Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qaranlıq təhlükə: bağnazlıq: Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası

Mündəricat
  1. Yanlış bilinən İslam anlayışı
  2. İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
  3. Qurandakı həqiqi şəriət
  4. Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
  5. Qurandakı həqiqi cihad
  6. Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
  7. Quran qorunmuş kitabdır
  8. Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
  9. Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
  10. Mədinə dövrü və müharibələr
  11. Müharibələr kimlərə qarşı aparılıb?
  12. Quranda müharibəyə verilən tərif
  13. Müqavilə bağlanılmış müşriklər
  14. Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
  15. Müharibə ilə bağlı ayələr və izahları
  16. İslamda müharibə etmək üçün səbəb yoxdur
  17. Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
  18. Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
  19. Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
  20. Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
  21. Kimlər müharibə olmasını istəyir?
  22. Fəslin sonu
  23. Fanatiklərin saxta dini
  24. Fanatiklərin dininə istiqamət verən saxta hədislər
  25. Saxta hədislər necə meydana gəldi?
  26. Məzhəblər arasındakı fərqlər
  27. Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
  28. İslam aləminin Quranı tərk etməsi
  29. Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
  30. Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
  31. Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
  32. İçki içənlərin öldürülməsi
  33. Təraş olanların öldürülməsi
  34. Zina edənlərin öldürülməsi
  35. Qurana görə zinanın hökmü
  36. Oğurluq edənlərin öldürülməsi
  37. Dindən dönənlərin öldürülməsi
  38. Namazı tərk edənlərin öldürülməsi
  39. Namazı tərk edən uşaqların döyülməsi
  40. Zəkat verməyənlərin öldürülməsi
  41. Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
  42. Sərxoşların öldürülməsi
  43. Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
  44. Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
  45. Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
  46. Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
  47. İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
  48. Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
  49. Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
  50. Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
  51. Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
  52. Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
  53. Keçinin balası
  54. Ac saxlanılan dəvə və sahibi
  55. Yatan ceyran
  56. Üzü dağlanmış uzunqulaq
  57. Heyvanlara yaxşılıq edilməsi
  58. Fanatizm iyrəncliyi
  59. Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
  60. Fanatiklərin qadın nifrəti
  61. Qurana görə qadın
  62. Fanatiklərin qadınlara atdığı iftiralar
  63. Qadınların əyri olduğu iddiası
  64. Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
  65. Qadınların dinin yaşanmasına mane olduğu iddiası
  66. Qadınların ağlına uymamağın lazım olduğu iddiası
  67. Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
  68. Qadınların bəzənməsini qadağan edən iddialar
  69. Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
  70. Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
  71. Ərindən boşanan qadının vəziyyəti
  72. Əri ondan razı qalana qədər qadının günahkar sayılması
  73. Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
  74. Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
  75. Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
  76. Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
  77. Nəticə: Qadına ən çox dəyər Quranda verilir
  78. Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
  79. Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
  80. “Humur” - örtmək kəlməsinin təhlili
  81. “Yadribne” - vurmaq felinin təhlili
  82. “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
  83. Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
  84. Yanlış təfsir: “baş örtüklərini salsınlar”
  85. Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
  86. Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
  87. Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
  88. “Qadınların zinətləri” mövzusundakı şərhlər
  89. Bijuteriya və muncuqları haram etmək yanlışlığı
  90. Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
  91. Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
  92. Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
  93. Quranda göstərilən haramlar anlaşılmaz deyil
  94. Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
  95. Quranda baş örtüyü deyil, çadra təsvir edilir
  96. Əhzab surəsinin 59-cu ayəsinin izahı
  97. Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
  98. Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
  99. 2 qadın = 1 kişi yanlışlığı
  100. Qadın və müddətli borclanmadakı şahidlik
  101. Qadınların mirasdakı haqqı
  102. Qadının boşanma haqqı
  103. Boşanma və boşanmadan sonra qadının qorunması
  104. Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
  105. Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
  106. Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
  107. Qadınlara zorla varis olmamaq
  108. Anaya verilən dəyər
  109. Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
  110. Kişilərin üstünlüyü iddiası
  111. “Qadınları döyün” iddiası
  112. Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
  113. Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
  114. Fanatiklərin incəsənətə olan nifrəti
  115. “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
  116. Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
  117. Cənnətdəki sevinc və kədərin həqiqi mənası
  118. “Yumordan uzaq durun” iddiası
  119. Musiqi və şeirin haram olduğu iddiası
  120. Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
  121. Allah musiqini sevir, qullarına da sevdirmişdir
  122. Rəsm və heykəlin haram olduğu iddiası
  123. “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
  124. “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
  125. Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
  126. Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
  127. Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
  128. Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
  129. Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
  130. Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
  131. Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
  132. Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
  133. Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
  134. Fanatiklərin dininə görə yəhudilər və xristianlar
  135. Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
  136. “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
  137. Maidə surəsinin 60-cı ayəsinin təhlili
  138. Təriflənən yəhudilər
  139. Əraf surəsinin 166-cı ayəsinin təhlili
  140. Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
  141. “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
  142. Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
  143. Nisa surəsinin 155-ci ayəsinin təhlili
  144. “Yəhudi və xristianları dost tutmama” aldanması
  145. Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
  146. “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
  147. “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
  148. “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
  149. “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
  150. Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
  151. “Yəhudi ağacı qarqat”
  152. Quranda kitab əhlinə verilən dəyər
  153. Müsəlmanların kitab əhlini dəvət etməsi
  154. Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
  155. Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
  156. Quranda İncil və Tövrat
  157. Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
  158. Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var

