Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Qabil

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Qəbul edən, bağışlayan Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur.

Şura surəsi, 25

İnsan həddən artıq aciz varlıqdır. Yaşamağı üçün lazım olan şərtlərin hamısı təmin edilməzsə, həyatını davam etdirməyi qeyri-mümkündür. Ancaq bütün bu acizliyinə baxmayaraq, təkəbbür, azğınlıq və Allah’a qarşı nankorluq etməyə meyillidir. İnsanın bu xüsusiyyəti ilə əlaqədar olaraq Quranda belə bildirilir:

Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab surəsi, 72) Həqiqətən, insan Rəbbinə qarşı çox nankordur. (Adiyat surəsi, 6)

İnsanı yaradan Allah, şübhəsiz, onun içindəkiləri də bilir. İnsanın hər an səhv edə biləcəyi, nankorluq, cahillik edə biləcəyi Onun elmi daxilindədir. Şübhəsiz, O, qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Bu qədər mərhəmətli olduğu üçün insanlara xilas yolunu göstərmişdir: tövbə etmək. Zalım, cahil və nankor olan insana nəfsindəki bu pisliklərdən qorunmaq və işlədiyi səhvləri düzəltmək üçün böyük bir imkan verilib. İnsanın hər cür pis hərəkəti ola bilər, hər cür səhv edə bilər, Allah’a heç gözlənilməyən şəkildə nankorluq da etmiş ola bilər. Ancaq səmimi, Allah’a qəlbən bağlı və Onun əzabından içi titrəyərək qorxub çəkinən insandırsa, tövbə edər və bu şəkildə nicat tapar. Çünki Allah səmimi edilən tövbələri qəbul edəcəyini, Özündən qorxan qullarının səhvlərini bağışlayacağını vəd etmişdir. Şübhəsiz, Allah’ın Qabil sifəti insanlar üzərindəki şəfqətinin və mərhəmətinin açıq nümunəsidir. Allah’ın heç nəyə ehtiyacı yoxdur.

Diləsəydi, insanların bütün bu etdiklərinin heç birini qəbul etməzdi.

Lakin Allah sonsuz rəhməti ilə insanların buna ehtiyaclarının olduğunu bilir və səmimi ürəklə edilən tövbələri qəbul edəcəyini xəbər vermişdir. Allah bağışlayan olduğunu bir ayədə belə bildirir:

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbə qəbul edər, sədəqə alar və Allah tövbələri qəbul edəndir, rəhmlidir?!

Tövbə surəsi, 104

Həqiqətən, Rəbbin bilir ki, sən və səninlə olan insanların bir qismi gecənin üçdə ikisindən az, yarısını, üçdə birini (namaz üçün) durursunuz. Gecə və gündüzü Allah ölçüb müəyyənləşdirir. O, sizin bunları hesablamaqda çətinlik çəkəcəyinizi nəzərə alaraq, tövbələrinizi qəbul etdi. Elə isə Qurandan asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allah’ın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə, Qurandan sizə asan olanı oxuyun! Namaz qılın, zəkatınızı ödəyin və Allah’a gözəl bir borc verin. Qabaqcadan özünüzə hansı xeyirli əməlləri tədarük etsəniz, Allah yanında onun daha xeyirlisi ilə və daha böyük mükafatla əvəz olunduğunu görəcəksiniz. Elə isə Allah’dan sizi əfv etməsini istəyin! Şübhəsiz ki, Allah bağışlayandır, rəhmlidir! (Müzzəmmil surəsi, 20)