Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Salam

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır.

Həşr surəsi, 23

Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:

Sizdə olan nemətlər tükənəcək, Allah’ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97) Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat qulları üzərində sonsuz şəfqət sahibi olan Allah’ın Salam sifətinin təcəllilərindəndir.

Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də razı salınmış olaraq cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır. Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən mərhəmətli (Allah’dan) (Onu) görmədən qorxan və (Allah’a) yönəlmiş qəlblə gələn kimsələr üçündür. Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı vardır.

Qaf surəsi, 31-35

Allah’ın Salam sifəti, eyni zamanda, cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah “Yasin” surəsinin 58-ci ayəsində “Üstəlik, Rəhmli Rəbb: “Salam”, - deyəcək“ şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allah’ın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyurulur:

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 56) Kora, çolağa, xəstəyə çətinlik yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)