Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Hasib

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Haqq-hesab çəkən Onlar Allah’ın risalətini təbliğ edir, Ondan qorxur və Allah’dan başqa heç kəsdən qorxmurdular. Allah Özü haqq-hesab çəkməyə kifayətdir.

Əhzab surəsi, 39

Allah insanı yaradır və hələ o, ana bətnində ikən ona surət verir. Hər insanı diqqətlə və tam fərqli bir yaradılışla dünyaya gətirir. Daha heç bir şeyin şüurunda deyil ikən onu qoruyur, bəslənməsini və inkişafını təmin edir. Ana bətnində keçən doqquz aylıq müddət insan üçün qaranlıq bir dövrdür. Heç kim bu dövrü və doqquz ay içində Allah’ın özü üçün necə inanılmaz möcüzələr reallaşdırdığını bilmir. Lakin Allah insan tək bir hüceyrə ikən belə onun ilk halına şahiddir. Uşaqlıq dövrü də eyni şəkildədir. İnsanın yaddaşında uşaqlığı ilə əlaqədar yalnız bir neçə xatirə qalır. Amma Allah o bilməzkən belə hər an yanındadır, hər etdiyinə şahiddir.

Allah’ın şahid olduğu yalnız insanın əməl olaraq etdikləri deyil, həm də içindən keçirdikləridir. Çünki Allah insanın həm içinə, həm xaricinə, qısaca, ruhuna tamamilə hakimdir. O, nəfsini müdafiə edərək nəyi nə üçün etdiyini bilməzkən belə Allah onun hər hərəkətini nə məqsədlə etdiyini bilir. İnsan tək bir hüceyrə halında ikən də, ölmək üzrə son nəfəsini verərkən də Allah onun etdiklərinə şahiddir. Dünyada yaşadığı vaxt ərzində oturarkən, danışarkən, yemək yeyərkən, yatarkən, gecə-gündüz hər saniyə etdiklərini bütün detalları ilə bilir, ağzından çıxanı eşidir, ağlından keçirdiyi hər düşüncəni bilir. Heç bir şey Ondan gizli qalmır.

Halbuki, insan həyatı boyu etdiyi işləri, söylədiyi sözləri unudur.İllər keçdikcə zehnindəki xatirələr pozulur. Keçmişdə yaşadıqlarını saymağa çalışdıqda çox az şey saya bilər. On il əvvəl yaşadığı bir hadisə özünə xatırladılıb o an nə düşündüyü soruşularsa, heç bir şey xatırlaya bilməz. Sanki bütün yaşadıqları zehnindən silinmişdir, geriyə çox az bir qalıq qalmışdır. Allah isə bütün insanların həyatları boyunca etdiklərini, hər saniyə ağıllarından nələr keçdiyini bilir. Hesab günü hər kəsin önünə pisliklərini, yaxşılıqlarını, saleh əməllərini və günahlarını əskiksiz gətirəcəkdir. Buna görə, insan Allah’ın özünə şahid olduğunu əsla unutmamalıdır. Allah’ın Hasib sifəti ayələrdə belə xəbər verilir:

Biri sizinlə salamlaşdığı zaman siz onun salamını daha böyük ehtiramla alın və ya qaytarın! Həqiqətən, Allah hər şeyin haqq-hesabını çəkəndir.

Nisa surəsi, 86

Yetimləri yetkinlik yaşına çatana qədər imtahana çəkin. Əgər onların həddi-buluğa çatdıqlarını görsəniz, mallarını özlərinə qaytarın. Onlar böyüyüb (mallarını məndən alacaqlar) deyə o malı israfçılıqla, tələm-tələsik yeməyin. Varlı olan nəfsini saxlasın, yoxsul olan isə o (maldan ) insafla yesin. (Yetimlərin) mallarını özlərinə qaytardığınız zaman onlara şahidlər tutun. Haqq-hesab çəkməyə Allah yetər.

Nisa surəsi, 6

Ən yüksək dərəcələrin və ərşin sahibi Odur. O, Öz əmri ilə vəhyi qullarından istədiyinə nazil edir ki, o, (insanları) görüş günü ilə qorxutsun. O gün (insanlar) (yer üzünə) çıxacaq və onların heç bir şeyi Allah’dan gizli qalmayacaqdır. (Allah deyəcək:) “Bu gün hökm kimə məxsusdur? Tək olan, qalib gələn Allah’a!” Bu gün hər kəsə qazandığının əvəzi veriləcəkdir. Bu gün haqsızlıq olmaz. Şübhəsiz ki, Allah tez haqq-hesab çəkəndir. (Mömin (Ğafir) surəsi, 15-17)