Allah'ın İsimləri: Xaliq
Mündəricat
- Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
- Ədl
- Əfüvv
- Axır
- Əhkamül-hakimin
- Alim
- Əliyy
- Asim
- Əzim
- Əziz
- Bais
- Raqib
- Rauf
- Rəzzaq
- Səməd
- Sadiq
- Saiq
- Sani
- Salam
- Səmi
- Şafi
- Baqi
- Şəfi
- Şarih
- Şəhid
- Şəkur
- Təvvab
- Vahid
- Varis
- Vasi
- Vədud
- Vəhhab
- Bari
- Vəkil
- Vəli
- Zülcəlali-vəl-ikram
- Zahir
- Basir
- Basit
- Batin
- Bədi
- Bərr
- Cami
- Cabbar
- Dai
- Dafiq
- Dərr
- Ərhamür-rahimin
- Əvvəl
- Faliq
- Fasil
- Fatir
- Fəttah
- Qəffar
- Qəniyy
- Xəbir
- Hadi
- Hafid
- Hafiz
- Hakim
- Həkim
- Haqq
- Xaliq
- Həlim
- Həmid
- Hasib
- Hayy
- Qabid
- Qabil
- Qadi
- Qədim
- Qadir
- Kafi
- Qəhhar
- Qəyyum
- Qarib
- Qasim
- Qavi
- Kəbir
- Kərim
- Quddüs
- Lətif
- Makir
- Maliki-yəvmud-din
- Malikül-mülk
- Məcid
- Məlca
- Məlik
- Mətin
- Mövla
- Müəxxir / müqəddim
- Müəzzib
- Mühit
- Mübki / müdhik
- Müvəffi
- Mühsi
- Mühsin
- Mühyi
- Müqəllib
- Mükmil
- Müqtədir
- Müntəqim
- Müsəvvir
- Mübəşşir
- Mübəyyin
- Müdəbbir
- Mömin
- Mücib
- Mühəymin
- Mütəali
- Mütəkəbbir
- Müsəvva
- Müstəan
- Mütəhhir
- Müyəssir
- Müzəkki
- Müzəyyin
- Müzil
- Müğni
- Nasir
- Nur
- Rəbbil-aləmin
- Rafi
- Rəhman-rəhim

Hər şeyin varlığını və varlığı boyunca görüb-keçirəcəyi halları, hadisələri təsbit və təyin edən və ona görə yaradan, yoxdan var edən Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45) Arı pətəyindəki bütün arılar vəzifələrini qüsursuz yerinə yetirirlər. İşçi arılar şanın istehsalında işləyir, şanı havalandıraraq temperaturunu həmişə sabit saxlayır, şana çiçəklərdən yığdıqları qidaları gətirirlər. Kraliça arı isə şanın içində qalaraq nəslin davamını təmin edir. Ağcaqanad yumurtadan çıxdığı an yetkin halına heç bənzəmir.
Ağcaqanad sürfəsi inkişafını tamamlayana qədər 4 dəfə dərisini dəyişdirir. Sürfə dövrünün sonuna yaxın dərisi açılır və yetkin ağcaqanad sürfənin içindən suya dəymədən çıxır. Yuxarıda bəhs etdiyimiz canlılar yer üzündə yaşayan saysız canlıdan sadəcə ikisidir. Digər canlılarda olduğu kimi, bu canlıların da doğumlarını, həyatlarını və ölümlərini Allah təyin etmişdir. Bu canlılar yaradıldıqları andan etibarən Allah’ın təsbit etdiyi, uyğun hesab etdiyi və əmr etdiyi şəkildə həyatlarını davam etdirirlər. Əsla Allah’ın özləri üçün təqdir etdiyi vəzifənin xaricinə çıxmırlar. Səhralarda +50 dərəcədə yaşayan kərtənkələlər də, qütblərdə -50 dərəcədə yaşayan pinqvinlər də, dənizin minlərlə metr altında yaşayan süngərlər də eyni vəziyyətdədir. Hamısı həyatlarını Allah’ın təsbit etdiyi şəkildə yaşayırlar. Onlardan əvvəlki nəsillər də eyni şəkildə yaşamışdır, sonrakı nəsillər də eyni şəkildə yaşayacaqlar. Çünki Allah canlıların hamısı üçün bir həyat forması seçmişdir. Nəticə olaraq, kainatdakı heç bir canlının öz həyat tərzini təyin etmə haqqı yoxdur. Bütün canlıları Allah yaratmış və bu şəkildə həyatlarını təqdir etmişdir. Onlar da qeydsiz-şərtsiz bu hökmə boyun əymişlər.
İnsan da kainatın kiçik bir hissəsidir. Allah insanı bir damla sudan yaratmış və həyat tərzini təqdir etmişdir. Heç bir insan öz qərarı ilə həyatda yaşayacağı müddəti təyin edə bilməz, yaşlanmağı və ölümü gecikdirə bilməz, acizliklərindən xilas ola bilməz. Bütün bunları təyin edən, dilədiyi şəkildə yaradan Allah’dır. Allah’ın gücünün bənzərsizliyi və hər şeyi hakimiyyəti altında saxladığı ayələrdə belə O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.
De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De:

“Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, Onlar öz dərilərinə:
“Nə üçün əleyhimizə şahidlik edirsiniz?”– deyəcəklər. (Dəriləri) deyəcək: “Hər şeyi danışdıran Allah bizi danışdırdı. Sizi ilk dəfə O yaratmışdır və siz Ona qaytarılacaqsınız”.