Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Zahir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Aşkar olan O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir.

Hədid surəsi, 3

Allah’ın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allah’ın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaşadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, araşdırdıqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik.

Qaf surəsi, 6-7

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları ancaq mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür.

Mülk surəsi, 19

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də döndərilirsiniz! Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə hesablama (ölçüsü) etdi. Bu, qüdrətli və bilən Allah’ın müəyyən etdiyi hökmdür. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik.

Ənam surəsi, 95-97

Şübhəsiz, yuxarıdakı ayələrdə deyilənlər sadəcə bir neçə mövzudur. Allah Quranda verdiyi daha bir çox örnəklə qullarına Öz varlığını xatırladır. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarında gördükləri hər şey üzərində dərin düşünmələri və nəticədə, Allah’ın varlığını və böyüklüyünü dərk etmələridir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, içində yaşadığımız kainatdakı hər detal insana özünün yaradılmış olduğunu hiss etdirir.

Bütün kainatın yaradıcısı olan Allah’ın böyüklüyünü, ucalığını dərk edən ağıl sahibi insan, əlbəttə ki, axirətdə hesab verəcəyi Allah’a qarşı dərin bir qorxu duyur və bütün həyatını Onu razı etməyə çalışaraq keçirir. Bir ayədə möminlərlə əlaqədar olaraq belə buyurulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah’ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) “Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! (Ali-İmran surəsi, 191) Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah’dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! OnlarAllah’ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 73-74)