Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Mühsi

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Sonsuz da olsa, hər şeyin sayını bilən (Allah) onları hesablamış və bir-bir saymışdır.

Məryəm surəsi, 94

“O, yaratdığını bilməzmi?” (Mülk surəsi, 14) ayəsində bildirildiyi kimi, Allah kainatda yaratdığı hər şeyi ən incə detalına qədər bilir, bütün canlılara hakimdir. Çünki onların hər birini rənglərinə, formalarına, görünüşlərinə, xüsusiyyətlərinə qədər Allah yaratmışdır.

Yaratdığı canlı və cansız varlıqların sayını da dəqiq təyin edib. Şübhəsiz, bu, insanın əsla sahib ola bilməyəcəyi, gücü çatmayacağı bir elmdir və yalnız aləmlərin Rəbbi olan Allah’a məxsusdur.

Allah kosmosun dərinliklərində neçə ədəd planet və neçə ədəd meteorit olduğunu, ulduzların sayını, atomun nüvəsinin ətrafında dönən elektronların sayını bilir. Dünyada olan ağacların hamısında neçə yarpaq olduğunu və hər yarpaqda nə qədər atom olduğunu da bilir.

Allah yerin daxilində və səthində nə qədər qum dənəciyinin olduğunu, yağan yağış damcılarının, dünyadakı bütün dənizlərin dibində yaşayan balıqların sayını bilir. Yer üzündə neçə milyard bitki və heyvan növünün olduğunu da dəqiqliklə yenə Özü bilir. Yer üzündə hz. Adəmdən bəri yaşayan, bu an yaşayan və qiyamətə qədər də yaşayacaq insanların sayını da yalnız Allah bilir... Allah insanların bütün işlərini və düşündüklərini əskiksiz bilir və din günündə bunları onlara xəbər verəcək. Edilən hər əməl, ən kiçik detallar belə əskik qalmadan din günündə ortaya gətirilir. Allah bu həqiqəti bir ayədə belə xəbər verir:

O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir.

Mücadilə surəsi, 6