Yenə Rəsul-i Əkrəm (s.ə.v)-dən belə rəvayət olunmuşdur:

“Qadın zərər görməyə uyğun varlıqdır; şeytan onun yanında dayanar (bunun üçün ya çölə çıxmamalı, ya da çıxdığı vaxt, çox diqqətli olmalıdır)”. (Mizan-ül Hikme, II cild, səh. 259)

adın cəmiyyətin dirəyi, gözəlliyi, bəzəyi, lətafətidir. Qadının varlığı, cəmiyyətdə söz sahibi olması, müfəttiş olması, qərar mexanizmində iştirak etməsi, fikrinə müraciət olunması cəmiyyət üçün böyük nemətdir. Dolayısilə Allah qadınları, incə xüsusları müəyyənləşdirə bilən, mürəkkəb qərarları qəbul edən, hər cür tədbiri əvvəlcədən alan, incə və iti düşüncəli, eyni zamanda da olduqca ağıllı olaraq yaratmışdır. Bundan ötrü də, İslam dinində qadına verilən dəyər çox yüksəkdir. Bu tam şəkildə aydın olduqda İslam dini dünya insanları tərəfindən layiqincə qavranılacaq. Məhz bundan ötrü də, daxili və xarici mərkəzlər əsrlərdir ki, xüsusən qadın mövzusundan istifadə edərək İslam dinində qarışıqlıq yaratmağa çalışmışdırlar. Bunun üçün də, istər uydurma hədisləri və batil tətbiqləri, istərsə də cəmiyyətin (tamamilə Qurandan kənar) adət-ənənə deyə adlandırdıqları qayda-qanunlardan qalxan kimi istifadə etmişdirlər. Öz aləmlərində İslamda qadının ikinci dərəcəli, alçaldılan, dəyər verilməyən, mənfur, günaha batıran, aldanmağa meylli təhlükəli bir varlıq kimi tanınmasına çalışmışdırlar.

Məsələn, yuxarıdakı uydurma hədisdə, qadının əxlaqsızlıq etməyə meylli, özünə muğayat ola bilməyən, zəif iradəli, imanına güvənilməyən, şeytana aldana bilən bir varlıq olduğu bildirilir. Bunun üçün də qadının mümkün qədər küçəyə çıxarılmaması, himayə edilməsi, əgər çıxsa da namussuzluq, əxlaqsızlıq etmə meylinin yüksək olacağı kimi, bir təlqin verilərək hər hərəkətinə diqqət yetirilməsinin lazım olduğu bildirilir. Halbuki bu uydurma sözlərin Peyğəmbərimiz (s.ə.v) tərəfindən söylənilmədiyi çox açıqdır. Qadınlarla məsləhətləşən, döyüşlərdə təhlükəsizliyinin təmin edilməsində qadınlara vəzifə verən, qurduğu məclislərdə qadınlara geniş yer ayıran, vaxtının böyük hissəsini onlarla söhbət edərək keçirən, onlara qarşı dərin hörmət və sevgi bəsləyən Peyğəmbərimiz (s.ə.v) adından yalan bəyanlarla çıxış edən insanlar, qadınlara qarşı böyük düşmənçilik bəsləyən fanatiklərdir.

