Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Allah'ın İsimləri: Alim

Mündəricat
  1. Sizi yaradan Allah’ı nə qədər tanıyırsınız?
  2. Ədl
  3. Əfüvv
  4. Axır
  5. Əhkamül-hakimin
  6. Alim
  7. Əliyy
  8. Asim
  9. Əzim
  10. Əziz
  11. Bais
  12. Raqib
  13. Rauf
  14. Rəzzaq
  15. Səməd
  16. Sadiq
  17. Saiq
  18. Sani
  19. Salam
  20. Səmi
  21. Şafi
  22. Baqi
  23. Şəfi
  24. Şarih
  25. Şəhid
  26. Şəkur
  27. Təvvab
  28. Vahid
  29. Varis
  30. Vasi
  31. Vədud
  32. Vəhhab
  33. Bari
  34. Vəkil
  35. Vəli
  36. Zülcəlali-vəl-ikram
  37. Zahir
  38. Basir
  39. Basit
  40. Batin
  41. Bədi
  42. Bərr
  43. Cami
  44. Cabbar
  45. Dai
  46. Dafiq
  47. Dərr
  48. Ərhamür-rahimin
  49. Əvvəl
  50. Faliq
  51. Fasil
  52. Fatir
  53. Fəttah
  54. Qəffar
  55. Qəniyy
  56. Xəbir
  57. Hadi
  58. Hafid
  59. Hafiz
  60. Hakim
  61. Həkim
  62. Haqq
  63. Xaliq
  64. Həlim
  65. Həmid
  66. Hasib
  67. Hayy
  68. Qabid
  69. Qabil
  70. Qadi
  71. Qədim
  72. Qadir
  73. Kafi
  74. Qəhhar
  75. Qəyyum
  76. Qarib
  77. Qasim
  78. Qavi
  79. Kəbir
  80. Kərim
  81. Quddüs
  82. Lətif
  83. Makir
  84. Maliki-yəvmud-din
  85. Malikül-mülk
  86. Məcid
  87. Məlca
  88. Məlik
  89. Mətin
  90. Mövla
  91. Müəxxir / müqəddim
  92. Müəzzib
  93. Mühit
  94. Mübki / müdhik
  95. Müvəffi
  96. Mühsi
  97. Mühsin
  98. Mühyi
  99. Müqəllib
  100. Mükmil
  101. Müqtədir
  102. Müntəqim
  103. Müsəvvir
  104. Mübəşşir
  105. Mübəyyin
  106. Müdəbbir
  107. Mömin
  108. Mücib
  109. Mühəymin
  110. Mütəali
  111. Mütəkəbbir
  112. Müsəvva
  113. Müstəan
  114. Mütəhhir
  115. Müyəssir
  116. Müzəkki
  117. Müzəyyin
  118. Müzil
  119. Müğni
  120. Nasir
  121. Nur
  122. Rəbbil-aləmin
  123. Rafi
  124. Rəhman-rəhim

Hər şeyi çox yaxşı bilən Şərq də, qərb də Allah’ındır:

hansı tərəfə yönəlsəniz, Allah oradadır. Şübhəsiz ki, Allah genişdir, biləndir!

Bəqərə surəsi, 115

İnsanlar düşünə biləcək şüura sahib olduqları andan etibarən öyrənməyə başlayırlar. Müəyyən bir yaşa çatdıqdan sonra da təhsil almağa və biliklər əldə etməyə davam edirlər. Hətta bəzi insanlar müəyyən bir mövzu üzrə mütəxəssisləşirlər. Məsələn, fizika mühəndisi fizika qanunlarının hamısını öyrənə bilər və ya fəlsəfə üzrə təhsil almış insan fəlsəfi mövzulara tam olaraq hakim ola bilər. Yenə yeni tarix üzə mütəxəssisləşmiş tədqiqatçı yeni tarixlə əlaqəli çox dəqiq şərhlər verə bilər. Çünki bu mövzu ilə əlaqədar öyrəniləcək hər şeyi bilir.

Yuxarıda saydıqlarımız, əlbəttə, “bilmək” felinin insanlarla əlaqədar olan qismidir. Ancaq “bilmək” felinin insanların əsla təsəvvür edə bilməyəcəyi, güc çatdıra bilməyəcəyi bir ölçüsü var: Allah’ın bilməsi...

