Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Faliq

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Yaran (qaranlığı yarıb səhəri çıxaran, toxumu yaran)

Şübhəsiz ki, toxumu da, çəyirdəyi də cücərdib çatladan, ölüdən diri, diridən də ölü çıxardan Allah’dır. Budur Allah!

Axı siz Ondan nə cür döndərilirsiniz? Səhəri yarıb çıxaran, gecəni bir istirahət vaxtı, günəşi və ayı bir ölçü vasitəsi edən də Odur. Bunlar yenilməz qüvvət sahibi, bilən Allah’ın təqdiridir.

Ənam surəsi, 95-96

Yer üzərində müxtəlif bitki növləri yetişir. Bunların hər birinin toxumu bir-birindən fərqlidir. Quru toxumları götürüb otaqda saxlasanız, illərlə eyni şəkildə qaldıqlarını görəcəksiniz. Amma bu toxumlar torpağın altına və ya uyğun bir mühitə düşdükdə birdən yarılaraq cücərməyə başlayırlar. Müəyyən bir müddətdən sonra baxanda görəcəksiniz ki, bu toxumdan nəhəng bir ağac əmələ gəlib. Şübhəsiz, quru toxumdan fərqli növlərdə bitkilərin yetişməsi, ən əhəmiyyətlisi isə canlı orqanizmin meydana gəlməsi son dərəcə heyrətamizdir. Quru toxumdan ağacın meydana gəlməsi üçün toxum torpaqdan lazımi vəsaitləri götürərək cücərməlidir. Toxumun ehtiyacı olan mineralları, su miqdarını özünün təyin etməsi isə mümkün deyil. Üstəlik, bunu bacarsa belə, bir-birindən çox fərqli meyvələr yetişdirən ağac növlərini və ya yaşıl bitkiləri meydana gətirmək üçün üstün qabiliyyətləri olmalıdır.

Əgər toxumun bu qərarı özünün verdiyini iddia etsək, toxumun qabiliyyətli olduğunu qəbul etməli olarıq. Ancaq, əlbəttə ki, bəhs edilən qabiliyyətlərin toxumun özünə aid olduğunu iddia etmək mümkün deyil. Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, toxumu və çəyirdəyi yaran Allah’dır. Onun diləməsi ilə yer üzündə minlərlə növ ağac, bitki yetişir. Necə ki, bir başqa ayədə Allah’ın hər şeyin Yaradıcısı olduğu belə bildirilmişdir: Göydən su endirən Odur. Biz onunla hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik.

Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır.

Ənam surəsi, 99

Yeri döşəyən, orada möhkəm dağlar, çaylar yaradan və bütün meyvələrdən cüt-cüt yetişdirən də Odur. O, gündüzü gecə ilə örtüb bürüyür. Həqiqətən də, bunda dərin düşünən adamlar üçün dəlillər vardır. Yer üzündə bir-birinə yaxın torpaq sahələri, üzüm bağları, əkinlər, şaxəli-şaxəsiz xurma ağacları vardır. Onlar eyni su ilə suvarılır. Biz yeyilməsinə görə onların birini digərindən üstün edirik. Doğrudan da bunda başa düşən adamlar üçün dəlillər vardır. Əgər təəccüblənirsənsə, onların:

“Doğrudanmı biz torpaq olduqdan sonra yenidən yaradılacağıq?” - sözünə təəccüblən. Onlar Rəbbini inkar edənlərdir. Onlar boyunlarında qandallar olanlardır. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar.

Rəd surəsi, 3- 5