Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Dərr

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Zərər verən şeylər yaradan Mən heç Ondan qeyri tanrılarmı qəbul edərəm?! Əgər Rəhman mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.

Yasin surəsi, 23

Anidən gələn ölüm, gözlənilməyən xəstəlik, bütün məhsulları yox edən qasırğa, evləri yerlə bir edən zəlzələ, gələcək qorxusu, yol qəzası, stress, mal itkisi, qısqanclıq, qocalma...

Şübhəsiz, bütün bunlar axirətin varlığından qafil olan və gerçək həyatlarının dünyadakı həyat olduğunu zənn edən insanlar üçün əzab, qorxu və ümidsizlik yaradan hadisələrdir. Əlbəttə, hər insan özünə və ya yaxınlarına zərər verən bu cür hadisələrdən biri ilə və ya bunların bənzəri ilə hər an qarşılaşa bilər. Bu qarşılaşma böyük ehtimalla insanın heç gözləmədiyi bir anda reallaşır. Bir anda bütün bədəninə yayılan xərçəngə tutulduğunu öyrənə bilər, bir səhər bir yaxınının ölüm xəbəri gələ bilər, həyatı boyunca yığdığı pulunun oğurlandığını eşidə bilər və ya aynaya baxdığında heç gözləmədiyi şəkildə qocaldığını görər.

Yaxşı, insanlara qarşı bu qədər mərhəmətli olan Allah’ın dünya həyatında belə hadisələr yaratmasının hikmətləri nələrdir?

Bunun ən əhəmiyyətli səbəblərindən biri Allah’ın insanı çətinlik və sıxıntı ilə tərbiyələndirməsidir. Xəstəliyindən ötəri çətinliklə nəfəs alan insan qürurlanaraq digər insanları alçalda bilməz. Eyni zamanda, şikəst ikən yenidən yeriyə bilən, bütün malını-mülkünü itirmişkən bunlara təkrar qovuşan insan, şübhəsiz, bunların dəyərinidaha yaxşı qavrayır. Beləliklə, həm çətinliyi, həm də asanlığı yaradaraq dünyada imtahan mühitini yaradan Allah, qarşılıqsız verdiyi nemətlərin daha yaxşı təqdir edilməsini təmin edir.

Ancaq burada əhəmiyyətli olan bir cəhət var. Əgər bu tərz hadisələrlə qarşılaşan adam imanlıdırsa və axirətin gerçək həyatı olacağını bilirsə, onsuz da qəmgin olmur. Başına gələn hər cür çətinliyin Allah’dan olduğunu bilir və bunlara səbir edir, o çətinliklərdən özünü qurtarmağa qadir olanın da, yalnız Allah olduğunu bildiyi üçün Ona dua edir, Ondan kömək diləyir. Beləliklə, Allah Özünə inanan qullarını da öyrədir, Özünə yaxınlaşmalarını təmin edir və axirətdəki dərəcələrini yüksəldir.

Allah’a və axirət gününə inanmayan insanlar üçün isə vəziyyət fərqlidir. Allah “Darr” sifətini əsl mənada cəhənnəmdə onlara göstərəcək. Şübhəsiz, dünyada kədərləndikləri hər şey cəhənnəmdə qarşılaşacaqları ilə müqayisə ediləndə çox xəfif sayılar, çünki buradakıların hamısı müvəqqətidir.

Cəhənnəmdə isə insanların yanan dəriləri ağrını təkrar-təkrar hiss etsin deyə, yeniləri ilə dəyişdiriləcək. İnkar edənlərə boğazları parçalayan darı tikanı, bağırsaqları parçalayan qaynar sudan başqa heç nə verilməyəcək. Ölüm gələr, lakin ölməzlər, ardından daha çətin əzabla qarşılaşarlar. Orada dəmirdən qamçılar, oddan yataqlar olacaq, inkarçı insan cəhənnəmin ən dar və qaranlıq yerinə atılacaq. Cəhənnəmdə sümükləri çatladan inildəmələr eşidiləcək. İnkarçılar cəhənnəm gözətçilərinə: “Rəbbinizə söyləyin, bizi buradan çıxarsın”, -deyə yalvararlar. Əzabın yüngülləşdirilməsini istəyərlər. Allah onları cürbəcür əzaba uğradarkən bir tərəfdən də onlara cənnətdəkilərin necə bolluq və nemət içində olduqlarını göstərər. Onlar özlərinə kömək edəcək heç kimi tapa bilməzlər və (Allah’ın diləməsi xaricində) sonsuza qədər də alçaldılmışlar olaraq onun içində saxlanılarlar. Allah, beləliklə, gerçək çətinliyi və əzabı inkar edənlərə cəhənnəmdə daddırar. Allah bir ayədə belə buyurur:

Həqiqətən, əgər onlardan:

“Göyləri və yeri kim yaratmışdır?!” –deyə soruşsan, mütləq: “Allah!” –deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allah’dan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “ƏgərAllah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!”

Zumər surəsi, 38

Allah inkarçıların üzərinə Dərr ismini təcəlli etdirir. Əlbəttə, bu, həmin insanların haqdan bilərəkdən üz çevirmələrinə görədir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibidir.

Rəbbimiz bütün insanların doğru yola yönəlmələri, sonsuz cənnət nemətinə qovuşmaları üçün dünya həyatında saysız-hesabsız fürsətlər yaradır. Xəta etdiklərində onları bağışlayır, dua edib yardım istədiklərində onlara lütf edir. Dünyadakı qüsurları göstərib onları cənnət üçün çalışmağa çağırır. Axirətdə sonsuz əzabın da olduğunu bildirib onları xəbərdar edir. Lakin uca Allah’ın insanlar üzərindəki bu rəhmətini və yaradılış hikmətlərini təqdir etməyənlərə Allah’ın əzabı gerçəkləşmiş olur. Çünki bu insanlara cənnət və cəhənnəm haqqında bilgi verilməsinə baxmayaraq, bu həqiqətdən üz çevirmişlər.

Allah’ı qoyub, sənə nə bir fayda, nə də bir zərər verə bilməyən şeylərə yalvarma. Əgər belə etsən, sözsüz ki, zalımlardan olarsan. Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, bağışlayandır, rəhmlidir.

(Yunis surəsi, 106-107)