Qaranlıq təhlükə: bağnazlıq: Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
“Peyğəmbəri söyən şəxs tövbəyə dəvət edilmədən dərhal öldürülər”. (İbni Teymiye)
İbni Münzir dedi ki: Bütün elm sahibləri, Rəsulullah salləllahu əleyhi və səlləmi söyən şəxsin öldürülməsi xüsusunda ortaq məxrəcə gəlmişdirlər. (Enverşâh, el-Keşmîrî, “İkfâru'l-Mulhidîn”, səh. 64. “Tenbihu'l Ğafilîn ila Hükmi Şatimillahi ve'd-Dîn” adlı eserden naklen. Baxın: səh. 14)
Abdullahın rəvayətində belə deyilir: “Tövbəyə dəvət edilmədən öldürülər. Xalid ibn Vəlid Nəbi salləllahu əleyhi və səlləmi söyən bir adamı öldürdü və tövbəyə dəvət etmədi.
(İbni Teymiye)
ir insanın Allaha, peyğəmbərlərə, mənəvi dəyərlərə qarşı ədəbsiz ifadələr işlətməsi, əlbəttə ki, qəbuledilməzdir. Lakin, əlbəttə, hər insan eyni deyil. Bəzi insanlar imansız olur, bəziləri müxtəlif səbəblərlə dinə qarşı ön mühakimə bəsləyir, bəziləri qəzəbli yetişdirilir, bəziləri cahildir, bəziləri də Quran haqqında heç nə bilmir... Dolayısilə müxtəlif səbəblərdən ötrü insanların zehinlərində dinə qarşı ön mühakimə meydana gəlməsi mümkündür, xüsusilə indiki dövrdə qəzəb və nifrət içində yaşayan daha çox insan var.
İmtahan olunmağa gəldiyimiz bu dünyada, hər görüşə, hər ideologiyaya sahib insanlarla qarşılaşacağıq və bu görüşlər, bu ideologiyalar və bu insanlarla imtahan olunmağa davam edəcəyik. Müsəlmanın vəzifəsi, qarşısındakı insan nə qədər ön mühakiməli, qəzəbli olsa belə, ona gözəl şəkildə Quranda bildirilən gözəl əxlaqı öyrətmək və qərarı ona buraxmaqdır. Bəzən bu gözəl rəftar qarşı tərəfdə təsir oyadar və onun etdiyi səhvi görərək özünü dəyişdirməsinə vəsilə olar. Necə ki, bu, Quran ayəsində bildirilən bir həqiqətdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən onu ən gözəl tərzdə yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki mehriban bir dost olar.
Ayədə müsəlmanlara, pis rəftara gözəl şəkildə cavab vermələri əmr edilir və bunun bu nəticəni verəcəyi bildirilir: “O zaman səninlə ədavət aparan kimsə sanki mehriban bir dost olar...”.
Buna baxmayaraq, həmin insan yenə qeyri-münasib rəftar və sözlərinə davam edərsə, bunun müqabilində nə edəcəyimizi Quran bizə göstərmişdir:
Mərhəmətli Allahın qulları o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara xoşagəlməz bir söz dedikdə:
“Salam!” deyərlər.
Allah Kitabda sizə nazil etmişdir ki, Allahın ayələrinin inkar edildiyini və onlara istehza olunduğunu eşitdiyiniz zaman, onlar başqa bir söhbətə keçməyincə onlarla bir yerdə oturmayın. Yoxsa siz də onların tayı olarsınız...
Gördüyümüz kimi Quranın bu hökmü, belə cahil cəmiyyətlərlə qarşılaşanda onlarla oturmamağı, oradan uzaqlaşmağı və onlara ancaq “salam” deyərək qarşılıq verməyi, yəni onlarla barışıq vəziyyətində olmağı xatırladır.
Ayələrdə diqqəti çəkən iki məqam var. Əvvəla bu insanlar həmsöhbət olunmayacaq qədər cahil və bəlkə də, dəfələrlə xəbərdar edilmələrinə baxmayaraq, doğrunu qəbul etməyən insanlardır. Çünki, təbliğ etməklə vəzifələndirilmiş və dolayısilə daim doğrunu deməklə məsul bir müsəlman, bu dəfə bu insanlarla qətiyyən həmsöhbət olmayaraq, onların yanından uzaqlaşır.
Yenə ayədə diqqət çəkilən digər bir xüsus; “onlar başqa bir söhbətə keçməyincə” onlarla birlikdə oturmamaqdır. Dolayısilə, bu insanlar, bəlkə də, bir müsəlmanın daim yaxın ətrafında olan və daim onlarla hömsöhbət olduğu insanlar ola bilər. Hətta başqa sözə keçdikləri an onlarla mehriban münasibət də saxlaya bilər.
Bu, yuxarıdakı saxta hədisdə ifadə edildiyi kimi, müsəlmandan vəhşi bir üslubun gözlənilməsi demək deyil. Bəzi insanlar yersiz danışdıqlarında onların yanından uzaqlaşmaq, lakin öyüd aldıqları müddətcə də mümkün qədər də onlara doğrunu göstərməkdir.
Bu mövzudakı uydurma hədislərin Qurana zidd olduğunu görmək üçün, digər bir əhəmiyyətli dəlil də, “tövbə etməyə mane olmasıdır”. Allah Quranda insanları bütün günahlar üçün tövbə etməyə dəvət etdiyi, tövbə insanın Allah ilə arasında olan bir ibadət olduğu, Allah bağışlayıcı olduğunu ayələrində dəfələrlə bildirdiyi və Quranda tövbə edənlər daim tərifləndiyi bir halda, bir insanın tövbə etməsinə nə haqla mane olmaq olar? İnsanın Allahdan bağışlanmasını istəməsinə necə mane oluna bilər? Rəbbimizin; “...tövbələri qəbul edəndir, bağışlayandır” (Bəqərə surəsi, 37) ayəsini görməzlikdən gələrək, bir insanın əlindən əməlindən ötrü peşman olmaq və Allahdan bağışlanma diləmək haqqı necə alına bilər?
Əlbəttə ki, heç kimin bunu etməyə əsla və qətiyyən haqqı yoxdur.
Rəbbimiz yenə digər bir ayəsində belə buyurur:
Yalnız tövbə edənlər, (özlərinin və başqalarının əməllərini) islah edənlər və (endiriləni) bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, Rəhmliyəm!.
Allahın “tövbələri qəbul edənəm, Rəhmliyəm” hökmünü öz aləmlərində, demək olar ki, rədd edərək yalnış tətbiqlərini uydurma hədislərə əsaslandırmağa çalışanlar, açıq şəkildə Qurana zidd şəkildə hərəkət edirlər.