Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mütəali

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Ağılın dərk edə biləcəyi hər şeydən çox uca Haqq hökmdar olan Allah ucadır! Onun vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və: “Ey Rəbbim! Elmimi artır!”– de. (Taha surəsi, 114) İnsanların bir qismi ətraflarındakı saysız dəlilə baxmayaraq, Allah’ın ululuğunu, ucalığını təqdir edə bilmirlər. Son dərəcə aciz olduqları halda, təkəbbürlənir, özlərini yaradan Allah’ı isə heç düşünmürlər. Bu təkəbbürün səbəbi insanın pisliyi əmr edən nəfsə sahib olmasıdır. Ancaq iman edənlər Allah’ın ucalığı qarşısında insanın nə dərəcə aciz bir varlıq olduğunu, buna görə, heç nəyə güc yetirə bilməyəcəklərini bilirlər. Çünki Allah Quranda insanların acizliyinə və Özünün ucalığına belə bir misalla diqqət çəkir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək )istəyən də aciz qalar, istənilən də!

Həcc surəsi, 73

Onlar Allah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir!

Həcc surəsi, 74

Halbuki, kainatın hər nöqtəsi Allah’ın böyüklüyünü əks etdirir. Amma Onun sonsuz gücünü və elmini izah etməyə əsla kafi deyil. Allah şirkdən, qüsurdan, əskiklikdən münəzzəh olandır. Bütün üstün sifətlərin və bütün gözəl adların tək sahibidir. Onun elmi, ağlı, gücü, qüdrəti, rəhməti, şəfqəti və lütfkarlığı sonsuzdur. “Sonsuz” sözü Allah’ın böyüklüyünü qavramaq üçün üzərində yaxşı-yaxşı düşünmək tələb edən anlayışdır. Allah ölümlərindən sonra insanları yeni bir yaradılışla yaradacaq və bundan sonra dünyada etdiklərinin qarşılığı olaraq cənnət və ya cəhənnəmdə davam edəcəkləri sonsuz həyatlarını başladacaq. Burada yüz deyil, min deyil, yüz min və ya milyard il də deyil, trilyon, ya da katrilyon dəfə katrilyon il də deyil, sonsuza qədər davam edəcək ömürdən bəhs edilir. Yəni yüz trilyon insan olsa, gecə gündüz heç dayanmadan yüz trilyonu yüz trilyon ilə vursalar, yüz trilyon ömürləri olsa və ömürləri boyu bu işlə məşğul olsalar, yenə də il sayını hesablaya bilməzlər. Halbuki, Allah elə böyük bir elmə malikdir ki, insana görə sonsuz olan hər şeyi O bilir. Zamanın ilk yaradıldığı andan sonsuza qədər davam edəcək hər hadisəni, hər düşüncəni, zamanı hər halı ilə təyin edən və bilən Allah’dır. Bu həqiqətə Quranda belə diqqət çəkilir: Biz, həqiqətən də hər şeyi qədərincə yaratdıq. Biz bircə dəfə əmr edirik, o da bir göz qırpımında yerinə yetir. Biz həmtaylarınızı məhv etmişik. Amma heç yada salan varmı? Onların etdiyi hər şey kitablarındadır. Hər bir kiçik və böyük (əməl) yazılmışdır. (Qəmər surəsi, 49-53)

(Allah) onlara sağlam övlad verdikdə isə özlərinə verdiyi şeydə Ona şərik qoşmağa başladılar. Allah isə onların qoşduqları şəriklərdən ucadır. (Əraf surəsi, 190) Qurunun və dənizin qaranlıqlarında sizə doğru yol göstərən, küləkləri Öz mərhəməti önündə müjdəçi kimi göndərən kimdir? Heç Allah’la yanaşı başqa bir məbudmu var? Allah onların qoşduqları şəriklərdən ucadır. (Nəml surəsi, 63) Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allah’dır. Şərikləriniz içərisində bunlardan birini edə bilən varmı? O, pakdır və Ona şərik qoşduqlarından ucadır. (Rum surəsi, 40)