Peyğəmbərimiz (s.ə.v)-in dövründə, daha əvvəl ətraflı şəkildə bəhs etdiyimiz kimi, qadınlar, müharibələrə qoşulan, hər cür ictimai mühitdə olan, ticarətlə məşğul olan, dini təbliğ edən, öndə gedən mücahidlər arasında yerlərini almışdırlar. Quran ayələrində də, qadının evdən çölə çıxarıla bilməyəcək qədər təhlükəli və zəif ağıllı bir varlıq olduğunu ifadə edən tək bir eyham belə yoxdur. Əksinə Allah Quranda, fanatik zehniyyətin qadınlara baxış prizmasındakı böyük psixopatlığı və bu zehniyyətin Peyğəmbərimiz (s.ə.v)-in dövründə də şeytani fəaliyyətlər göstərilməsinə səbəb olduğunu xəbər vermişdir:

Onlardan birinə, Mərhəmətli Allaha aid etdikləri qız uşağı ilə müjdə verilsə, hirsindən üzü qapqara qaralar və yaşadığı böyük kədərdən ötrü udqunduqca udqunar.

Zuxruf surəsi, 17

Diri-diri torpağa basdırılmış qızcığaza soruşulacağı zaman, hansı günaha görə öldürülmüşdür.

Təkvir surəsi, 8-9

Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların verdikləri qərar necə də pisdir!

Nəhl surəsi, 58-59

Həmin bu ayələr, fanatiklərin qadına baxış prizmasındakı dəhşəti mükəmməl təsvir edir və Allahın bu zehniyyətə nə qədər böyük lənət etdiyini bizə göstərir. Qızı olacağından ötrü qəzəblənərək üzü qapqara qaralan, qadına bu qədər nifrət dolu olan, daha da irəli gedib onu diri-diri torpağa basdıraraq cinayət işləyən zehniyyət tarixdə mövcud olmuşdur və bütün bu insanlar, yuxarıda qeyd olunan Təkvir surəsinin 8-ci və 9-cu ayələrində bildirildiyinə görə, axirətdə bu etdiklərinin hesabını verəcəklər. Qadına qarşı bu düşmənçilik, Allahın qatında böyük qəzəb doğurur.

Göründüyü kimi, qadın düşmənçiliyi və nifrəti ilə dolub daşan fanatik zehniyyət, əsrlərdir ki, qadınlara olan şeytani yanaşma tərzini heç dəyişdirməmişdir. Quranın, onların bu qeyri-sağlam məntiqini qətiyyən dəstəkləmədiyini bildikləri üçün, bu məsələdə saxta hədislər vasitəsilə qarışıqlıq yaratmağa çalışmışdırlar. Xüsusilə qadınlara dair bu qədər ürküdücü saxta hədislər olmasının başlıca səbəbi budur.

Fanatiklər, bu mövzu ilə əlaqədar digər bir uydurma hədisə görə də, qadınları ölməyəcəkləri dərəcədə ac saxlayaraq və onlara gözəl paltarlar geyindirməyərək tərbiyə etməyi hədəfləyirlər. Bu azğın zehniyyətə görə əgər qadınları ac saxlasalar, onlara pis və köhnə paltarlar versələr, qadınların çölə çıxma istəyi də azalar. Həmin bu saxta hədis nbu cürdür:

Qadınları zərər verməyəcək dərəcədə ac, həddi aşmayacaq dərəcədə paltarsız saxlayın. Çünki qadınlar yaxşıca doysalar, gözəl-göyçək geyinsələr onlar üçün çölə çıxıb gəzməkdən daha sevimli bir şey olmaz. Lakin onlar bir qədər ac, bir qədər də çılpaq qalsalar onlar üçün evdə oturmaqdan yaxşı bir şey olmaz. (İbnül Cevzi, Mevzuat, II/282283; Suyuti, Leali, II/154 İbn Arrak, Tenzihü'ş Şeria, II/212213)

Evlərinin qapısında oturmamaları üçün, qadınlarınıza yeni paltarlar hazırlatdırmayın, çünki paltarları gözəl və yeni olsa qəlblərinə çölə çıxmaq arzusu gələr. (İmamı Gazali-Kimyayı Saadet səh. 178 İbn Ebi Şeybe, Musannaf, IV/II, 420)

