Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müstəan

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Özünə ehtiyac olunan və Özündən kömək gözlənilən (Peyğəmbər) dedi: “Ey Rəbbim! ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”. (Ənbiya surəsi, 112) İnsanın sadəcə tək və çarəsiz qaldığı zaman deyil, rahat olduğu vaxtlarda da Allah’ın varlığını, gücünün böyüklüyünü hiss edərək dua etməyə ehtiyacı var. Başqa sözlə, yaradılmış olan insanın duaya möhtac olmadığı bir an belə yoxdur. Çünki Allah diləmədikcə insanın heç nəyə gücü çatmır. İnsan çox böyük acizlik içində yaradılmışdır. İnsan ancaq Allah’ın lütfü və rəhməti sayəsində yaşaya bilər. Allah isə yalnız Özünə sığınılan, ehtiyac olunan İlahdır. Özündən kömək gözlənilən, mədət umulan da yalnız Odur. Ondan başqa heç kimin nəinki başqasına, öz nəfsinə belə kömək etməyə gücü yoxdur. Allah dilədiyini dilədiyi şəkildə istiqamətləndirməyə, dəyişdirməyə qadirdir. Onun: “Ol”, - deməsi ilə hər dilədiyi olur.

Qullarına ruzi verən, göydən suyu endirən, nemətlər bağışlayan, xəstələndiyi zaman şəfa verən, güldürən, ağladan, ucaldan, önə keçirən, göydən yerə qədər bütün işləri idarə edən yalnız Allah’dır. Rəbbimiz nemətlərini geri alarsa, ya da bir müsibət diləyərsə, insanı bundan qoruyacaq heç kim yoxdur, ya da bir xeyir diləyərsə, bunun da qarşısını ala biləcək heç kim yoxdur. Özünə ehtiyac olunan və kömək umulan da yalnız Odur. Xeyir Onun əlindədir. Yalnız insanlar deyil, bütün kainat Allah’a sığınır, Ondan kömək diləyir. Allah Özündən başqa kömək dilənəcək heç kimin olmadığını birçox ayədə bildirib. Ayələrdə belə buyurulur:

Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri şərik qoşurlar? (Bütlər) nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da, sizin üçün fərqi yoxdur. Allah’dan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De: “Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin! Həqiqətən, mənim himayədarım kitabı nazil edən Allah’dır. O, əməlisalehlərə himayəçilik edir. Ondan savayı çağırdıqlarınız nə sizə yardım edə bilər, nə də özlərinə köməkçi ola bilərlər”. Siz onları doğru yola çağırsanız, eşitməzlər. Onları sənə baxan görürsən, halbuki, onlar görmürlər. (Əraf surəsi, 191-198)

O kəslər ki, haqsız yerə, ancaq:

“Rəbbimiz Allah’dır”, - dediklərinə görə yurdlarından çıxarıldılar. Əgər Allah insanların bir qismini digər qismi ilə dəf etməsəydi, sözsüz ki, içərisində Allah’ın adı çox zikr olunan sovməələr, kilsələr, məbədlər və məscidlər dağılıb gedərdi. Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!

Həcc surəsi, 40