Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Rəzzaq

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Ruzi verən, insanların faydalanması üçün nemətlərini verən Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir.

(Zariyat surəsi, 58)

Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot bitir.

İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də, heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir bulağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə: “Niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?” -deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz. Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayılması mümkün olmayacaq qədər çox nemətlə dolu olan torpaqlarda yaşadır. Belə ki, insan torpağı əkib-becərmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxır. Gömgöy dənizlərdə isə minlərlə növ və ləzzətdə balıqlar var. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların qarnından tərtəmiz süd çıxarır, arılara bal hazırladır... Bütün bunları insanlara Allah bağışlayır.

“Ya da O, Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?“ (Mülk surəsi, 21) ayəsində bildirildiyi kimi, Allah diləyərsə, torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraqlıq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:

Ey insanlar! Allah’ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah’dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də döndərilirsiniz!

Fatir surəsi, 3

Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayır. Cənnətdə isə möminlər üçün daha gözəli var. Belə ki, Quranda “Etdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir“ (Səcdə surəsi, 17) şəklində buyurularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir. Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanı, zəqqum ağacı və qaynar su ilə qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç nə tapa bilməyəcəklər. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün!

Sonra əzab vermək üçün başına qaynar su tökün!

Duxan surəsi, 43-49

Ayələrdə belə xəbər verilir:

De: “Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?” Onlar deyəcəklər:

“Allah!” De: “Bəs qorxmursunuz?”

Yunis surəsi, 31

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir.

Nur surəsi, 38