Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Sizi kim yaratdı? Sizə bədəninizi, gözlərinizin, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi? Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: “Allah”. Sizin kimi digər insanlar da bu suallara: “Allah”, -deyə cavab verirlər.

Necə ki, Allah Quranda insanların öz ağızları ilə bu həqiqəti təsdiq edəcəklərini belə bildirmişdir:

Həqiqətən, əgər: “Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?” – deyə soruşsan, onlar mütləq:

“Allah!” – deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər?

Ənkəbut surəsi, 61

Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allah’ı görə bilərsinizmi?

Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir? Şübhəsiz, bunlar kimi daha bir çox sual verilə bilər və siz də bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, qohumlarınızdan və ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Yaxud da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar... Yaxşı, verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?

Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər.

Fəlsəfəçi Allah’ı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərindən istifadə edərək Allah’ı tanıdır.

Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allah’la əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allah’ın endirdiyi ayələrdən birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs sanki onun fikirləri tamamilə doğru imiş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. İnsanların çoxu o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.

Lakin unudulmamalıdır ki, insan səhv edə, cahillik edə bilər. Bu halda, bizə Allah’ı ən doğru tanıdacaq qaynaq yalnız Onun bizlərə endirdiyi haqq kitab Qurandır. Allah Quranda insanların öyrənməli olduqları şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə, Allah’ın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi, sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi qulu ilə danışır. Məsələn: Quranda, hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanlarla bərabər mələkləri və cinləri də yaratmışdır. Həmçinin Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı da yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalı olduqlarını da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların qısa cavabıdır və bu cavabların hamısı Quranda var. Hazırda, əlinizdə tutduğunuz bu kitab da sizə şah damarınızdan daha yaxın olan Allah’ı Quranda bildirdiyi şəkildə tanıtmaq üçün yazılmışdır. Bu kitabın məqsədi ağlınızdakı yanlış məlumatların yerinə Qurani-kərimdəki həqiqi Allah inancını yerləşdirmək, beləliklə, uca Allah’ı daha yaxşı tanımanızı, Ona daha yaxın olmanızı təmin etməkdir. Allah 1400 il əvvəl endirdiyi Quran ayələri ilə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir. Quranda verilən müxtəlif nümunələr və izahlar Onun sonsuz ağlını, elmini, sənətini göz önünə gətirir. Allah Quran ilə Özünü qullarına tanıdır.

Bu kitabda yerləşən hər adın altında istifadə edilən ayələr açıqlanan adın keçdiyi ayələrdir. Bu ayələrin ərəbcəsinə baxsaq, Allah’ın bu adlarının ayələrin içində keçdiyini görərik. Bundan başqa, hər ismin altında, bəlkə də bu günə qədər üzərində düşünülməyən detalları xatırladacaq qısa açıqlamalar var. Əlbəttə, bu açıqlamalar göylərin və yerin Rəbbi olan Allah’ı tanıtmaq üçün kifayət deyil. Çünki bütün kainatı, bütün canlıları, insanları və maddəni yaradan və ən gözəl adların sahibi olan Allah’ın sadəcə bir adını açıqlamaq üçün belə cildlərlə kitab yazıla bilər. Lakin belə imkan olmadığı üçün bu kitabda qısa nümunələrdən, insanı düşünməyə sövq edəcək izahlardan istifadə edilərək oxucunun təfəkkürü açılmağa çalışılır. Əlinizdəki kitabla əlaqədar gözdən qaçırılmamalı daha bir cəhət var: bu kitab sizə yalnız Quranda keçən məlumatları çatdırır. Çünki Allah’ın adları haqqında Onun Quranda bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Bizə məlum olmayanlar isə Rəbbimizin qatında gizlidir:

“Onlar: “Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən”, - dedilər“.

Bəqərə surəsi, 32