Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Qəhhar

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Qəhr edən, hər şeyə istədiyini edəcək surətdə qalib və hakim olan O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) tək olan, qalib gələn Allah’ın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48) Allah insanların çətinliklərini aradan qaldırma gücünə və onların ürəklərinə fərahlıq verməyə necə qadir isə onları böyük bir əzabla qəhr etməyə də qadirdir. Quranda Allah’ın Öz qatından göndərdiyi əzablarla həlak olmuş qövmlərdən nümunələr verilir. Bu insanlar haqq dindən üz çevirdikləri və Allah’a baş qaldırdıqları üçün səhər vaxtı heç şüurunda belə olmadan böyük bir fəlakətlə yox edilmişlər. Allah inkar edən qövmlərin üzərinə evlərini yerlə bir edən qasırğalar göndərmiş, palçıqdan daşlar yağdırmışdır. Xəbərdar etdiyi insanların yaşadıqları şəhərləri yerlə-yeksan edən leysanlar yağdırmışdır. Torpağın altını üstünə çevirən zəlzələləri üstlərinə göndərmiş, yalnız bir səslə hamısını yerin dibinə keçirmişdir. Açıq-aydın göründüyü kimi, Allah’ın bir insanı qəhr etməsi heç nə ilə müqayisə edilə bilməz. Lakin bütün bu saydıqlarımız Allah’ın dünya həyatında insanlara verdiyi əzablardır və onları etdiklərindən ötəri dünyada yaşayarkən qəhr etməsidir. Amma insanın əsl əzabla qəhr edilməsi cəhənnəmdədir. Allah’ın sonsuz rəhmətinə qarşılıq olaraq Onun qədrini təqdir edə bilməyən və nankorluq edən insanlar axirətdə cəhənnəm əzabı ilə qarşılaşacaqlar. Dünyada işlədikləri günahların tam qarşılığı axirətdə özlərinə veriləcək. Allah inkarçıları cəhənnəmə atmaqla daha əvvəl heç qarşılaşmadıqları əzabla cəzalandıracaq, cəhənnəm odu ilə yanan dəriləriniyeniləri ilə dəyişdirəcək və onların üzərinə oddan divarlar hörəcək. Belə ki, insanın dünyada çəkdiyi əzablar cəhənnəmdə qarşılaşdıqlarının yanında çox yüngül olacaq. Necə ki, Quranda cəhənnəmə girən insanların Allah’dan özlərini öldürməsi və əzabdan qurtarması üçün yalvardıqları xəbər verilir.

Allah dünya həyatında Özündən üz çevirənləri cəhənnəmdə sonsuz gücü ilə qəhr edəcək. Allah’ın bu vədi ayələrdə belə xəbər verilir: O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, müdrikdir, xəbərdardır. (Ənam surəsi, 18) De: “Göylərin və yerin Rəbbi kimdir?” De: “Allah’dır!” De: “Siz Onu qoyub özlərinə nə bir fayda, nə də bir zərər verməyə qadir olmayanlarımı özünüzə dost tutursunuz?” De: “Korla görən eyni ola bilərmi? Yaxud zülmətlə nur eyni ola bilərmi?” Yoxsa onlar Allah’a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: “Hər şeyi yaradan Allah’dır. O, təkdir, qalib gələndir”. (Rəd surəsi, O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah’dan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah’a!” (Mömin surəsi, 16) Allah qəhr edici sifətini inkara davam edən və axirətə qədər iman etməyən kəslərə yönəldir. Yoxsa Allah bütün qullarına qarşı sonsuz bağışlayıcı və mərhəmətli olandır. Səmimi şəkildə tövbə etdikdə Allah qullarının bütün günahlarını bağışlayır. İman edən qullarına dünya və axirətdə yardım edir, onları rəhməti ilə dəstəkləyir. Allah Quranda səmimi qullarına əzab vermədiyini və möminlərin üzərindəki ehsanını belə bildirir:

Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükürə qiymət verəndir, biləndir!

Nisa surəsi, 147