Qaranlıq təhlükə: bağnazlıq: Saxta hədislər necə meydana gəldi?
Mündəricat
- Yanlış bilinən İslam anlayışı
- İslamı vəhşət dini kimi göstərənlərin istifadə etdiyi iki təməl anlayış: şəriət və cihad
- Qurandakı həqiqi şəriət
- Qurandakı həqiqi şəriət bir ölkəyə nələr qazandırar?
- Qurandakı həqiqi cihad
- Bir müsəlman Qurandakı hər ayəyə, fərq qoymadan inanmaqla məsuldur
- Quran qorunmuş kitabdır
- Məkkə dövrü “və” Mədinə dövrü müsəlmanları fərqləndirməsindəki yanılmalar
- Məkkə dövrü müsəlmanlarının çətin imtahanı
- Mədinə dövrü və müharibələr
- Müharibələr kimlərə qarşı aparılıb?
- Quranda müharibəyə verilən tərif
- Müqavilə bağlanılmış müşriklər
- Tarixin ilk çox maddəli və ən demokratik konstitusiyası: Mədinə müqaviləsi
- Müharibə ilə bağlı ayələr və izahları
- İslamda müharibə etmək üçün səbəb yoxdur
- Müharibə, İslamı zorla qəbul etdirmək üçündürmü?
- Müharibə, ideoloji və ya etnik üstünlük təmin etmək üçündürmü?
- Müharibə, müsəlman bir liderin gətirəcəyi İslam qanunlarını yaymaq məqsədinimi daşıyır?
- Müharibə, düşmənlərin yox edilməsi üçündürmü?
- Kimlər müharibə olmasını istəyir?
- Fəslin sonu
- Fanatiklərin saxta dini
- Fanatiklərin dininə istiqamət verən saxta hədislər
- Saxta hədislər necə meydana gəldi?
- Məzhəblər arasındakı fərqlər
- Quranın hökmündən başqa hökm axtaranlar dinin əslinə yönəlməlidirlər
- İslam aləminin Quranı tərk etməsi
- Quran hər an əlimizdə olması lazım olan yol göstəricimizdir
- Böyük bir problem: hədislərin ayələrin hökmünü qüvvədən saldığı iftirası
- Fanatik zehniyyətin hüdudlarını yaxşı qavramaq
- İçki içənlərin öldürülməsi
- Təraş olanların öldürülməsi
- Zina edənlərin öldürülməsi
- Qurana görə zinanın hökmü
- Oğurluq edənlərin öldürülməsi
- Dindən dönənlərin öldürülməsi
- Namazı tərk edənlərin öldürülməsi
- Namazı tərk edən uşaqların döyülməsi
- Zəkat verməyənlərin öldürülməsi
- Oruc tutmağı tərk edənlərin həbs edilməsi və ac saxlanılması
- Sərxoşların öldürülməsi
- Peyğəmbərə qarşı ədəbsiz sözlər danışanların tövbəyə çağırılmadan öldürülməsi
- Fanatiklərin dinindəki lənətli heyvanlar mövhumatı
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisi
- Peyğəmbərimiz (s.ə.v) heyvanların həddindən artıq işlədilməsini qadağan etmişdir
- İşləyən heyvanlara dincəlmək imkanının verilməsi
