Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mövla

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Dost, möminlərin dostu olan, onlara xeyir yolları açan və onları işlərində müvəffəq edən Xeyr, sizin mövlanız Allah’dır. O, kömək edənlərin ən xeyirlisidir. (Ali-İmran surəsi, 150) Mömin hər kəsin və hər şeyin yaradılışının Allah’a borclu olduğunu bilir. Özü də daxil olmaqla, bütün varlıqları Allah yaradır və dilədiyi anda yox edib ortadan qaldıra bilər. Çünki hər şeyin gerçək sahibi Allah’dır. Buna görə də möminin yeganə dostu Allah’dır. Onu vəkil etdiyi üçün həyatı boyu hər cür çətinlik və kədərdən də uzaqdır. Hər şeydən əvvəl Rəbbimizin -ən böyük dostunun- köməyi və dəstəyi onunladır. Allah da vəlisi olduğu qulunun üzərinə əminlik (Tövbə surəsi, 26) endirmişdir.

Möminin bu dincliyi hər namazda, hər saleh əməldə, Allah rizası üçün etdiyi kiçik-böyük hər işdə Rəbbimizin özünü gördüyünü və bunların qarşılığını qat-qat verəcəyini bilməsindən qaynaqlanır. Yenə Allah’ın özünü görünməyən ordularla və mələklərlə dəstəklədiyini, qarşısından və arxasından izləyənləri olduğunu və bunların Allah’ın əmri ilə onu qoruduğunu (Rəd surəsi, 11), Onun yolunda aparılan mübarizədə qalib gələnlərin, cənnətlə müjdələnənlərin həmişə möminlər olduğunu bilir. İman edən insan mövlamız olan Allah’ın heç kimi gücü çatdığından çox yükləməyəcəyini də bilir. Qədərə və hər işi idarə edənin Allah olduğuna dəqiq iman edir və beləliklə də yalnız Allah’a təvəkkül edir. Möminlərin yaşadıqları bu ruhi hala Quranda bu ifadə ilə diqqət çəkilmişdir:

De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim Mövlamızdır. Qoy, möminlərAllah’a təvəkkül etsinlər!”

Tövbə surəsi, 51

Şübhəsiz, Allah’ın dostluğu insanların dostluğuna bənzəməz. O, kimi dost etmişsə, həmin adamı dünyada və axirətdə ən üstün nemətə qovuşdurmuşdur. Hər şeyi yaradan Rəbbimizin yaratdığını Özünə dost etməsi isə çox böyük lütfdür. Ayələrdə belə buyurulur:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl, həm də bu (kitabda) sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allah’a möhkəm sarılın. O, sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır!

Həcc surəsi, 78

“... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Mövlamızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!”

Bəqərə surəsi, 286

Sonra onlar Allah’a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir. (Ənam surəsi, 62) Əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin Mövlanızdır. O, nə gözəl Mövla, nə gözəl yardımçıdır! (Ənfal surəsi, 40)