Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Malikül-mülk

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Mülkün əbədi sahibi De: “Ey mülkün sahibi Allah’ım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir Sənin əlindədir. Həqiqətən, Sən hər şeyə qadirsən.

Ali-İmran surəsi, 26

Hal-hazırda, gördüyünüz hər şeyin bir sahibi var. Oturduğunuz kreslo atomlardan meydana gəlib. Bu atomların hər birinin yaradıcısı Allah’dır. Saxsıda açan çiçək Rəbbimizin ona təmin etdiyi imkanlarla (günəş, su və s.) böyüyür. Pəncərədən görünən dəniz və içindəki bütün canlılar Allah dilədiyi üçün ordadırlar.

Hətta öz bədəniniz də sizdən asılı deyil, sizi yaradan Allah’ın idarəsindədir. Bütün üzvləriniz, damarlarınız, sinir sisteminiz, hüceyrələrinizin hər biri Rəbbimizin elminin və üstün ağlının əsərləridir. Bu sayılanların heç biri sizin sahib olmağı düşünüb hazırladığınız, sonra da var etdiyiniz şeylər deyil.

Siz dünyaya gözünüzü açdığınız zaman həm öz bədəninizdəki qüsursuz sistemlə, həm də yaşadığınız dünya ilə və hətta bütün kainatla qarşılaşdınız. Ancaq bundan əvvəl bunların heç birinə sahib deyildiniz və bundan sonra da öz iradənizlə bunlara sahib olmağınız mümkün deyil. Əlbəttə, bu həqiqət bütün insanlara aiddir. Deməli, bütün mülk hər şeyin yaradıcısı və sahibi olan Allah’a məxsusdur.

Bu həqiqətə baxmayaraq, insan bunları unudur və Allah’ın açıq-aşkar varlığını görməzlikdən gəlib əlindəki hər şeyin özünə məxsus olduğunu zənn edir. Bütün acizliyinə baxmayaraq, özünü üstün görən insan təkəbbürlənir və inkar edir. Lakin bu inkar yalnız özünə zərər verir, çünki hz. Musanın söylədiyi kimi:

“...Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, (Allah’a heç bir zərər yetirə bilməzsiniz). Çünki Allah, möhtac deyildir, tərifə layiqdir“.

İbrahim surəsi, 8