- Peyğəmbərimiz (s.ə.v) heyvanlara əziyyət və işgəncə verməyi qadağan etmişdir
- Peyğəmbərimiz (s.ə.v)-in ana it və onun balalarına olan şəfqəti
- Peyğəmbərimiz (s.ə.v)-in heyvan sevgisini göstərən ifadəsi: “Bütün itlərin canı möhtərəmdir”
- Peyğəmbərimiz (s.ə.v)-in pişiyi: Müəzza
- Peyğəmbərimiz (s.ə.v)-in ana quş və balalarına olan şəfqəti
- Keçinin balası
- Ac saxlanılan dəvə və sahibi
- Yatan ceyran
- Üzü dağlanmış uzunqulaq
- Heyvanlara yaxşılıq edilməsi
- Fanatizm iyrəncliyi
- Fanatizmin çirkli din və keyfiyyətsiz müsəlmanlıq anlayışı
- Fanatiklərin qadın nifrəti
- Qurana görə qadın
- Fanatiklərin qadınlara atdığı iftiralar
- Qadınların əyri olduğu iddiası
- Qadınları alçaltmaq üçün uydurulmuş hədislər və iddialar
- Qadınların dinin yaşanmasına mane olduğu iddiası
- Qadınların ağlına uymamağın lazım olduğu iddiası
- Qadınların ikinci dərəcəli varlıqlar olduğu və Allahın qadınlara əhəmiyyət vermədiyi iftirası
- Qadınların bəzənməsini qadağan edən iddialar
- Fanatiklərə görə müsəlman qadınların ərlərinə olan münasibətləri
- Quranda qadınlara verilmiş imkan və üstünlüklər fanatizm dinində yoxdur
- Ərindən boşanan qadının vəziyyəti
- Əri ondan razı qalana qədər qadının günahkar sayılması
- Qadınların çölə çıxarılmaması və şeytana aldanmağa meyilli olduğu iddiası
- Qadının guya namazı batil edəcəyi və uğursuz olduğu iddiası
- Qadınları heyvanlara bənzədən fanatik zehniyyətdən nümunələr
- Peyğəmbərimiz (s.ə.v)-in xanımlarına dair nazil edilən ayələr
- Nəticə: Qadına ən çox dəyər Quranda verilir
- Qadınlara məhdudiyyətlər qoymaq və onları alçaltmaq üçün Qurandan dəlil gətirməyə çalışanlara cavablar
- Qadınlara məhdudiyyət qoymaq üçün Quran tərcümələrinə “hicab” kəlməsinin əlavə edilməsi
- “Humur” - örtmək kəlməsinin təhlili
- “Yadribne” - vurmaq felinin təhlili
- “Cuyub” - (açıq yaxa) kəlməsinin təhlili
- Saxta hədislərdən qaynaqlanan istiqamətləndirici/yanlış tərcümələr
- Yanlış təfsir: “baş örtüklərini salsınlar”
- Ayələrin ərəbcədəki mənaları və təfsirlərin doğruluğu ilə bağlı bilinməsi vacib olan məlumatlar
- Kəlmələrin ərəbcədə istifadə olunan mənalarına diqqət yetirilməsi
- Ərəbcə kəlmələrə mötərizədə məna əlavə edilərkən diqqətli olunması
- “Qadınların zinətləri” mövzusundakı şərhlər
- Bijuteriya və muncuqları haram etmək yanlışlığı
- Zinət kəlməsi Quranda hansı mənada istifadə edilir?