Allah göylərin, yerin, bu ikisinin arasında olan bütün canlıların, kainatda işləyən bütün qanunların, hər an meydana gələn bütün hadisələrin məlumatına sahibdir. Çünki hamısının yaradıcısı Odur. Üstəlik, Allah’ın bilməsi sonsuzdur; Allah eyni anda dünya üzərində doğan və ölən insanların kim olduqlarını, yer üzündəki hər bir ağacdan düşən yarpaqların sayını, kainatdakı milyardlarla qalaktikanın içindəki milyardlarla ulduzun hər birinin xüsusiyyətlərini və burada səhifələrlə saysaq da, əsla bitirə bilməyəcəyimiz hər şeyi bilir. O, yerüzündə, eyni anda kosmosda meydana gələn hər hadisəni, dünya üzərindəki milyardlarla insanın, heyvanın, bitkinin hüceyrələrində kodlanmış şifrləri də bilir. İnsanın unutmamalı olduğu çox əhəmiyyətli bir sirr var: Allah yuxarıda sayılan bütün detallarla yanaşı, insanın daxilini, ağlından keçənləri, gizli və ya açıq işlədiyi bütün əməlləri də bilir. İnsan içində yaşadığı duyğularını, düşüncələrini, sıxıntılarını yalnızca özünün bildiyini zənn edir, amma bu, böyük yanılmadır. Kainatın hər nöqtəsinə tam olaraq hakim olan Allah insanın daxilinə və xaricinə də hakimdir. Belə ki, Allah’ın bu sonsuz biliyi bir çox ayədə bildirilmişdir: Sevdiyiniz şeylərdən sərf etməyincə savaba çatmazsınız. Şübhəsiz ki, Allah xərclədiyiniz hər bir şeyi biləndir! (Ali-İmran surəsi, 92)

Məgər göylərdə və yerdə olanların, qanadlarını açıb uçan quşların Allah’ı təqdis edib şəninə təriflər dediklərini görmürsənmi?! Allah onlardan hər birinin duasını, şükür-sənasını bilir. Allah onların nə etdiklərini biləndir!

Nur surəsi, 41

Günəş də özü üçün müəyyən olunmuş yerdə seyr edər. Bu, yenilməz qüvvət sahibi olan, bilən Allah’ın təqdiridir.

Yasin surəsi, 38

Bilin ki, Allah’dan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah ürəklərdə olanları biləndir.

Hud surəsi, 5

(Əlbəttə) onlar öz əməllərini bildiklərinə görə ölümü əsla istəməzlər. Allah zalımları tanıyandır! (Bəqərə surəsi, 95) Onları siz öldürmədiniz, Allah öldürdü. Atdığın zaman sən atmadın, Allah atdı. Allah bununla möminləri yaxşı bir imtahandan keçirtdi. Allah eşidəndir, biləndir! (Ənfal surəsi, 17)

Əgər üz çevirsəniz, (bilin ki,) mənə əmr olunanı sizə çatdırdım. Rəbbim yerinizə başqa bir camaat gətirər və siz də Ona heç bir zərər yetirə bilməzsiniz. Şübhəsiz ki, Rəbbim hər şeyi hifz edir.

Hud surəsi, 57

De: “O, ər-Rəhmandır! Biz Ona iman gətirib, Ona təvəkkül etmişik. Kimin tam azğınlıq içində olduğunu biləcəksiniz”.

(Mülk surəsi, 29)

Allah təqva sahiblərini (inanıb və ya inanclarına uyğun davranıb) zəfərə yetişmələri səbəbilə xilas edir. Onlara pislik toxunmaz və onlar hüznə qapılmazlar.

Allah müttəqilərə uğurlarına görə nicat verəcək. Onlara pislik toxunmayacaq və onlar kədərlənməyəcəklər. Allah hər şeyin Xaliqidir. O, hər şeyi qoruyandır. Göylərin və yerin açarları Ondadır. Məhz Allah’ın ayələrini inkar edənlər ziyana uğrayanlardır.

Zumər surəsi, 61-63