Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müqəllib

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Çevirən (ürəkləri)

Biz onların ürəklərini və gözlərini, ilkin inanmadıqları kimi tərsinə çevirərik və onları tüğyanları içində çaşmış kimi gəzər bir vəziyyətdə tərk edərik.

Ənam surəsi, 110

İnsan Allah’ın özü üçün seçib bəyəndiyi dinini öyrənmədən və onu yaşamadan Allah’ı haqqı ilə tanıya bilməz, yaradılış məqsədini qavraya bilməz. Həyatın, ölümün, axirətin, cənnətin, cəhənnəmin, şeytanın və mələklərin nə üçün yaradıldığını da tam mənası ilə qavramaya bilməz. Milyardlarla canlının yaşadığı kainatın yaradılışındakı hikmətləri düşünməz. Bu insan ömrü boyu qəflət içində yaşayıb, yenə qəflət içində ölər. Ancaq Allah insanın ürəyinə iman verdiyi təqdirdə bütün bu sualların cavabını tapar. Beləliklə, Allah daha əvvəl Özünə inanmayan insanın ürəyini çevirərək səmimi edə bilər. Əvvəldən din haqqında mənfi düşünən insan artıq müsbət düşünməyə, Onun əmrlərindən üz çevirən insan bunları dəqiq şəkildə tətbiq etməyə başlayar. Allah’ı heç zikr etmədiyi halda, davamlı Onu xatırlamağa, heç şükür etmədiyi halda, davamlı şükür etməyə başlayar. Daha əvvəl Allah’ın varlığının dəlillərini, Onun bağışladığı nemətləri, şəfqətini və mərhəmətini heç dərk etmədiyi halda, artıq bunları açıq bir şüurla dərk edər. Belə ki, iman edən adam sanki yuxudan oyanar. Çünki Allah onun ürəyinə imanı yerləşdirmiş və küfrdən çevirmişdir. Göründüyü kimi, imanı insana ancaq Allah verir və dilədiyi anda da geri alır. İnsanın imanlı olması isə ürəyininAllah’ın ayələrinə qarşı yumşalmasına bağlıdır. Ancaq Allah’a təslim olanlar hidayət tapar. İnkarçılar iman etmədikləri üçün ətraflarındakı böyük gerçəklərigörə bilmirlər. Bütün kainat Allah’ın varlığının açıq-aşkar dəlilləri ilə doludur, amma inkar edənlər bunu dərk etmirlər. Allah bununla əlaqədar olaraq bir çox ayədə inkarçıların ürəkləri üzərində qavramalarına mane olan bir pərdə olduğunu bildirir. Bir ayədə belə buyurulur: Biz elçiləri yalnız müjdə verənlər və xəbərdarlıq edənlər kimi göndəririk. Kafirlər isə batil ilə haqqı aradan qaldırmaq üçün mübahisə edirlər. Onlar Mənim ayələrimə və xəbərdar olunduqları şeylərə istehza edirlər. (Kəhf surəsi, 56)

İnkarçılar bəzən özlərinə təbliğ edilən dini anlamadıqlarını etiraf edirlər. Özlərini hidayətə dəvət edən hz. Şüeybə qarşı Quranda xəbər verilən və: “… Ey Şüeyb! Dediklərinin çoxunu anlamırıq...”

(Hud surəsi, 91) - deyən inkarçılar bunlara bir nümunədir.

Əgər insanın ürəyi üzərində pərdə varsa və Allah bu adamın anlayışını bağlayırsa, artıq onu doğru yola çevirmək Allah’ın diləməsi xaricində mümkün deyil. Allah bu mövzuya Quranda belə diqqət çəkir: (Yusif) onlardan qurtulacağını yəqin etdiyi kimsəyə dedi:

“Ağanın yanında məni yada sal!” Lakin şeytan ona ağasının yadına salmağı unutdurdu və o, zindanda bir neçə il də qaldı. Padşah dedi: “Mən (yuxuda) yeddi arıq inəyin yeddi kök inəyi yediyini, həmçinin yeddi yaşıl sünbül və bir o qədər də qurusunu gördüm. Ey zadəganlar! Əgər yuxu yoza bilirsinizsə, yuxumun yozumunu mənə bildirin”.

Yusif surəsi, 42- 43

Allah ancaq ürəkdən iman etməyi və Özünə yaxın olmağı istəyənin ürəyini yumşaldar, beləsini səmimi müsəlmanların arasına qatar. Səmimiyyətsiz olanların da ürəyini çevirərək onları küfrə geri qaytarar. O, dilədiyinin ürəyini dilədiyi anda çevirməyə qadirdir. Onun çevirdiyi ürəyi təkrar geri çevirə biləcək heç kim yoxdur.