Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mücib

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Özünə yalvaranların istəklərini verən, razılıq edən Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm...

Bəqərə surəsi, 186

Dua Allah ilə qulu arasında xüsusi əlaqədir. Qul bütün çətinliklərini və istəklərini Allah’a açır, Ona yalvarır, Allah qulunun istəyini eşidir və ona qarşılıq verir.

Allah insana şah damarından daha yaxın olan, hər şeyi bilən, eşidəndir. İnsanın içindən keçirdiyi bir düşüncə belə Allah’dan gizli qalmaz. O halda, səmimi olaraq Allah’dan nə isə istəmək üçün insanın yalnız düşünməsi belə kifayətdir. Budur, Allah’ın razılığı bu qədər yaxındır. Mömin dua etdiyi zaman Allah’ın özünü eşitdiyindən və duasına mütləq qarşılıq verəcəyindən əmindir. Çünki bütün hadisələrin ancaq Onun diləməsi ilə olduğunun fərqindədir. Allah’ın duaya verəcəyi qarşılığa şübhə ilə yaxınlaşmaq isə Allah’ın gücünü və qüdrətini təqdir edə bilməməkdir. Allah üçün hər hansı bir adamın çağırışına cavab vermək, duasına cavab vermək çox asandır. Amma duaya qarşılıq bir şeyin eynilə reallaşması mənasını vermir. Allah bir ayədə bu mövzu ilə əlaqədar olaraq belə xəbər verir:

İnsan xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir. (İsra surəsi, 11) İnsan üçün nəyin şər, nəyin xeyir olduğunu isə ən yaxşı Allah bilir. Çünki hər şeyi təqdir edən Odur. Hər işində olduğu kimi, dualara qarşılıq verməsində də bir çox hikmət gizlidir. Bu həqiqət “Bəqərə” surəsində belə bir örnəklə xəbər verilir: Sizin xoşunuza gəlməsə də, cihad sizə vacib edildi. Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə bilmirsiniz. (Bəqərə surəsi, 216)

Gizli, açıq hər çağırışa daim qarşılıq verməsi Allah’ın şanından, ucalığındandır. Allah dua mahiyyətində ağıldan keçən bir düşüncəni belə əsla qarşılıqsız buraxmır, cavabsız qoymur. Allah’dan başqa duaları eşidən və onlara qarşılıq verən yoxdur. Allah Özündən başqa heç kimin duaya qarşılıq verə bilməyəcəyini, insanlara kömək edə bilməyəcəyini belə bildirmişdir:

Allah’dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər.

Əraf surəsi, 194

Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona ibadət edənlərlə birlikdə özünü səbirli apar. Fani dünyanın bərbəzəyini arzu edib nəzərlərini onlardan çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan bir kimsəyə itaət etmə!

Kəhf surəsi, 28

De: “Əgər ibadətiniz olmasa, Rəbbimin yanında nə qədirqiymətiniz olar? Siz təkzib etdiniz. Buna görə də (əzab) yaxanızdan əl çəkməyəcəkdir!”

Furqan surəsi, 77