- Nur surəsinin 31-ci ayəsində bildirilən zinət yerləri
- Baş örtüyü mövzusunda istifadə edilən saxta hədislər və onlardakı ziddiyyətlər
- Quranda göstərilən haramlar anlaşılmaz deyil
- Sadəcə qadınları və onların bədənlərini örtmək istəyi
- Quranda baş örtüyü deyil, çadra təsvir edilir
- Əhzab surəsinin 59-cu ayəsinin izahı
- Baş örtüyündən əl çəkməmək, lakin çadradan heç bəhs etməmək
- Müsəlman qadın Qurana görə necə geyinməli olduğunu bilir
- 2 qadın = 1 kişi yanlışlığı
- Qadın və müddətli borclanmadakı şahidlik
- Qadınların mirasdakı haqqı
- Qadının boşanma haqqı
- Boşanma və boşanmadan sonra qadının qorunması
- Boşandıqdan sonra qadınlara maddi zəmanət verilməsi
- Qadınlara verilən malların boşandıqdan sonra geri alınmaması
- Boşandıqdan sonra qadınların sığınacaqla təmin edilməsi
- Qadınlara zorla varis olmamaq
- Anaya verilən dəyər
- Kişinin üstünlüyü iddiası və qadını döymək mövhumatı
- Kişilərin üstünlüyü iddiası
- “Qadınları döyün” iddiası
- Qadınlar haqqında bilinən digər yanlış məlumatlar
- Peyğəmbərimizin (s.ə.v)-in qadınları tərifləyən sözləri
- Fanatiklərin incəsənətə olan nifrəti
- “Zarafatlaşmaqdan, yumordan, gülməkdən uzaq durmaq lazımdır” iddiası
- Qurana görə kədərlənmək və bədbəxt olmaq yalnız inkarçılara məxsus xüsusiyyətdir
- Cənnətdəki sevinc və kədərin həqiqi mənası
- “Yumordan uzaq durun” iddiası
- Musiqi və şeirin haram olduğu iddiası
- Musiqini qadağan etməyə çalışan fanatiklərin səmimiyyətsizliyi
- Allah musiqini sevir, qullarına da sevdirmişdir
- Rəsm və heykəlin haram olduğu iddiası
- “Qızıl və ipəyin qadağan edilmiş olduğu” iddiası
- “Makiyaj, baxım, təmizlik və gözəlləşmənin haram olduğu” iddiası
- Tatuirovka, üzdəki tükü təmizləmə, estetik diş düzəltdirməni qadağan edən saxta hədislər
- Parik qoyma, qaş alma və tatuirovka etdirməni qadağan edən saxta hədislər
- Qadının gözəl paltarla evdən çıxmasını qadağan edən saxta hədislər
- Qadının qızıllar və geyimlərlə başını qatıb cənnəti itirdiyini iddia edən saxta hədislər
- Qadına paltar verilməməsinin lazım olduğunu iddia edən saxta hədislər
- Fanatiklərin ruhu bu dünyaya hakim olsaydı...
- Makiyaj, baxım, təmizlik, gözəl geyim, müasirlik və mədəniyyət, bir sözlə, “keyfiyyət” İslamın tələblərindəndir
- Qadın gözəl varlıqdır, əlbəttə ki, baxımlı olmalıdır
- Marka və gözəl paltarlar geymək, gözəl maşın və evlərə sahib olmaq müsəlmanların haqqıdır
- Fanatiklərin dininə görə yəhudilər və xristianlar
- Yəhudi əleyhdarlığına Qurandan dəlillər gətirməyə çalışanlara Qurandan cavablar
- “Meymunlar və donuzlar” yaraşdırması və Quranda kitab əhli barədə verilən həqiqi hökm
- Maidə surəsinin 60-cı ayəsinin təhlili
- Təriflənən yəhudilər
- Əraf surəsinin 166-cı ayəsinin təhlili
- Bəqərə surəsinin 65-ci ayəsinin təhlili
- “Yəhudilərin lənətlənmiş olduğu” aldanması
- Bəqərə surəsinin 88-ci ayəsinin təhlili
