Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Saiq

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Cəhənnəmə atan Günahkarları isə cəhənnəmə susamış olduqları halda qovub apararıq.

Məryəm surəsi, 86

İnsan Allah’a qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allah’ın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.

Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələri ilə bildirmişdir:

(Onların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de:

“Siz tezliklə məğlub olacaq və cəhənnəmə toplanılacaqsınız! Ora nə pis yataqdır!”

Ali-İmran surəsi, 11-12

Ayələrdə bildirildiyi kimi, alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir.

Dünyada yaşadıqları həyat boyu özlərinə Allah’a qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:

... Sən zalımları əzabı gördükləri zaman:

“Qayıtmağa bir yol yoxdurmu?”– deyən görəcəksən. (Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: “Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir”. Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar.

Şura surəsi, 44-45

İnkar edənlərin axirətdə qarşılaşacaqları bu vəziyyət Allah’ın insanlar üzərindəki sonsuz ədalətinin bir təcəllisidir. Bir ayədə hər insanın yalnız layiq olduğu ilə qarşılıq görəcəyi belə bildirilmişdir: Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40) Bu üstün ədalətinin bir gərəyi olaraq Allah iman edənlərə bənzəri olmayan nemətlərlə dolu sonsuz cənnətləri lütf edəcək. Quranda bütün həyatını Rəbbimizin rizasını qazanmaq üçün keçirən möminlərə bu müjdə belə bildirilir:

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə:

“Bu ki, əvvəlcə bizə verilən ruzidir!”– deyəcəklər. Halbuki, onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar.

Bəqərə surəsi, 25