Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Şafi

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Şəfa verən “Xəstələndiyim zaman mənə şəfa verən Odur”.

Şüəra surəsi, 80

İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allah’ın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübə və araşdırmalar Allah’ın yaratmadakı üstünlüyünü göstərir. Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allah’ın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləyərsə, tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına izn verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.

Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allah’dan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Əyyub bu mövzuda Quranda nümunə göstərilən, Allah’a təslimiyyəti ilə təriflənən elçidir. Hz. Əyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbir və təvəkkül bütün möminlərə nümunə olmuşdur.

Mövzu ilə əlaqədar ayədə belə buyurulur:

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: “Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” (Ənbiya surəsi, 83) Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Əyyub isə səbir etmənin və yalnız Allah’a yönəlib dönmənin böyük əcrini almışdır. O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. De: “(Bunlar) Allah’ın lütfü və mərhəməti sayəsindədir!” Qoy, onlar sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. (Yunis surəsi 56-58) Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)