- Nisa surəsinin 155-ci ayəsinin təhlili
- “Yəhudi və xristianları dost tutmama” aldanması
- Xristianlar və yəhudilərlə bağlı saxta hədislər və Qurana görə izahları
- “Həddi büluğa çatmış yəhudilərin öldürülməsi” iddiası
- “Müsəlmanların günahlarının yəhudilərə yüklənməsi” iddiası
- “Yeməklərin yəhudilər ucbatından zay olduğu” iddiası
- “Ərəb torpaqlarında iki din qalmasın” iddiası
- Təhqir olaraq “ey yəhudi”, savab olaraq “yəhudiyə lənət”
- “Yəhudi ağacı qarqat”
- Quranda kitab əhlinə verilən dəyər
- Müsəlmanların kitab əhlini dəvət etməsi
- Müsəlmanların kitab əhliylə ədalətlə rəftar etməsi
- Peyğəmbərimiz (s.ə.v)-in kitab əhli ilə olan münasibətləri
- Quranda İncil və Tövrat
- Peyğəmbərimiz (s.ə.v)-in Tövrat və İncillə bağlı tətbiqləri
- Qurana görə yəhudilərin müqəddəs torpaqlarda yaşamaq haqqı var
Peyğəmbərimiz (s.ə.v)-dən nəql edildiyi iddia edilən sözlər (hədislər) və Peyğəmbərimiz (s.ə.v)-in tətbiqləri kimi qəbul edilən rəvayətlər, ilk dəfə olaraq onun ölümündən bir neçə əsr sonra qələmə alınıb. Altı məşhur hədis kitabından təşkil olunmuş “Kutubi-Sittəni”nin müəlliflərindən Buxari hicri 256-cı ildə, Müslim 261-ci ildə, Tirmizi 279-cu ildə, Əbu Davud 275-ci ildə, Nəsai 303-cü ildə, İbni Macə isə 273-cü ildə vəfat etmişdir. Şiələrin hədis kitabları isə fərqlidir və bəzi sünnilər və şiələr bir-birlərinin hədis kitablarını qəbul etməzlər. Şiələrin hədis kitabları isə daha gec tarixlərdə meydana gəlib. Tanınmış şiə hədisçilərindən Qulani hicri 329-cu ildə, Babuvay 381-ci ildə, Cəfər Məhəmməd Tusi 411-ci ildə, Əl-Mürtəza isə 436-cı ildə vəfat etmişdir. Tarixi mənbələrdən və əlimizə gəlib çatan ilk hədislərdən, Peyğəmbərimiz (s.ə.v) və dörd xəlifənin dövründə heç bir yazılı hədisin olmadığı aydın olur. Bu barədə Ənsari belə yazır: “Nə səhabələr (Peyğəmbər (s.ə.v)-i görənlər), nə də tabiinlər (Peyğəmbər (s.ə.v)-i görməyən, lakin səhabələri görənlər) hədis yazardı. Lakin onları şifahi şəkildə nəql edirdilər. Yalnız və yalnız bir neçə bəsit, yazılı mətndən başqa heç bir hədis yox idi. Hədislərin itib batmaması üçün Ömər ibn Əbdüləziz məktub yazaraq Əbu Bəkir əl-Hazmaya hədisləri araşdırıb yazmağını əmr etdi”. Yezid ibn Əbdülməlik isə Ömər ibn Əbdüləzizin vəfatından sonra Əbu Bəkir əl-Hazmanı və onunla birgə çalışanları bu vəzifədən uzaqlaşdırdı. Sonrakı xəlifə Şihab əz-Zuhri isə, hədisləri toplayan ilk şəxs kimi qəbul edilir. Bu da Peyğəmbərimiz (s.ə.v)-in ölümündən 2-3 əsr sonraya təsadüf edir.
Buxariyə qədər, doğruluq dərəcəsinə görə hədislərin təsnifatını aparmaq məqsədiylə heç bir səy göstərilməmişdir. “Səhih” və “zəif” olaraq hədisləri təsnif etmə səyi Buxari ilə başlayır. Hədislər araşdırıldıqda isə, bu cəhdin lazımi nəticəni vermədiyi aydın olur. Nəinki zəif, hətta tamamilə saxta hədislər İslam adı altında yayılmış və sayları getdikcə çoxalmışdır.
