Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Bari

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Yaradan, qüsursuz şəkildə var edən O, yaradan, yoxdan var edən, surət verən Allah’dır. Ən gözəl adlar ancaq Ona məxsusdur. Göylərdə və yerdə nə varsa Onu təqdis edib şəninə təriflər deyər. O, yenilməz qüvvət sahibi, hikmət sahibidir!

Həşr surəsi, 24

Yaşadığımız kainatda hara baxsaq, tarazlıq və ahəngə rast gəlirik. Xüsusilə elm sahəsində yeni inkişaflarla bu günə qədər bilinməyən bir çox detal ortaya çıxdıqca bu tarazlıq və ahəng daha da dəqiqləşir. Görünən odur ki, kainat üzərində var olan hər sistem üstün bir ağılın dizaynıdır. Bu üstün ağılın sahibi hər şeyi heyrətamiz nizam içində var etmişdir. Kainatdakı hər cisim, yer üzündə yaşayan milyardlarla canlı möhtəşəm ahəng içində varlıqlarını davam etdirirlər. Təbiətdəki nizam heç bir şəkildə pozulmur və milyonlarla ildir son dərəcə sabit şəkildə davam edir.

Yalnız dünya üzərindəki həyatı araşdırdığımızda belə bir çox heyrətamiz detalla qarşılaşırıq. Ətrafımız fərqində olduğumuz və ya olmadığımız saysız yaradılış dəlili ilə doludur. Məsələn, havadakı qazların qarışığı bütün canlıların həyatlarını davam etdirə bilməsi üçün ən əlverişli şəkildə təşkil olunmuşdur. İnsanlar və heyvanlar yaşamaq üçün oksigen alıb, karbon verirlər. Ancaq bu əməliyyat dayanmadan davam etdiyi üçün havadakı oksigen miqdarı azalıb, karbonun miqdarı artaraq mövcud tarazlığı pozmur. Çünki burada çox incə nizam var: insanların və heyvanların əksinə bitkilər həyatlarını davam etdirərkən karbon alıb oksigen verirlər. Buna görə də insanların və heyvanların aldığı oksigen bitkilər vasitəsilə təkrar qaytarılır və dünyadakı tarazlıq qorunur.

Şübhəsiz, bu nümunə dünya üzərində görə biləcəyimiz yaradılış dəlillərindən sadəcə biridir. Həm mikro, həm də makro aləmi araşdırdıqda bunun kimi saysız nümunə ilə qarşılaşmaq mümkündür. Əgər kainat və kainatla yanaşı, dünya üzərindəki canlılar varlığını davam etdirə bilirsə, bu, üstün ağıl sahibi, hər şeyin yaradıcısı olan Rəbbimizin hər şeyi bir-birinə uyğun olaraq yaratması ilə mümkündür. Allah bir ayəsində belə buyurur: O vaxtı da xatırlayın ki, Musa öz qövmünə:

“Ey qövmüm, siz buzova sitayiş etməklə, həqiqətən, özünüzə zülm etdiniz. Buna görə də yaradanınıza tərəf üz tutaraq tövbə edin, nəfsinizi öldürün! Belə etməniz yaradanınızın yanında sizin üçün xeyirlidir!” - demişdi və Allah da tövbənizi qəbul etmişdi. Əlbəttə, O, tövbələri qəbul edəndir, bağışlayandır.

Bəqərə surəsi, 54

Ey insanlar! Yenidən diriləcəyinizə şübhə edirsinizsə, (bilin ki,) həqiqətən də Biz sizi torpaqdan, sonra nütfədən, sonra laxtalanmış qandan, daha sonra tam bir şəklə salınmış və ya salınmamış bir parça ətdən yaratdıq ki, (qüdrətimizi) sizə bəyan edək. Bətnlərdə istədiyimizi müəyyən bir vaxt ərzində saxlayırıq. Sonra sizi uşaq kimi çıxardırıq ki, yetkinlik çağına yetişəsiniz. Sizdən kimisi vəfat edir, kimisi də ömrünün ən rəzalətli dövrünə çatdırılır ki, bildiyi şeyləri unutsun. Sən yer üzünü cansız görürsən. Biz ona yağmur endirdiyimiz zaman o, hərəkətə gəlib qabarır və cürbəcür gözəl bitkilər bitirir. Bunun səbəbi Allah’ın Haqq olmasındadır. O, ölüləri dirildir və hər şeyə qadirdir. (Həcc surəsi, 5-6)