Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mübəyyin

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Açıqlayan Allah Öz ayələrini sizə belə bəyan edir ki, bəlkə başa düşəsiniz. (Bəqərə surəsi, 242) İnsan niyə yaradıldığını, nə etməli olduğunu və öldükdən sonra nə ilə qarşılaşacağını sadəcə Allah özünə açıqladığı üçün bilir. Yoxsa insan Allah’ın endirdiyi kitablar, göndərdiyi elçilər və onlar vasitəsi ilə açıqlanan məlumatlar olmasa, çox çarəsiz, aciz və qorxu içində yaşamaq məcburiyyətində qalardı. Halbuki, qullarına qarşı çox şəfqətli və mərhəmətli olan Allah bütün sualların cavabını insanlara göndərdiyi kitabı ilə açıqlamış və onları qarşılaşacaqları çarəsizliklərdən qurtarmışdır. Bütün bunlar möminlərə şövq verir. Necə ki, Allah’ın həm elçilər, həm də endirdiyi kitablar vasitəsi ilə göstərdiyi yollar, qadağan etdiyi və ya tövsiyə etdiyi şeylər, etdiyi xəbərdarlıqlar, diqqət çəkdiyi bütün mövzular yalnız insanların qurtuluşu və Allah’ın hüzurunda sevinərək hesab vermələri üçündür. Qulları üçün dünyada və axirətdə zülm istəməyən uca Allah onların sonsuz əzabdan qurtarmasına vəsilə olan bütün çıxış yollarını detallı olaraq təsvir etmiş, insanın yerinə yetirməli olduğu hər mövzunu açıqlamışdır. Bundan başqa, özlərindən əvvəlkilərin səhvlərini təkrarlamamaqları üçün insanlara keçmiş qövmlərdən də nümunələr vermiş və doğru yolu tapmaları üçün peyğəmbərlərin həyatlarından nümunələr çəkmişdir. Belə ki, insanların bilməsinin mümkün olmayacağı və sonsuza qədər də öyrənə bilməyəcəkləri bəzi hadisələri də Allah kitabında xəbər vermişdir. Məsələn, heç kim hz. Musanın müqəddəs vadi olan Tuvada Allah’la olan danışmasına şahid olmayıb və bu gün heç bir insan tarixi məlumatla bu hadisəni öyrənmə imkanına sahib deyil. Amma Allah Quranda bizlərə bu söhbətlə əlaqədar bəzi detalları açıqlamışdır. Beləliklə, əsrlərlə bundan əvvəl Rəbbimizin qarşısında tək olduğu anda hz. Musaya deyilən sözlər qiyamətə qədər yaşayacaq hər insana hər kəlməsi ilə çatıb. Bunu xəbər verən ayələrdə belə buyurulur:

Biz Musaya əmri yerinə yetirməyi tapşırdıqda sən qərb tərəfində deyildin. Sən şahid olanlardan da deyildin. Lakin Biz neçə-neçə nəsillər yaratdıq və onlar uzun ömür sürdülər. Sən Mədyən sakinləri arasında olub ayələrimizi onlara oxumurdun. Lakin elçiləri Biz göndəririk. Biz çağırdığımız zaman da sən dağın yanında deyildin...

Qəsəs surəsi, 44-46

İnsanların Allah’ın kitabından əlavə heç bir məlumat əldə edə bilməyəcəkləri mövzulardan biri də axirət həyatıdır. Ölümdən sonra həyat olduğu, dünyada keçən müddətin isə yalnız bu həyata hazırlıq mərhələsi olduğu Quranda xəbər verilir. Əks halda, insanlar yalnız dünyaya aid məlumatlarla kifayətlənmək məcburiyyətində qalar və ölümdən sonra nə olacağı ilə əlaqədar ən kiçik bir fikirləri belə olmazdı. Bunlar Allah’ın qullarına açıqladığı mövzulardan yalnız bir neçəsidir. Rəbbimiz Quran vasitəsilə insanlara ehtiyacları olan hər şeyi açıqlamışdır. Ayədə belə buyurulur:

... (Bu Quran) uydurulmuş bir kəlam deyildir. Ancaq özündən əvvəlkiləri təsdiqləyən və hər şeyi müfəssəl izah edəndir; iman gətirən bir camaat üçün hidayət və mərhəmətdir.

Yusif surəsi, 111

Şübhəsiz, Allah’ın bizə açıqladıqlarından başqa bizim heç bir məlumatımız yoxdur.