Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Ərhamür-rahimin

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Mərhəmət edənlərin ən mərhəmətlisi Əyyubu da (yada sal)! Bir vaxt o, Rəbbinə yalvarıb dua edərək belə demişdi:

“Mənə bəla üz verdi. Sən rəhmlilərin rəhmlisisən!”

Ənbiya surəsi, 83

Yer üzündəki bütün canlılar kimi insan da ehtiyacları olan varlıqdır. Həyatının davam etməsi üçün çoxlu şərt vardır. Nəfəs almaq üçün oksigenə, bədəninin fəaliyyətlərini davam etdirmək üçün su və qidaya ehtiyacı olur. Əslində, bu nümunələri saymaqla bitirmək olmaz. Çünki insanın fiziki olaraq varlığının davam etməsi üçün saysız detala ehtiyacı var.

Ancaq yer üzündəki bütün insanlar ehtiyacları olan şeyləri əldə etmək üçün çox böyük səy göstərmədən həyatlarını rahat şəkildə davam etdirirlər. Hər birinin həm bədənlərində, həm də xarici dünyada ehtiyacları olan hər şey onlar üçün əvvəldən təyin olunmuş və onlara təqdim edilmişdir. Burada ilk aığla gələn nümunə yenə insanın nəfəs almasıdır. İnsanlar həyatlarını davam etdirmək üçün oksigen qəbul etməlidirlər. Bəs bu oksigenin atmosferdə lazım olan nisbətlərdə olmasını təmin edən kimdir? İnsanın bədəninə bu oksigeni qəbul etdirən və lazım olan hər hüceyrəyə bir-bir çatmasını təmin edən sistemi quran kimdir?

Əlbəttə, bunların heç biri insanın müvəffəqiyyəti deyil. Atmosferin və ya öz tənəffüs sisteminin meydana gəlməsində insanın heç bir rolu yoxdur.

İnsanın bu ən həyati ehtiyacından tutmuş bütün detallar özü üçün hazırlanmış və lazım olduğu şəkildə var edilmişdir. Şübhəsiz, burada qarşımıza hər cür detalı insan üçün hazırlayan üstün ağılın varlığı və o ağılın sahibinin insana göstərdiyi sonsuz mərhəməti çıxır. Bu gücün sahibi isə mərhəmətlilərin ən mərhəmətlisi olan Allah’dır. Allah’ın mərhəməti, əlbəttə ki, insanların fiziki ehtiyaclarının qarşılanması ilə məhdud deyil. O, insanları yaratmış, yaşamaları üçün ən əlverişli olan məkana yerləşdirmiş və bunun qarşılığında da yalnız Özünə qulluq etmələrini istəmişdir. İnsanlara Özünü necə razı edəcəklərini də bildirmiş, bunu öyrətmək üçün onlara dərgahından kitablar endirmiş, bütün ayələrini açıqlayan peyğəmbərlər göndərmişdir. Beləliklə, Allah insanlara həm Öz Şəxsini tanıtmış, həm də onları dinə və gözəl əxlaqa dəvət etmişdir. Şübhəsiz, bunların hamısı Rəbbimizin sonsuz mərhəmətinin açıq dəlillərindəndir.

Dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.

Yusif surəsi, 92

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi:

“Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik, bir o qədər də əlavə etdik.

Ənbiya surəsi, 83-84

Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara vəkil göndərməmişik.

İsra surəsi, 54