O dövrdə bu vəziyyətin qarşısını almaq mümkün olmamışdır. Çünki Peyğəmbərimiz (s.ə.v)-in vəfatından hədis kitablarının yazılmasına qədər 6-7 nəsil yaşamışdır və iddiaya görə, məşhur hədis kitabları, bunları bizə, 6-7 nəfərin bir-birinə ötürməsini bildirərək çatdırır. Həmin bu hədislər nəql ediləndə, Peyğəmbərimiz (s.ə.v)-dən sonrakı nəsildən, sonrakından sonrakı nəsil belə artıq vəfat etmişdi. Yəni hədisçilərin, hədisləri nəql edən şəxslərin düz danışıb-danışmadıqlarını yoxlamaq üçün lazımi kimsələr həyatda yox idi. Hədis alimləri də bu vəziyyətdən xəbərdardırlar. Müslim, səhih, yəni mütləq doğru olduğu qənaətinə gəldiyi hər hədisi kitabında qeyd etmədiyi söyləmişdir (Müslim, I cild). “Hədislər dinin mənbəyidir” deyən Buxari isə 600 min hədis bilməyinə baxmayaraq, bunların yalnız 6-7 minini, yəni 1%-ni kitabında qeyd etmişdir. Geridə qalan 99%-nin isə etibarlı olmadığına qənaət gətirib kitabında eyd etməmişdir. Dolayısilə buradan, bütün İslam aləmi üçün hədislərin müəyyən şəxslərin qənaətinə görə seçilib üzə çıxarılmış olduğu nəticəsi çıxır ki, bu da hədisləri dini mənbəyi qəbul edənlər üçün qorxulu vəziyyətdir. Çünki başqaları üçün səhih olan, lakin Müslimin lazımsız hesab edərək kitabında qey etmədiyi hədisləri onlar heç vaxt öyrənə bilməyəcəklər. Xatırladaq ki, bütün bu proses davam edərkən, İslamın səhih, qorunmuş və dəyişməmiş müqəddəs kitabı Qurani-Kərim tərk edilmiş vəziyyətdədir.
Misirli mütəfəkkir Əhməd Əmin hədis saxtakarlığının dərəcəsini göstərən belə bir şeyi müəyyənləşdirmişdir:
“Qəribədir ki, əgər hədisləri izahlı şəkildə ələ alsaq, piramida formasında olduqlarını görərik. Piramidanın təpəsi Allahın elçisinin yaşadığı dövr olub, aşağıya doğru endikcə piramidanın eni artır. Piramidanın bünövrəsinə çatdığımızda Peyğəmbərimiz (s.ə.v)-in dövründəkindən nə qədər geniş olduğunu görərik. Halbuki bunun tərsi olmalıdır. Çünki hədisləri ən çox bilən kimsələr Peyğəmbər (s.ə.v)-in yanındakılar idi. Onlar öldükdən sonra hədisləri bilənlərin sayı azalacaq, nəticə etibariylə də piramida tərs şəkildə formalaşacaqdı. Lakin Əməvilər dövründəki hədislərin, bu dövrdəkindən daha çox olduğunu görürük”. (Ahmed Emin, Duhaul İslam)
Vəziyyət belə olduqda, bir-birindən fərqli, hətta biri digəriylə ziddiyyət təşkil edən yüz minlərlə hədisin varlığı və doğruluğu, bir qisim hədis alimləri arasında da ixtilafa səbəb olmuşdur. Məsələn, Buxari və bir çox məşhur hədisçi İkriməni mötəbər hədisçi hesab etdiyi halda, Müslim onu yalançılıqla günahlandırmışdır. Belə nümunələr çoxdur. Bunlardan, bəlkə də, ən qəribəsi isə İslamın ən məşhur hədis kitabının müəllifi Buxarinin dörd məzhəbdən ən böyüyü olan Hənəfi məzhəbinin banisi Əbu Hənəfini etibarsız elan edib, onun tək bir hədisini belə nəql etməməsidir. Ən məşhur hədisçiyə görə ən geniş yayılmış məzhəblərdən birinin banisi etibarsızdır. Lakin müsəlman aləminin böyük bir qismi onları etibarlı hədis alimləri kimi qəbul edir. Bu bir həqiqətdir ki, hədis nəql edənlərin etibarlılığı ilə bağlı müzakirələrdəki ziddiyyətlər hədislərdəki ziddiyyətlər qədər çoxdur. Peyğəmbərimiz (s.ə.v)-dən nəql edilən və Quranın ruhunu əks etdirən bir çox gözəl hədisin arasına çox müxtəlif uydurma hədislərin qarışmış olmasından başqa, digər bir problem isə hədislərin nəsildən-nəslə ötürülmə yollarıdır. Bir çox insan hədislərin bilavasitə Peyğəmbərimiz (s.ə.v)-in ağzından çıxan sözlər olduğunu güman edər, lakin bu doğru deyil. Hədis alimləri belə, bunların bilavasitə nəql edilən sözlər olduğunu iddia etməz. Buxari başda olmaqla, bir çox hədisçi hədisin sadəcə mənasının ötürülməsinin kifayət etdiyini, əsl mətni əzbərləmənin vacib olmadığını qəbul ediblər. Bu da, əlbəttə ki, nəql edilən sözlərə bir çox şərhin əlavə olunmasına, yanlış anlaşılan mövzuların doğruymuş kimi çatdırılmasına və mövzunu tam başa düşməyənlərin müəyyən şeylər nəql etmələrinə səbəb olmuşdur.
