Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Vəkil

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən Onlar:

“İtaət edirik!”– deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah’a təvəkkül et! Qoruyan olaraq Allah yetər.

Nisa surəsi, 81

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allah’ın dinini izah edərkən bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allah’ın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allah’ı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.

Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. İncidən sözlər və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allah’ın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbirli və qərarlı möminlərə kömək edir. Ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu, son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəyi və sahib ola bilməyəcəyi böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar. Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:

Yaxşı əməl sahibi olub özünü Allah’a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah’a qayıdır.

Loğman surəsi, 22

(Bəzi) adamlar onlara:

“Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!”– dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!”– dedilər.

Ali-İmran surəsi, 173

Allah’ı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:

Onlar özlərinə heç bir pislik toxunmadan Allah’ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah’ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174) O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu himayəçi götür! (Müzzəmmil surəsi, 9) De: “Allah’ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah’a təvəkkül etsinlər!” (Tövbə surəsi, 51)