Qaranlıq təhlükə: bağnazlıq: Allah musiqini sevir, qullarına da sevdirmişdir
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Musiqi və rəqs İslamda halal buyurulan cənnət nemətlərindəndir. Musiqini, mahnıları, musiqi alətlərini, gözəl paltarları, zinətləri, rəqsi və gözəl olan hər şeyi yaradan Allahdır. Allah, bunların hamısını insanlara sevdirmiş, ruhu bu gözəlliklərdən zövq alacaq şəkildə yaratmışdır.
Tövratda hz. Davud (ə.s)-ın lira, qaval, sinc və zınqırov sədaları altında nəğmələr oxuyaraq Allahın hüzurunda rəqs etdiyi bildirilir. Hətta hz. Davud (ə.s)-ın bu rəqsinə həsəd aparan insanların olduğu da ifadə edilir. Eynilə bugünkü gündə müsəlman cəmiyyətlərdə halalları haram buyurmağa çalışan insanlar olduğu kimi, o dövrdə də yəhudilər arasında musiqi və rəqsi öz aləmlərində haram buyurmağa çalışan insanların olduğunu Tövratdan öyrənirik. Bu insanlar hz. Davud (ə.s) kimi bir peyğəmbərin tətbiqlərini belə öz aləmlərində tənqid etmişdirlər.
...Bu arada Davud və bütün İsrail xalqı Rəbbin qarşısında lira, çəng, qaval, zınqırov və sinc sədaları altında nəğmələr oxuyaraq var gücləriylə bu hadisəni qeyd edirdilər... (Tevrat, 2. Samuel, 6:5)
Kətan efod geyinmiş Davud Rəbbin qarşısında var gücüylə oynayırdı. Davudla bütün İsrail xalqı, sevinc nərələri çəkərək və boru səsinin sədaları altında Rəbbin sandığını gətirirdilər. Rəbbin sandığı Davud şəhərinə çatanda, Şaulun qızı Mikal pəncərədən baxdı. Rəbbin qarşısında rəqs edən kral Davudu görəndə, ona əhəmiyyət vermədi. (Tevrat, 2. Samuel, 6:14-16)
- Şaulun qızı Mikal hz. Davudun xanımlarındandır Davud ailəsinə xeyir-dua vermək üçün evə qayıtdıqda, Şaulun qızı Mikal onu qarşılamağa çıxdı. Davuda belə dedi: “İsrail kralı bu gün özünə necə də gözəl ad-san qazandırdı! Dəyərsiz biri kimi, qullarının cariyələri qarşısında soyundun”. Davud ona; “atan və bütün nəsli yerinə məni seçən və İsrail xalqına lider təyin edən Rəbbin qarşısında oynadım!” deyə cavab verdi, “bəli, Rəbbin qarşısında oynayacağam. Üstəlik özümü bundan daha da biabır edəcəyəm, heçə sayacağım. Amma dediyin o cariyələr məni şərəfləndirəcəklər”. (Tevrat, 2. Samuel, 6:20-22)
Tanrının sandığını Avinadavın evindən götürüb yeni bir arabaya qoydular. Arabanı Uzzayla Ahyo sürürdü. Bu vaxt Davud və bütün İsrail xalqı, Allahın qarşısında lira, çəng, qaval, sinc və şeypurun sədaları altında nəğmələr oxuyaraq, var gücləriylə bu hadisəni qeyd edirdilər. (Tevrat, 1. Tarihler 13:7-8)
Beləliklə İsraillilər sevinc nərələri çəkərək, boru, şeypur, sinc, çəng və liralar çalaraq Rəbbin Əhd sandığını gətirirdilər. Rəbbin Əhd sandığı Davud şəhərinə çatanda, Şaulun qızı Mikal pəncərədən baxdı. Oynayıb tullanan kral Davudu görəndə, ona içində xor baxdı. (Tevrat, 1. Tarihler 15:28-29)
Göründüyü kimi o dövrdə hz. Davud (ə.s)-ın öz həyat yoldaşı belə hz. Davud (ə.s)ın insanlar arasında əylənərək, sevinc və xoşbəxtlik içində rəqs etməsinə qarşı çıxmış, bunu öz aləmində alçaldıcı hərəkət hesab etmişdir. Halbuki Allah bu əyləncəli mühiti Tövratda tərifləyərək anlatmışdır. Şübhəsiz ki, hz. Davud (ə.s) da Allahın musiqi və rəqs barəsindəki hökmlərinə tabe olaraq ən gözəl rəftar nümayiş etmişdir. Lakin kənardan baxanlar, hz. Davud (ə.s)-ın peyğəmbər olduğuna inana bilməyənlər və öz-özlərinə fanatizm dini yaratmağa çalışanlar onu mühakimə edirlər.
