Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müyəssir

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Xeyirdə və şərdə qulunun yolunu asanlaşdıran, dində asanlıq verən, heç kimə gücünün çatmayacağı yükü yükləməyən ... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, (istəyir ki,) siz müddəti tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə, şükür edəsiniz. (Bəqərə surəsi, 185) Allah insanları daim asan olana yönəldir. Qulları üçün seçib-bəyəndiyi İslam dininin təməlində də həmişə bu asanlıq var. Quranda dinin asanlığı belə bildirilir:

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı...

Həcc surəsi, 78

Quran nəsihət almaq istəyənlər üçün asanlaşdırılıb. İçindəki hökmlər insan həyatında həmişə asanlıq yaradacaq şəkildədir. Məsələn, Allah kor, topal, ya da xəstə olana məsuliyyət yükləməmiş, xüsusilə müharibənin qızışdığı anlarda, səfərdə, aclıqda, çətin şərtlərdə qullarına asanlıq yaradacaq yollar göstərmiş, insanları günahları hər nə olursa-olsun etdikləri səmimi tövbə ilə bağışlayacağını söyləmişdir. Ayədə belə buyurulur:

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

Qəmər surəsi, 17

Bundan başqa, möminlərin hər cür müvəffəqiyyət qazanmasının asanlığına da “Səni ən asan olana müvəffəq edərik“ (Əla surəsi, 8) ayəsi ilə diqqət çəkmişdir. İnsanın hiss etdiyi, ya da gözü ilə gördüyü bütün asanlıqlar Allah’dandır. Bütün bu asanlıqlar Allah’ın şanındandır. O, mərhəmətlilərin ən mərhəmətlisidir və qulları üzərinə ağır yük yükləməyəndir. Allah sizin üçün yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır. (Nisa surəsi, 28)

Allah insanı yaratdığı kimi, onun hansı şeylərə gücünün çatıbçatmayacağını da bilir. Buna görə, qullarının heç bir işində çətinliyə razı olmaz. Allah Quranda “... Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir...” (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər verir. Əksinə, Allah qullarının üzərindəki yükü qaldırır. Onlara ən çətin şərtlərdə belə mütləq bir asanlıq verir. Hər çətinlikdən çıxış yolu göstərir. Bu nemətini qullarına Quranda belə xatırladır: Məgər Biz sənin üçün köksünü açmadıqmı? Yükünü səndən götürmədikmi? (Onlar) belini bükürdü. Biz adını sənə görə ucaltmadıqmı? Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir. (İşlərini) qurtaran kimi çalış! Rəbbinə üz tut! (İnşirah surəsi, 1-6) Allah mömin qullarına razılığına və rəhmətinə çatmağın yollarını asanlaşdırarkən, inkarçılar üçün də əxlaqlarına uyğun layiq olduqları şəkildə əzabın asanlaşdırılacağını xəbər verir:

Kim də xəsislik edərək ehtiyacı olmadığını güman edirsə və ən gözəl olanı yalan hesab edirsə, Biz onun üstünə ən çətin olanı yükləyəcəyik.

Leyl surəsi, 8-10

...Ölçüyə və çəkiyə ədalətlə tam riayət edin. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyərik. Söz söylədiyiniz zaman, qohumunuz olsa belə, ədalətli olun. Allah qarşısındakı əhdə sadiq qalın. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb ibrət alasınız.

Ənam surəsi, 152