İçinizdən biri yaşı ötmüş, ağzındakı dişləri tökülmüş, görünüş etibarilə də çox çirkin biri ola biləcəyi kimi, arvadı da əksinə gənc və gözəl ola bilər. Bu gənc və gözəl qadın, bazara çıxdıqdan və ya dəvət edildiyi toy və ziyafət məclisindən evinə qayıtdıqdan sonra çöldə gördüyü yaraşıqlı kişilərlə, yaşlı və dişləri tökülmüş ərini müqayisə edərək ərinin üzünə belə baxmaq istəməz. Bəlkə də, ərinin özünü öpməsini və cinsi əlaqədə olmasını belə istəməz.

Məhz gənc qadının kişilərin çox olduğu bazar, şənlik və yığıncaq yeri kimi məkanlara getməsinin qadın üzərində yaradacağı təsir ən azından budur. (İmam Şarani, Uhudül Kübra)

Yuxarıda verilən saxta hədislərdə, getdiyi mühitdə özünə hakim ola bilməyən, Allah qorxusu və imanı ilə deyil, instinktləriylə hərəkət etməyə meyilli və bundan ötrü də, müxtəlif texniki tədbirlərlə tutulmalı olan qəribə bir varlıq, sanki bir heyvan təsvir edilir. Belə bir təsvir vardır, çünki bu, bir fanatikin tam mənasıyla qadına olan baxış prizmasıdır. Bizi isə fanatikin deyil, Quranın baxış prizması maraqlandırar. Quranda təsvir edilən müsəlman qadın Allahdan qorxar. Bundan ötrü də, hansı mühitdə necə geyinməli olduğunu, iffətini və ismətini necə qorumalı olduğunu, bazar, şənlik və yığıncaq yerlərində necə davranmalı olduğunu çox yaxşı bilər. Bunu bilməsi üçün, Quran ona kifayətdir. Bunu bilməsi üçün bir kişinin ona nə edəcəyini söyləməsinə, onu geyindirməsinə, onu yedirtməsinə ehtiyacı yoxdur. Buna bir kişi deyil, Allah qərar verər. Quranın heç bir ayəsində bir kişiyə bu barədə bir hüquq və ya bir səlahiyyət verilməmişdir. Quranın heç bir ayəsində kişinin bu hüquqların özünə aid olduğunu iddia edəcəyi bir imtiyazı və xüsusiyyəti yoxdur. Allahın Quranda mömin kişilərə xitab etdiyi kimi, mömin qadınlara da xitab etdiyinə görə, qadın Quranda Rəbbimizin özünə xitab etməsini çox yaxşı görər, anlayar və bunu ən mükəmməl şəkildə tətbiq etmək üçün çalışar.

Quranda bildirilən əxlaqı yaşamaq üçün bir qadının Allahdan qorxması kifayətdir. Bunun kişilər tərəfindən təhrik edilməklə təmin ediləcəyini iddia edənlər yalnız bu qorxunc saxta hədislərin əsirinə çevrilmiş fanatiklərdir.

Həmçinin Allah Quranda müsəlmanların qadın və ya kişi olmalarından asılı olmayaraq, israf etməyəcək şəkildə bütün halal nemətlərdən yeyib içmələrini, məscidlərə ən gözəl paltarlarıyla gəlmələrini, zinət əşyalarını taxmalarını, təmiz və baxımlı olmalarını bildirir.

Ey Adəm oğulları! Məscidlərə gedərkən zinətlərinizi taxın.

Yeyin-için, lakin israf etməyin. Şübhəsiz ki, Allah israf edənləri sevmir.

Əraf surəsi, 31

Qadınların küçəyə çıxmamalı olduğuna dair heç bir ayə olmadığı kimi, tam əksinə, Allahın mömin qadınlara yüklədiyi sosial məsuliyyətlər gərəyi qadınların aktiv sosial həyatları olduğu da ayələrdən açıq şəkildə başa düşülür. Dolayısilə bəhs olunan saxta hədislərdə qeyd olunan ifadələr də Quran ayələri ilə tamamilə ziddiyyət təşkil edir.