir izah edirik.
O kəslər ki, yanlarındakı Tövrat və İncildə haqqında yazılmış olduğunu gördükləri elçinin – yazıb-oxumaq bilməyən peyğəmbərin, ardınca gedərlər. O peyğəmbər onlara yaxşı işlər görməyi buyurar, pis əməlləri isə qadağan edər, onlara pak şeyləri halal, murdar şeyləri isə haram edər...(Əraf surəsi, 157) Bir zaman Biz İbrahimə evin (Kəbənin) yerini nişan verib: “Mənə heç bir şeyi şərik qoşma, evimi təvaf edənlər, namaza duranlar, rüku və səcdə edənlər üçün təmizlə!” demişdik.
Quranda müsəlmanlara təmizliyin əmr edildiyi ayələr daha çoxdur. Biz burada yalnız bir neçəsini sadaladıq. Əraf surəsinin 32-ci ayəsində xüsusi olaraq diqqət çəkilən əhəmiyyətli bir məqam var, bu da müsəlmanlara zinətləri haram edənlərin olması kimi, təmiz ruziləri də haram edənlərin olmasıdır. Həqiqətən də, fanatiklərin həyat tərzinə diqqətlə nəzər saldığımızda, təmizliyi müsəlmanlara haram edənlərin fanatik zehniyyətə sahib bu insanlar olduqlarını görərik.
Qurana əsasən bir müsəlman daim müasir geyinən, ən təmiz, ən baxımlı insan olmalı, təmiz qidalar yeməli, yaşadığı yeri təmiz saxlamalıdır. Yəni hər an tərtəmiz olmalıdır.
Peyğəmbərimiz (s.ə.v) olduqca təmizkar idi. Bu qədər təmizkar olan Peyğəmbərimiz (s.ə.v)-ə, yuxarı bəhs etdiyimiz tərzdə saxta hədislərlə böhtan atılmağa çalışılması, şübhəsiz ki, Allah qatında çox böyük günahdır. Lakin fanatiklər bu həqiqətdən xəbərsiz kimi davranarlar.
Saxta hədislərdəki səhvləri göstərmək üçün Peyğəmbərimiz (s.ə.v)-in həqiqətdə həyata keçirdiklərinə baxaq. Peyğəmbərimiz (s.ə.v)-in təmizkarlığı və təmizliyə verdiyi diqqəti mövzusundakı bəzi səhih hədislər belədir (bu hədislər Qurana uyğun gəldikləri üçün səhih qəbul edilir):
“Müsəlmanlar təmizdir, çirksizdir. Siz də təmiz olun, təmizlənin. Çünki cənnətə təmizlər girər”. (G.Ahmed Ziyaüddin, Ramuz El Hadis, I cild, / Deylemi)
“Mömin natəmiz olmaz”. (Buhari, Gusul/276)
“Hər şeyi yaxşı təmizləyin! Təmizlik imana, iman da cənnətə aparır”. (Taberani)
“Təmizlik imanın yarısıdır”. (Müslim)
Hz. Səlman (r.ə) deyir: “Tövratdan oxudum, orada: “Yeməyin bərəkəti yeməkdən sonra (əl və ağzı) yumaqdadır” deyilirdi. Bunu Rəsulullah (s.ə.v)-ə söylədim O da mənə: “Yeməyin bərəkəti yeməkdən əvvəl və sonrakı təmizlikdədir!” dedi”. (Ebu Davud, Et'ime 12, (3761); Tirmizi, Et'ime 39, 1847)
“Sarımsaq yeyən qoxusu çəkilmədən məscidimizə yaxınlaşmasın, insanın narahat olduğu şeylərdən mələklər də narahat olar”. (Taberani)
“Paltarlarınızı yuyun, artıq tüklərinizi qırxın, dişlərinizi təmizləyin, təmiz və gözəl geyinin! Pak olun!” (İbni Asakir) “Sarımsaq və ya soğan yeyən şəxs bizdən və məscidlərimizdən uzaq dursun, evində otursun”. (Buharî, Edeb, 76)
“Namazın açarı təmizlikdir”. (Tirmizi)
“Gözəl geyinin ki, Allahın sizə verdiyi nemətlər görünsün!”. (Taberânî)
(Bəhrül-raiq)də belə buyurulur: “Camal, çirkinliyi yox etmək, təmkinli olmaq və şükür etmək üçün neməti göstərmək deməkdir. Allah camal sahibi olmağı tərifləyir. Camal üçün təmiz, gözəl geyinmək mübahdır”. (Oruç bahsi)
“Allah quluna verdiyi nemətin onun üzərində görülməsini sevər”. [Taberânî] Əbu Süfyan (r.ə): “Mənə Əbu Əyyub Əl-Ənsari, Şeyx Cabir ibn Abdullah Ənsari və Malik ibn Ənəs xəbər verdilər ki, tövbə surəsinin 108-ci ayəsinin mənası belədir: “Orada maddi və mənəvi cəhətdən təmizlənməyi çox sevən kişilər vardır. Allah da tez-tez təmizlənənləri sevir” ayəsi nazil olduğu vaxt Rəsulullah: “Ey Ənsar camaatı! Allah sizi təmizliyinizdən ötrü tərifləyir, necə təmizlənirsiniz ki bu tərifə layiq oldunuz?” deyə soruşdu. Onlar da: “Biz namaz üçün dəstəmaz alırıq, qüslün pozulmamağı üçün yuyunuruq” dedilər. Əleyhissəlatu vəssəlam da: “Elə bunun üçün təriflənirsiniz! Buna davam edin!” deyə buyurdu”.
(Kütüb-i Sitte, 6066)
Hz. Ənəs (r.ə) belə nəql edir: “Mənə qadın və gözəl qoxu sevdirildi, namaz gözümün nuru oldu”.
(Nesâî, İşretu'n-Nisâ 1, (7, 61))