Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Cabbar

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Dilədiyini zorla etdirməyə qadir olan O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah, (müşriklərin) şirk qoşduqlarından çox ucadır.

Həşr surəsi, 23

Allah’a qarşı böyüklənməyin, Ona təslim olmamağın arxasında insanın özünü Allah’dan müstəqil varlıq olaraq görüb, sahib olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlandığını zənn etməsi, buna görə də özünə mənlik verməsi dayanır. Halbuki, bu, səhv məntiqdir.

İnsan bir az düşünsə, bu dünyaya öz iradəsi ilə gəlmədiyini, həyatının nə vaxt sona çatacağını bilmədiyini, sahib olduğu fiziki xüsusiyyətlərin öz seçimi ilə özünə verilmədiyini rahatlıqla görə bilər. Öz bədəni də daxil olmaqla, sahib olduğu hər şeyin keçici olduğunu və sonunda yox olacağını anlayar. Bütün bunlar insanın tamamilə aciz olduğunun, heç nəyin özünə aid və öz idarəsi daxilində olmadığının açıq dəlilləridir. Əgər bir az daha düşünsə, bu dəlillərin saysız-hesabsız olduğunu görə bilər. İnsanın bütün bu gerçəklər qarşısında özünü yaradan Rəbbinə qarşı böyüklənməyə cəhd etməsinin nə qədər ağılsız hərəkət olduğu aşkardır.

Halbuki, insan Allah’ın böyüklüyünü, hər şeyi yoxdan yaratdığını, insanların sahib olduqları bütün imkan və xüsusiyyətləri verənin Allah olduğunu, dilədiyi anda da hamısını geri ala biləcəyini, bütün canlıların ölümlü olduğunu, tək baqi olanın Allah olduğunu qəbul edib, gerçək sahibinə təslim olmalıdır. Çünki Allah Özünə qarşı haqsız yerə böyüklənən, acizliyini bilməyən və üz çevirən hər kəsə dilədiyi zaman məcburən boyun əydirməyə qadir olandır. Quranda sahib olduğu şeylərdən ötəri qürurlanan və sonunda da Allah’ın Cabbar sifəti ilə acizliklərini görən və səhvlərini qəbul edən bağça sahiblərinin vəziyyəti ibrət olaraq izah edilmişdir. Sabahısı gün bağçalarını erkəndən yığacaqlarına dair and içən bağça sahiblərinin başlarına gələnlər belə bildirilmişdir: ... Onlar yuxuda ikən sənin Rəbbindən o bağa bir bəla gəldi.

Və o, (yanıb) qapqara qaraldı.

Qələm surəsi, 19-20

(Bağı) bu vəziyyətdə gördükdə dedilər: “Yəqin ki, azmışıq!

Xeyr, biz məhrum olmuşuq!” Onların ən ağıllısı dedi: “Məgər mən sizə (Allah’ı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər. Onlar bir-birini danlamağa başladılar. Və dedilər: “Vay halımıza! Biz azğınlıq edirdik.

Ola bilsin ki, Rəbbimiz onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını) diləyirik!” Əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! (Qələm surəsi, 26-33) Biz cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır. (Əraf surəsi, 179)