Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Lətif

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Lütf sahibi, lütf edən Allah Öz qullarına qarşı lütfkardır. O, istədiyinə ruzi verir. O, qüvvətlidir, qüdrətlidir.

Şura surəsi, 19

Daha əvvəl də dediyimiz kimi, dünyada iki cür insan yaşayır: Allah’a təslim olanlar və Onu inkar edənlər. Allah çoxlu sayda insan yaratmış, ancaq bunlardan çox az qismini Özünə təslim olanlardan etmişdir. Quranda bir çox ayədə insanların çoxunun iman etməyəcəyindən, doğru yola yönəlməyəcəyindən bəhs edilir. Bu insanlar şeytanın yoluna tabe olduqları, Allah’ı unutduqları, vicdanları qəbul etdiyi halda inkar etdikləri üçün cəhənnəm əhli olmağa layiq olmuşlar. Allah’a təslim olan, Onun razılığı üçün yaşayan insanlar isə dünyada və axirətdə xoşbəxt yaşayırlar. Şübhəsiz, insanların elçilərlə, kitablarla xəbərdar edilmələri və beləliklə, doğru yolu tapmaları Allah’ın lütflərindən biridir. Quranda Allah’ın möminlərə olan lütfü belə bildirilmişdir:

Allah möminlərə, öz aralarından onlara ayələrini oxuyan, onları təmizləyən, onlara kitabı və hikməti öyrədən bir Elçi göndərməklə mərhəmət göstərmişdir. Halbuki, əvvəllər onlar açıq-aydın azğınlıqda idilər.

Ali-İmran surəsi, 164

Lətif olan Allah mömin qullarına hər cür çətin vəziyyətdə kömək edərək də lütfünü göstərir. Quranda keçmiş qövmlərdən bəhs edilən hekayələrdə Allah’ın səmimi qullarına dəstək olması, onlara lütf etməsi ilə əlaqədar müxtəlif nümunələr verilmişdir. Məsələn, Allah hz. Musanın qövmünü fironun zülmündən qurtarmış və onları yer üzünə varis etmişdir. Bu həqiqət ayələrdə belə bildirilir:

Həqiqətən, firon yer üzündə təkəbbürlük göstərib onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onlardan bir zümrəni zəiflədir, onların oğlan uşaqlarını öldürür, qadınlarını isə sağ buraxırdı. Həqiqətən, o, fitnə-fəsad törədənlərdən idi. Biz istədik ki, həmin yerdə aciz qalanlara mərhəmət göstərək, onları öndə gedənlər və varislər edək. (Qəsəs surəsi, 4-5) Allah iman edənlərin dünyada tək dostu və vəlisi olduğu kimi, axirətdə də onlara kömək edəcək, pisliklərini yaxşılıqlara çevirəcək və onlara lütf edəcək. Necə ki, möminlərin cənnətdəki ifadələri bu gerçəyi belə bildirir:

Onlar deyəcəklər:

“Biz əvvəllər ailəmiz içində olarkən qorxurduq. Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, rəhmlidir!”

Tur surəsi, 26-28

Məgər yaradan bilməzmi?! O, incəliyinə qədər biləndir.

(Mülk surəsi, 14)

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, xəbərdardır.

Ənam surəsi, 103

Məgər Allah’ın göydən yağış yağdırdığını və yer üzünü yaşıllığa bürüdüyünü görmürsənmi? Həqiqətən, Allah lütfkardır, xəbərdardır. (Həcc surəsi, 63) (Loğman dedi:) “Oğlum! (Gördüyün iş) bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, xəbərdardır. (Loğman surəsi, 16)