Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Müəzzib

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Əzablandıran O gün heç kəs Onun verdiyi əzab (kimi) əzab verə bilməz və heç kəs Onun buxovladığı (kimi) buxovlaya bilməz.

(Fəcr surəsi, 25-26)

Ətraflarındakı bütün dəlillərə baxmayaraq, Allah’a iman etməyən, Onun böyüklüyünü, qüdrətini tanımamaq üçün müqavimət göstərən insanlar, şübhəsiz, böyük bir əzaba da layiqdirlər. Çünki Allah insanı yaratmış, yer üzünə yerləşdirmiş və orada ehtiyacı olan hər şeyi özünə vermişdir. Ancaq Allah’ın verdiyi bütün bu nemətlərə baxmayaraq, bəzi insanlar inkar edirlər. Hətta bir qismi azğınlıqla Allah’a iman edən möminlərə kin bəsləyir, Allah’ın dininə maneə törətməyə çalışırlar. Əlbəttə, Allah bu insanlara layiq olduqları qarşılığı dünyada da, axirətdə də verəcək. Allah dünyadakı hökmünü elçiləri vasitəsilə yerinə yetirir. Buna görə, inkar edənlərə daddırdığı dünya əzabının bir qismi də elçilərinin vasitəsi ilə olmuşdur. Allah elçiləri vasitəsi ilə inkarçıların öncüllərini əzablandırdığını ayələrində belə bildirir:

Əgər münafiqlər, qəlblərində mərəz olanlar və Mədinədə qəsdən yalan şayiələr yayanlar (bu pis əməllərinə) son qoymasalar, şübhəsiz ki, səni onların üstünə qaldırarıq. Sonra onlar səninlə ancaq az bir müddət orada qonşu ola bilərlər.

Əhzab surəsi, 60

Allah’ın öncə gəlib-getmişlər haqqında qayda-qanunu belədir.

Sən Allah’ın qoyduğu qayda-qanunda əsla dəyişiklik görməzsən!

Əhzab surəsi, 62

İnkarçıların axirətdə qarşılaşacaqları əzab isə sonsuza qədər davam edəcək qorxunc bir əzabdır. Allah orada insanı həm fiziki, həm də psixoloji cəhətdən əzablandıracaq çox müxtəlif üsullar yaradıb.

Çünki Allah yaratdığı qullarının zəifliklərini ən yaxşı biləndir və bu zəifliklərə görə ən çox əzabı da yenə Allah verəcək. Müəzzib olan Allah axirətdə inkarçılara verəcəyi əzabı Quranda bir çox ayə ilə bildirmişdir. Ayələrdə belə buyurulur: Fasiqlərə gəldikdə isə onların sığınacağı yer od olacaqdır.

Hər dəfə onlar oradan çıxmaq istədikdə yenidən ora qaytarılacaq və onlara: “Yalan saydığınız odun əzabını dadın!”– deyiləcəkdir. Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar.

(Səcdə surəsi, 20-21)

Qullarıma xəbər ver ki, Mən bağışlayanam, rəhmliyəm. Əzabım isə üzücü əzabdır. (Hicr surəsi, 49-50) Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi. (Nəhl surəsi, 26)

Ancaq unutmaq olmaz ki, Allah dünya həyatında insan üçün saysız-hesabsız fürsətlər yaradır. Hər insanın ölənə qədər tövbə etmə, Allah’ın rəhmətinə sığınma imkanı vardır. Belə bir vəziyyətdə həyatı boyu nə qədər xəta etmiş olsa da, insan Allah’ın diləməsi ilə Rəbbimizi çox əsirgəyən və çox bağışlayan görər. Allah səmimi tövbə edənləri Quranda sonsuz rəhməti ilə belə müjdələyir:

Lakin hər kəs gördüyü haqsız işdən sonra tövbə edib özünü düzəltsə, Allah onun tövbəsini qəbul edər. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!

Maidə surəsi, 39

Şübhəsiz ki, Mən həm də tövbə edib iman gətirəni yaxşı işlər görüb, sonra da doğru yolu tutanı çox bağışlayanam!

Taha surəsi, 82