Hədislərin təkcə mənalarının nəql edilməsi uyğun görüldükdən sonra, bəzən hədislərin əvvəli və sonu eşidilməmiş, bu da əhəmiyyətli məna itkisinə səbəb çıxmışdır. Məsələn, Əbu Hüreyrədən: “Uğursuzluq üç şeydədir: ev, qadın və at” deyə Peyğəmbərimiz (s.ə.v)-ə hədis isnad edildiyini eşidən hz. Aişə: “Allaha and olsun ki, Allahın elçisi bunu əsla söyləməmişdir. O, ancaq bunu söyləmişdir: “Cahillər belə deyərdi: Uğursuzluq bu üç şeydədir: ev, qadın və at”“ demişdir.
Dörd məzhəbin də banisi, şübhəsiz ki, dəyərli müsəlmanlar və İslam alimləridir. Ancaq bunu bilməliyik ki, bu dörd məzhəb də həmin bu hədislər üzərində qurulmuşdur. Dörd məzhəbin baniləri də öz seçdikləri hədisləri, öz məzhəbləri üçün əsas qəbul ediblər. Dörd imam, Kutubi-Sittəni, yəni altı məşhur hədis kitabından ibarət külliyyatı yazan hədis imamlarından fərqli olaraq, öz məzhəblərini qurdular. Daha əvvəl qeyd etdiyimiz kimi, bunlardan ən böyük məzhəb olan Hənəfi məzhəbinin banisi Əbu Hənifə, hədislər mövzusundakı zəif məlumatı və ümumiyyətlə öz fikirlərini ön plana çıxartdığı iddialarıyla, başda Buxari olmaqla, digər hədis imamları tərəfindən tənqid edilmişdir.
Hədis alimləri, həmçinin məzhəblərin səhih qəbul etdiyi hədislər arasında bu qədər ixtilaf olduğu bir halda, hədislərin rəddedilməz olduğunu iddia edənlər də ortaya çıxdı. Bu şəxslərin ortaya çıxmasıyla birlikdə, məsələn, Buxari və Müslimdəki bir hədisi belə inkar edənin kafir olacağı kimi cəfəngiyatlar yayılmışdır. Kitabın sonrakı fəsillərində ətraflı izah ediləcəyi kimi, daha da irəli gedərək, hədislərin Quran ayələrinin hökmünü qüvvədən salacağını belə iddia edənlər olmuşdur. Məhz, fanatiklərin meydana gətirdiyi cahil cəmiyyətlərin yaranmasının əsl səbəbi bu ürküdücü məntiq pozuqluqlarıdır.
Müxtəlif saxta hədislərin İslam dini içində necə fərqli hökmləri olan məzhəbləri yaratmasına birlikdə nəzər yetirək.