Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Asim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Qoruyan (Oğlu ona) belə cavab verdi:

“Mən bir dağa sığınaram, o da məni sudan qoruyar”. Nuh dedi: “Allah’ın rəhm etdiklərindən başqa, bu gün heç kəs Onun əzabından qoruya bilməz!”…

Hud surəsi, 43

İnsan aciz olduğu üçün hər an hər cür çətinliklə qarşılaşa bilər.

Məsələn, dünya hər an təbii fəlakətlərin meydana gəldiyi yerdir. Zəlzələlər, sellər, qasırğalar, vulkan püskürmələri tez-tez rast gəlinən hadisələrdir. Eyni şəkildə, insanı mənən çətinliyə salan bir çox hadisə də var. Bu hadisələr qarşısında unutmamalı olduğumuz bir gerçək var: insan nə qədər acizliyindən xilas olmağa çalışırsa çalışsın, Allah’ın diləməsi xaricində başına gələcək hər hansı hadisədən qoruna bilməz. İnsan üçün tək qoruyucu Rəhman olan Allah’dır. Quranda bu vəziyyət belə bildirilmişdir: De: “Gizlində dua edib: “Əgər bizi suyun və qurunun zülmətindən qurtarsan, əlbəttə, şükür edənlərdən olarıq”, - deyə yalvardığınız zaman sizləri bunlardan xilas edən kimdir?”

De: “Sizi ondan xilas edən və hər bir qəmdən qurtaran Allah’dır. Sonra siz yenə də şərik qoşursunuz?”

Ənam surəsi, 63-64

İnsanlar tək qaldıqda əllərindəki maddi imkanların, yaxınlarının onlara heç nə ilə kömək edə bilməyəcəyini anladıqları anlarda, ya da sağlamlıqlarını itirdikləri zaman Allah’ı zikr edir, Ondan kömək diləyirlər. Ancaq O, özlərini qurtardıqda yenə nankorluq edib başlarına gələnləri unudurlar. Dünyada Allah’dan başqa qoruyucu tapabilməyəcəyini anlamayan, Onun hər cür köməyinə baxmayaraq, nankorluqda dirənən bu şəxslər axirətdə sonsuz əzabla qarşılaşaraq gerçəyi görəcəklər. Bu şəxslərin vəziyyəti ayədə belə xəbər verilir:

… (Allah’a ibadət etməyi) özlərinə sığışdırmayanları və təkəbbür göstərənləri isə acı bir əzaba düçar edəcəkdir! Onlar özlərinə Allah’dan savayı nə bir dost, nə də havadar tapacaqlar!

Nisa surəsi, 173

Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir.

Hud surəsi, 57

De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”.

(Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır.

Zumər surəsi, 61-63