Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Basir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Yaxşı görən Məgər onlar başları üstündə qanad çalaraq uçan quşları görmürlərmi? Onları ancaq Rəhman saxlayır. Həqiqətən, O, hər şeyi görəndir!

Mülk surəsi, 19

İnsanın görüş sahəsi, şübhəsiz, çox məhduddur. Sadəcə gözlə görə biləcəyimiz məsafə ən çoxu bir neçə kilometrdir. Üstəlik, bu da ancaq açıq havada, yüksək bir yerdən baxılsa, mümkün olur. Ancaq şərtlər nə qədər uyğun olsa da, görə bildiyimiz ən uzaq yer dumanlı görüntüdən başqa bir şey deyil.

İnsan bəzi vəziyyətlərdə (xüsusilə də tək qaldığı zaman) özünü heç kimin görmədiyini zənn edir. Gizli iş görərkən, gizlənərkən, ətrafında heç kim olmadıqda özünü heç kimin görmədiyindən əmindir. Bu cür mühitlərdə insanlar istədikləri hər şeyi edə biləcəklərini, heç kimə qarşı məsul olmayacaqlarını, etdikləri səhvlərin əsla qarşılarına çıxmayacağını zənn edirlər.

Halbuki, bu, səhvdir. Çünki insanın unutduğu çox əhəmiyyətli bir həqiqət var: Allah hər an hər şeyi bütün detalları ilə görəndir. İnsan gözləri ilə ancaq müəyyən bir sahəni gördüyü halda, Allah o adamın olduğu otağı, onun xaricindəki digər otaqları, o evin hamısını, o evin yerləşdiyi şəhəri, şəhərin içində olduğu ölkəni, onları əhatə edən qitəni, bütün bunların hamısını əhatə edən dünyanı, bütün planetləri, kosmosu və onun da kənarındakı sərhədləri eyni anda görür. Quranda Allah’ın hər şeydən xəbərdar olduğu belə bildirilir:

Sən nə iş görsən, Qurandan nə oxusan, nə iş görsəniz, onlara daldığınız zaman Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey sənin Rəbbindən gizli qalmaz. Ondan daha böyük, daha kiçik elə bir şey də yoxdur ki, açıq-aydın kitabda olmasın!

Yunis surəsi, 61

Namaz qılın, zəkat verin! Özünüzdən ötrü etdiyiniz xeyri Allah yanında taparsınız. Həqiqətən, Allah nə etdiklərinizi görəndir!

Bəqərə surəsi, 110

Onların Allah yanında dərəcələri vardır. Allah onların etdiyi işləri görəndir.

Ali-İmran surəsi, 163

Ayələrimizi inkar edənlər Bizdən gizli qalmazlar. Cəhənnəm oduna atılan kəs yaxşıdır, yoxsa qiyamət günü arxayın gələn kəs?! İstədiyinizi edin. Şübhəsiz ki, O, nə etdiyinizi görəndir.

Fussilət surəsi, 40

Əgər o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. Allah’ın əvvəldən qoyduğu qayda-qanun belədir. Sən Allah’ın qayda-qanununda heç vaxt bir dəyişiklik görə bilməzsən! Sizi onlara qalib etdikdən sonra Məkkə vadisində onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Fəth surəsi, 22-24) Allah göyləri və yeri ədalətlə yaratmışdır ki, hər kəs qazandığının əvəzini alsın. Belə ki, onlara heç bir haqsızlıq edilməyəcəkdir. (Casiyə surəsi, 22)