Əvvəlki dövrlərdə peyğəmbərləri bu cür mühakimə etdikləri kimi, hazırkı dövrdə yaşayan gerçək Quran müsəlmanlarını da bu cür mühakimə edirlər. Qurandakı din əvəzinə fanatizmi mənimsəmək onsuz da tarix boyu yaşanmış ən böyük bəlalardan biridir. Qadın, musiqi və rəqs bunun ən çox özünü göstərdiyi məsələlərdir. Halbuki eynilə hz. Davud (ə.s) kimi, Peyğəmbərimiz (s.ə.v) də Allahın bir neməti olan musiqi və rəqsi çox xoşlayırdı. Necə ki, Peyğəmbərimiz (s.ə.v)-in hədislərində rəqs edən səhabələrdən bəhs edilir, hətta Peyğəmbərimiz (s.ə.v)-in oynayan və əylənənləri təşviq edən sözləri var. Quranla üst-üstə düşdükləri üçün aşağıda bir neçə nümunəsini verdiyimiz hədislər böyük ehtimal səhihdir:
Əmir ibn Saddan belə nəql edilmişdir: “Bir toy münasibətiylə Karaza ibn Kab və Əbu Məsud əl-Ənsarinin yanına getdim. Kiçik bir qız uşağı mahnı söyləyirdi. Mən: “Siz Rəsulullah (s.ə.v)-in dostları və Bədir səhabələrindən olduğunuz halda, sizin yanınızda bu (necə) edilə bilər?” dedim. Onlar da mənə: “İstər bizimlə qalar, istəsən də gedərsən. Bizə, toyda əylənməyə icazə verildi” dedilər. (İbn Hacer, Metâlib, II, 54; Cüdey', Ehâdîs-ü Zemmî'l-Gınâ, səh. 50)
Sələmə ibn Əkvadan rəvayət edilmişdir: “Peyğəmbər (s.ə.v)
ilə birlikdə Heybərə getmək üçün yola düşmüşdük. Gecə vaxtı gedirdik. Karvandan olan bir insan - Əmir ibn Əkva şairliyi ilə tanınan biri idi”. “Bizə bildiyin şeylərdən söylə, biz də dinləyək” dedi. Əmir dəvəsindən enərək bu türkünü oxumağa başladı: “Ey Allahım! Sən olmasaydın, biz hidayət çata bilməzdik. / Sədəqə verib, namaz qıla bilməzdik. / Hər şeyimiz sənə fəda olsun, bizi bağışla. / Düşmənlə qarşılaşsaq, ayaqlarımızı sabitləşdir / İçimizə rahatlıq və əmin-amanlıq ver. / Çağrıldıqda gedərik. / Bizi səslədikdə köməyinə çatarıq. “Peyğəmbər (s.ə.v): “Bu sürücü kimdir?” dedi. “Əmir ibn Əkvadır” dedilər. Peyğəmbər (s.ə.v): “Allah onu qorusun” dedi. (Beyhakî, Şuab, 5112)
Aişə (r.ə) belə rəvayət edir: “Rəsulullah (s.ə.v) toylarından birində Ənsar qadınlarına baş çəkdi. Onlar mahnı söyləyirdilər”... (İbni Mace, Nikah: 21, Buhari, Nikah: 48, Megazi:12)
... Muavviz ibn Afranın qızı er-Rubey gəlin olduğu vaxt, toy mərasiminə Peyğəmbərimiz (s.ə.v) də gəlmiş və onun yanında əyləmişdi. Bu əsnada bəzi qızlar, qaval çalıb Bədir günü şəhid olanların yaşadıqlarını mahnı şəklində söyləməyə başlamışdılar... (Buhari, Nikah, 49/1, VII/25, Tirmizi, Nikah, III/399)
Yenə hz. Aişə (r.ə), bir qadını Mədinə camaatından olan bir kişiylə evləndirmişdi. Peyğəmbərimiz (s.ə.v): “Ey Aişə sizin yanınızda qaval çalan, mahnı söyləyən xanəndələriniz yoxdurmu? Çünki Mədinə camaatı oyun və əyləncələri xoşlayır” dedi. (Buhari, Nikah 64/1, VII/28)
Rəsulullah (s.ə.v) Mədinədə bir yerə baş çəkdikdə qaval çalaraq nəğmələr oxuyan gənc qızların belə söylədiklərini eşidir:
“Biz, Bəni Nəccar qızlarıyıq, Məhəmməd nə gözəl (sevimli)
qonşudur”. Rəsulullah (s.ə.v) bunu eşitdikdən sonra; “əlbəttə ki, Allah mənim də sizləri sevdiyimi bilir” dedi. (İbni Mace, Nikah, 21/1899, I/612)