Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Sani

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah’ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır.

Nəml surəsi, 88

Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağılın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allah’ın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət.

Allah’ın Sani sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən qızıl nisbətdən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu qızıl nisbətdən istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.

Allah bir-birindən fərqli canlılarda Sani sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir.

Bitkilər aləmində də Allah’ın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, “Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)...” (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə, bəlkə, yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz, bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir. Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi, hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələri ilə qarşılaşacaq.

Allah qüsursuz yaradandır.

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Nur surəsi, 45

Məgər Allah’ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir.

Həcc surəsi, 65