Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Hayy

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Diri, hər şeyi bilən və hər şeyə gücü çatan O, Hayy olandır. Ondan başqa ilah yoxdur; elə isə dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbinə həmd olsun.

Mömin surəsi, 65

İnsan acizdir və çox az şeyə gücü çatır. Dünyaya gəldiyi andan etibarən həyatının 5-10 ili yarı şüurlu halda keçir. Bu dövr ərzində qulluğa möhtacdır. Bundan sonra yaşadığı həyatın isə böyük bir hissəsi öz bədəninə baxmaqla, təmizlənməklə keçir. Əgər bu sayılanları etmək istəməzsə və təxirə salasa, qısa müddət ərzində pis vəziyyətə düşür.

Bundan başqa, insanın bədənlə əlaqədar ehtiyacı olan böyük bir qüsuru daha var: yuxu. İnsan ömrünün hardasa üçdə biri yuxuda keçir. Yuxuya ayıracağı zamanlarda başqa nə isə etmək istəsə belə, buna bir-iki gündən çox dözə bilmir. Hətta 24 saat yatmayan insanın şüurunda bulanıqlıq, idrakında yavaşlama görünür. Həmişə təbii olaraq etdiyi işləri görə bilmir, qarşılaşdığı hadisələri sağlam mühakimə edə bilmir, hətta danışmaqda çətinlik çəkməyə, bildiyi şeyləri unutmağa başlayır.

Əlbəttə, insan və insan kimi yaradılmış olan digər bütün canlılar aciz varlıqlardır. Canlı və cansız bütün kainatın Yaradıcısı olan Allah isə Hayydır. Daim diridir, hər an hər şeyə hakimdir, hər şeyi bilir, hər şeyə güc yetirir, Onu yuxu və mürgüləmə tutmur, hər cür acizlikdən də münəzzəhdir. O, yaratdıqlarına müxtəlif acizliklər vermiş və bu əskiklikləri bilib yalnız Özünə qulluq etmələrini, hər şeyi Özündən istəmələrini əmr etmişdir. İnsana düşən də Allah diləmədikcə heç bir şeyə güc çatdıra bilməyəcəyini, tək bir saniyə belə həyatını davam etdirə bilməyəcəyini bilərək Rəbbimizə yönəlib dönməsidir. Allah’ın Hayy sifətinin xəbər verildiyi ayələrdən bəziləri bunlardır:

Allah... Ondan başqa ilah yoxdur. Diridir, Qəyyumdur.

Ali-İmran surəsi, 2

Sən əsla ölməyən və daim diri olan (Allah’a) təvəkkül et və Onu həmd ilə təsbeh et. Qullarının günahlarından Onun xəbərdar olması yetər. (Furqan surəsi, 58) (O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar. (Taha surəsi, 111) Allah, Ondan başqa ilah yoxdur, (əbədi) yaşayandır, (bütün yaratdıqlarının) Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, (məxluqatın) gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, ucadır, uludur. (Bəqərə surəsi, 255)

Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır.

Qaf surəsi, 43-44