Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müntəqim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

İntiqam alan, günahkarları layiq olduqları cəza ilə cəzalandıran Onlar Bizi qəzəbləndirdikdə onlardan intiqam alıb hamısını (dənizdə) batırdıq.

Zuxruf surəsi, 55

Allah bütün cəmiyyətləri şirk və degenerasiyadan xilas etmək üçün seçdiyi elçiləri ilə xəbərdar edir. Həmin cəmiyyətlər bu xəbərdarlıqları dinləmədikdə və hətta azğınlıqlarını daha da artırdıqda Allah intiqam alır. Allah’ın intiqamı isə, əlbəttə, insanlarınkına bənzəmir: Kafirlərə belə xitab olunacaq:

“Siz imana dəvət olunarkən küfrünüzdə israr etdiyiniz zaman Allah’ın sizə olan nifrəti sizin özünüzə olan nifrətinizdən daha böyük idi”.

Mömin surəsi, 10

Allah xəbərdar edilən və gerçəyi öyrənən insanlardan çox vaxt dərhal intiqam almır. Onlara iman etmələri və günahlarından təmizlənmələri üçün müəyyən bir müddət verir. Halbuki, insanların çoxu özlərinə verilən bu müddəti əleyhlərində istifadə etməklə daha azır və üsyan edirlər. Beləliklə də əzab onlara haqq olur. Allah ayədə belə buyurur:

Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay! Bəlkə, insan özbaşına qoyulacağını güman edir?

Qiyamət surəsi, 34-36

Şübhəsiz, insanın Rəbbimizi inkar etməsi, üsyan etməsi, nankorluq etməsi və bu davranışlarını davam etdirməsi ən böyük günahlardandır. Məhz burada Allah inkarçılardan intiqam alaraq daha əvvəl heç qarşılaşmadıqları əzablarla onları tanış edir. Çünki buna layiqdirlər. Allah bir ayəsində intiqam alan olduğunu belə bildirir: (Kafirləri) böyük bir müsibətlə yaxalayacağımız gün Biz intiqam alacağıq. (Duxan surəsi, 16) Bununla yanaşı, Allah Quranın bir çox ayəsində Rəhman və Rəhim sifətlərini və insanlara qarşı sonsuz əsirgəyici olduğunu göstərir. İnkarçıların axirətdə qarşılaşacaqları bu əzab yalnız inkara davam etmələrinə görədir. Allah bunu Quran ayələrində insanlara xatırladır və qullarına əzab və zülm etmədiyini bildirir:

Bu sizin öz əllərinizlə qazandığınız günahlara görədir. Yoxsa Allah bəndələrinə əsla zülm edən deyildir! (Ənfal surəsi, 51) ...Bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz! (Ənfal surəsi, 33)

Budur Allah’ın ayələri! Biz onları sənə olduğu kimi oxuyuruq. Allah aləmlərə zülm etmək istəməz.

Ali-İmran surəsi, 108

Bağışlayıcı olan Rəbbimiz bütün qullarını doğruya yönləndirmək və üzərilərindəki neməti tamamlamaq istədiyini isə ayələrdə belə bildirir:

Allah sizə bildirmək, sizdən əvvəlkilərin getdiyi yolları sizə göstərmək və tövbələrinizi qəbul etmək istər. Allah biləndir, hikmət sahibidir!

Nisa surəsi, 26

... Allah sizi çətinliyə salmaq istəməz, lakin O, sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!

Maidə surəsi, 6