Qaranlıq təhlükə: bağnazlıq: Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Əri arvadını yatağa dəvət etdiyi təqdirdə, o qaçsa və əri həmin gecəni əsəbi halda keçirsə, mələklər həmin qadına səhərə qədər lənət edər. (Sahih-i Buhari, 9/36)
“Bir qadın, ərinin yatağından (haqlı bəhanəsi olmadan, küsərək) ayrılar və (başqa bir yerdə) səhərə qədər qalarsa, səhər açılana qədər mələklər ona lənət oxuyar”. (Nehc-ül Fesaha, səh.
36, Hadis: 187)
Ey qadınlar! Əgər ərlərinizin üzərinizdəki haqqlarını bilsəydiniz, ayaqlarının tozunu üzlərinizlə silərdiniz. (Hafız Zehebi, Büyük Günahlar səh. 187)
Ərinin bədəni irinləmiş olsa və arvadı onu yalayaraq təmizləsə belə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Hacer El Heytemi 2/121, Ahmed b. Hanbel, Müsned, V, 239)
Ərini boşayan qadına cənnət qoxusu haram olar. (Kadınlara Dini Bilgiler, səh. 61)
“Bir qadın, diliylə ərinə əziyyət versə, onu özündən razı salana qədər, Allah onun heç bir tövbəsini, kəffarətini və yaxşı əməlini qəbul etməz; hətta gündüzlərini oruc tutmaqla, gecələrini isə ibadət etməklə keçirsə belə”. (Bihar-ül Envar, cild 103, səh. 244)
“Bir qadın, ərinin haqqını ödəmədiyi müddətcə, Allahın da haqqını ödəmiş olmaz”. (Mekarim-ül Ahlak, səh. 247)
İmam Musa əl-Kazım (ə.s)-a ərini qəzəbləndirən qadın barədə sual verildikdə, belə buyurduğu nəql edilmişdir: “Əri ondan razı olana qədər, günahkar sayılır”. (Kısar-ul Cümel, II cild, səh. 258)
Bu hədisləri ayrı-ayrılıqda ələ almalı olsaq; Ey qadınlar! Əgər ərlərinizin üzərinizdəki haqqlarını bilsəydiniz, ayaqlarının tozunu üzlərinizlə silərdiniz. (Hafız Zehebi Büyük Günahlar səh. 187)
Ərinin bədəni irinləmiş olsa və arvadı onu yalayaraq təmizləsə belə, yenə də ərinin haqqını ödəmiş olmaz. (İbni Hacer El Heytemi 2/121 Ahmed b. Hanbel, Müsned, V, 239)
Yuxarıda yer verdiyimiz bu iki saxta hədisdə, (uca Rəbbimizi, Quranı və İslam dinini tənzih edirik) İslam dininin guya qadını ikinci dərəcəli, ərinin boyunduruğu altında yaşamağa məhkum edilmiş varlıq olaraq göstərdiyi təəssüratı verilir. Bu şeytani məntiqə görə ərinin arvadı üzərində o qədər haqqı vardır ki, arvad ərinin ayaqlarının tozunu üzüylə silsə və ya irinli, murdar dərisini yalasa belə bu borcu ödəyə bilməz. Bu qəribə məntiqə baxmayaraq, heç kim ərin arvad üzərində niyə bu qədər böyük haqqa sahib olduğunu yüz illərdir sorğu-sual etməyə ehtiyacı belə duymamış və kor-koranə bu batil inancın kökləşməsinə vəsilə olmuşdur. Belə ki, əksər müsəlman, bu qeyri-sağlam məntiqi məqbul qarşılamışdır.
Bu murdar zehniyyətdə qadınlar; özlərinə olan davranış və əxlaqlarından razı olmasalar da ərlərinə qarşı “qadınlıq vəzifəsi” deyilən cahil məntiqə tabe olmağa məcbur edilmişdirlər. Bunun əksini etdikdə alçaldılmış və pis rəftarla qarşılaşmışdırlar, əllərindəki bir ovuc haqq da məhdudlaşdırılmışdır. Beləliklə guya ikinci dərəcəli, gücsüz, tapdalanmağa məhkum varlıqlar olduqları inancı onlara zorla qəbul etdirilmiş və bu zehniyyət İslam cəmiyyətlərində kökləşmişdir.
Əsrlər boyu heç kəs; “Quranda belə bir anlayış, belə bir inanc yoxdur. Qadınlar və kişilər bərabərdir. Allah qadınlara Quranda çox geniş hüquqlar və azadlıqlar verir” deyə bilməmişdir. Əksinə mövhumatçı zehniyyət əsrlərdir ki; “din belə əmr edir, bunu etməyəni Allah və mələkləri lənətləyər, günahkar olar, Allahın rizasını qazana bilməz, cənnətinə girə bilməz...” kimi Allah və din adından söylədikləri bu cür yalanlarla bəzi cahil müsəlmanları Qurandan kənar tətbiqləri icra etməyə məcbur etmişdirlər. Əksər müsəlman qadının şəxsiyyəti, fanatik zehniyyətin təlimləriylə öyrədilmiş ərləri tərəfindən əzilib, yox edilmişdir. Çünki fanatiklərin dininə görə qadın, əri nə istəsə ona itaət etmək məcburiyyətindədir. Qadınların böyük hissəsinin oxumasına, işləməsinə, ictimai həyata daxil olmasına hətta şüşədən belə baxmasına icazə verilmir. Dolayısilə maddi və mənəvi cəhətdən ərlərindən asılı hala gətirildiklərindən, (cəmiyyətin bu təbəqəsində hakim olmuş adət və ənənələr də bu fanatik zehniyyəti dəstəklədiklərindən) qadınların özlərini bu təzyiqdən xilas etmələri demək olar ki, qeyri-mümkün olur.
Burada belə bir sual vermək lazımdır: Məgər fanatik cəmiyyətlərdə kişilər hansı xüsusiyyətlərindən ötrü bu qədər üstündürlər ki, qadınlar qətiyyən onların haqqını ödəyə bilmirlər? Qurana əsasən üstünlük yalnız təqvaya görədir və bunun da qarşılığı Allahdan gözlənilər. Bir kişinin qadın üzərində necə bir haqqı ola bilər ki, üzərindəki murdar irini yalasa belə, qadın bu haqqı ödəyə bilməz? Onu bu qədər haqqı ödənilməz hala gətirən kimdir və nədir? Ona bu üstünlüyü təqvasından başqa hansı xüsusiyyəti verə bilər? Allah ona belə bir imtiyaz verməmişdir, dolayısilə bu imtiyaz Quranda da yoxdur. O zaman bu haqqı haradan qazanmışdır? Dindar və ya dinsiz, müşrik və ya münafiq, günahkar və ya zalım olmasından asılı olmayaraq istisnasız “hər bir ər” nəyin əsasında bu pilləyə yüksəlmişdir?
Onları bu saxta pilləyə yüksəldən, fanatik zehniyyətin İslama daxil etdiyi qeyd olunan saxta hədislərdir. Onlar, Quranda olmayan, Allahın lənətlədiyi bu zehniyyəti, din adından yaymış və tətbiq etdirmişdirlər. Hal-hazırda əksər İslam cəmiyyəti, hətta bu İslam cəmiyyətlərində bu təlqinlə yetişmiş qadınlar belə, yalnız bu zehniyyəti qəbul edirlər. Fanatik dininin dünyaya gətirdiyi ən böyük bəlalardan biri də budur.